Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Gələcəyin ölkəsi: 7 əsas FAKT - FOTOLAR

  • Müəllif  Admin
Gələcəyin ölkəsi: 7 əsas FAKT - FOTOLAR

İki adı olan Hollandiyanın (Niderland) qeyri-adi olduğu elə adından bəllidir. "Niderland" sözünün yerli dildə mənası "alçaq ərazilər" deməkdir. Bəzən Niderlandı Hollandiya olaraq adlandırırlar. Əslində ölkənin 12 inzibati ərazisindən ikisi - Şimali və Cənubi Hollandiya adlandığı üçün ölkənin Hollandiya olaraq adlandırılması doğru deyil. Ölkənin 16 491 461 nəfər əhalisi var. Turizmin inkifaf etdiyi ölkə öz qeyri-standart layihələri ilə vaxtaşırı dünyanı heyran edir. Standart layihələrə imza atan dünya ölkələri bəlkə də məhz Hollandiyadan, daha doğrusu, Niderlanddan nümunə götürməlidirlər.

Sizə Niderlandın gələcəyin ölkəsi olduğunu isbatlayan 7 maraqlı faktı təqdim edirik:

1. Dünyanın yeganə ölkəsidir ki, burada sahibsiz heyvanlar tapa bilməzsiz. Yaxın vaxtlarda rəsmən təsdiq edilib ki, Niderlandda küçəyə atılmış pişik və itlər qalmayıb. Xeyr, hakimiyyət onları öldürməyib. Onlar heyvanlara müvafiq hüquqlar verib və ölkədə heyvanları küçəyə atan, incidən insanlara qarşı ciddi cəzalar tətbiq ediblər.

2. İlk dəfə Niderlandda velosiped üçün yollar və günəş enerjisi ilə çalışan avtomagistrallar istifadəyə verilib.

"SolaRoad" adlı layihə hökumətin şəxsi hesabına və sənayə universitetlərinin birgə səyləri nəticəsində həyata keçirilib. Yolun birinci hissəsi 2015-ci ildə istifadəyə verilib. Uzunluğu 100 metrə yaxın olub. İdeya ondan ibarətdir ki, günəşdən toplanan enerji yolları işiqlandırır eləcə də, mexaniki və elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrini enerji ilə təmin edir.

3. Elektrik enerjisi ilə çalışan nəqliyyat vasitələrinin yüklənməsi üçün yollarda hər 50 metrdən bir stansiyalar quraşdırılıb. Hollandiyanın ən güclü tərəflərindən biri möhkəm portativlikdir. Hakimiyyət ölkə daxilində avtomobil yanacağından imtina edərək hər yerdə elektrik stansiyaları quraşdırıb. Hansı ki, yeni nəsil avtomobillərdən istifadə edən insanlara da məhz bu lazımdır.

4. Hollandiyada avtomobillərdən istifadə edilməyən şəhərlər mövcuddur. Ölkənin Xauten adlı şəhəri dünyada ən təhlükəsiz yer olaraq tanınır. 1980-ci illərin əvvəllərində 4000 əhalisi olan şəhər sakinlər tərəfindən ən təhlükəsiz yaşayış yerinə çevrilib. Belə ki, şəhər sakinləri strateji qərar qəbul edərək, avtomobilləri velosipedlərlə əvəz etməyə başladı. Tədricən bütün şəhər əhalisi avtomobillərdən imtina edərək nəqliyyat vasitəsi olaraq velosipedlərə üstünlük verdi. Beləliklə artıq velosiped sürmək Xauten əhalisinin sevimli vərdişinə çevrilib.

5. Ölkə hakimiyyəti tədricən yanacaqla çalışan avtomobillərin istifadəsinə qadağa qoyub. 9 il sonra, 2025-ci ildə Niderland hökuməti ölkədə dizel və yanacaqla çalışan avtomobilləri tamamilə ləğv etməyi planlaşdırır. Bundan başqa, Niderlandda şəxsi nəqliyyat vasitələrinə qoyulan vergi də ləğv olunub. Bu səbəbdən ölkədə avtomobillərin satış qiyməti 15000 avroya düşüb.

6. Ölkədə məhbus olmadığı üçün həbsxanalar bağlanır.

Niderland hökuməti ölkədə cinayət hadisələrinin səviyyəsini minimuma endirmək üçün uzun illərdir ciddi işlər görüb. Nəticələrə baxsaq, demək olar ki, hakimiyyət düzgün strategiya yeridib. Təsəvvür edin, 2009-cu ildən Niderlandda məhbus yoxluğundan 19 həbsxana bağlanıb. Son məlumatlara görə isə ölkədə 100 000 sakindən cəmi 163-ü qanunu pozur. Özünüz Braziliya ilə müqayisə edin...

7. Niderlandda meşədə yaşayan heyvanlar üçün təhlükəsizlik məqsədilə xüsusi körpülər və yaşayış zonaları yaradılıb.



Oxşar mövzular:
  • "Nasaz avtomobillərlə sərnişin daşıyan sürücülər məsuliyyətə cəlb edilib"
  • QƏRAR VERİLDİ - Avtomobillərin dövlət nömrə nişanları dəyişdirilir - FOTO
  • Yol polisindən çağırış: avtomobillərdən az istifadə edin
  • Azərbaycanda elektrik avtomobilləri üçün enerji doldurma məntəqələri quraşd ...
  • Hidrogen və hava ilə çalışan avtomobil


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    Azeri balasi123
           Нет
    Şərhləri: 136
     
    Menasiz Dunyam
           Нет
    Şərhləri: 27
     
    alexandra
           Нет
    Şərhləri: 23
     
    REQSANE-1
           Нет
    Şərhləri: 16
     
    Aylin...
           Нет
    Şərhləri: 12
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 10
     
    Fidan_123
           Нет
    Şərhləri: 5
     
    AYSENIM
           Нет
    Şərhləri: 5
     
    EL.MİX
           Нет
    Şərhləri: 5
     
    DaniselBap
           36259695
    Şərhləri: 4
     
    «     May 2017    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031 
    Yene Qariwiq

    Yene Qariwiq

    9-05-2017, 13:45

    Online Fhoto

    Online Fhoto

    27-03-2017, 12:44

    Style I Style II Style III