Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Xoşbıəxtlik nədi ? O,nədirki ?

 

Xoşbıəxtlik nədi ? O,nədirki ?

 

Xoşbəxtlik ümumi termindi amma kim necə istəyirsə o, cürdə ad verir bu mücərrəd varlığa.Təsəvvür edin ki, gözlə görmədiyimiz,əl ilə toxuna bilmədiyimiz.Rəngsiz,dadsız və qoxusuz bir mücərrəd duyğu bəşər övladının yarandığı dövrdən bəri daima insanların düşüncələrində,xəyallarında gündəmi işğal edərək, liderliyini qoruyur.Nə qədər acıda olsa reallıq budur ki,elə məhz işğalçılar lider olurlar.Bu işğalçı duyğu bizi illərdi öz əsarətində kölə kimi saxlamağı bacarır.İnsan övladı daima yeniliyə,inkişafa meyilli olub və bunun öhtəsindən bir çox sahədə layiqli şəkildə gəlib.Lakin istisnalar yenə hər zamanki kimi insan övladının yaralı yeri, olaraq qalmağa davam edir.Biz insanlar yəni sümük,ət və ruhun birləşib yaratdığı varlıqlar xoşbəxtliyi bəzən fani bədəndə görürük.Lakin fərqinə belə varmırıq ki, fani bədənin istifadə müddəti bitdikdən sonra bədənin içərisində xoşbəxtlik leş kimi iyi verir.Xoşbəxtlik insanlarda fərqli yerləri işğal edib.Kiminin arzularını batırıb,kiminin gerçəkliyini yalan edib,kiminin gələcəklə bağlı olan planlarının adını dəyişib,kiminin isə intihar edərkən son təbəssümü olub.Xoşbəxtlik adının mənası çox güman ki,bir neçə saatlıq və ya bir neçə günlük fahişə deməkdir. Səni bir müddət xoşbəxt edir amma xoşbəxt son deyə bir şey yoxdu.Təsəvvür edin xoşbəxtlik ayağını-ayağının üstünə atıb qəh-qəhə,çəkib gülən bir fahişədi.Xoşbəxtliyi bir neçə saatlıqda satın almaq olur bu isə şübhəsiz ki, onun fahişə olduğunun bariz nümunəsidir.Amma necə bir fahişədirsə işinin ustasıdır.İnsanları işğal edib öz şəhvəti ilə.Bizlərsə onun toruna düşmüş balıq kimi elə hey çırpınırıq guya azadlıq üçün vuruşuruq amma yalanı özümüzdə sevirik.Xoşbəxtlik olmasa necədə gözəl olardı.Bir düşünün bu hiss yoxdu və heç kəsdə bədbəxt deyil.Xoşbəxtlik olmasaydı bədbəxtlikdə olmazdı.Biz insanlar çox qəribə varlıqlarıq ölümlə,həyat arasında olan bir futbol oynuna baxırıq.Yaşamağa xoşbəxtlik,ölümə isə bəsbəxtlik adı veririk və hər birimiz xoşbəxtliyi dəstəkləyirik lakin hər dəfə xoşbəxtliyin,bədbəxtliyə məğlub olduğunu görüb onu söyürük amma yenədə özümüzü xoşbəxtlikdən ayrı təsəvvür edə bilmirik.Guya ki,bədbəxtlik sözü pessimizmə meyillidi.Axı biz optimizmə meyilli varlıqlarıq.Tək reallıq isə budur insanlar istəklərini deyil,istəkləri insanları idarə edir.Xoşbəxtliyi isə yaşamaq üçün deyil,şəhvətlərinin təmin olunması üçün sevirlər çünki şəhvətləri təmin olundusa xoşbəxt ola bilirlər.Dünyada bir tək xoşbəxtlik var oda hələ doğulmayıb çünki o, ideal xoşbəxtlikdi.
ARLİN.


Oxşar mövzular:
  • Haradasa xoşbəxtlik var..
  • Xoşbəxtlik
  • Xoşbəxtlik
  • Xoşbəxtlik - O və Mən...♥ ♥
  • Xoşbəxtlik haradadır?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Sentyabr 2017    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    ♔Luxurylife♔

    ♔Luxurylife♔

    3-07-2017, 08:43

    Elçin Sangu

    Elçin Sangu

    7-07-2017, 09:19

    Vesuhda - You & Me

    Vesuhda - You & Me

    15-08-2017, 06:10

    ✌️ Pleasure ✌️

    ✌️ Pleasure ✌️

    3-07-2017, 09:10

    Style I Style II Style III