Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Vağzalda öpüşmək olmaz - Qəribə qadağalar

  • Müəllif  Admin
Vağzalda öpüşmək olmaz

Dünyanın müxtəlif yerlərində müxtəlif qanunlar var. Ancaq onlardan bəziləri olduqca qəribədir.

Dünyanın müxtəlif bölgələrinin siyasət adamlarının yazdıqları özünəməxsus bəzi qayda-qanunlar insanı təəccübləndirməklə yanaşı, həm də güldürür.

Belə qaydalarla tanışlıq hər kəs üçün maraqlıdır. Məsələn, ABŞ-ın Hollivud şəhərində xüsusi qərarla şəhərin küçələri ilə 2000-dən artıq qoyun sürüsünün otarılması qadağan edilir. Yəni 1999 qoyunla küçəyə çıxmaq olarmı? Bu qanun pozuntusu sayılmırmı?

Araşdırmalar nəticəsində belə bir qənaətə gəlmək olar ki, bu qanunların əksəriyyəti ABŞ-dadır. Buna belə səbəb gətirilir ki, o vaxtlar Amerikada hər kəsin (qaradərililərdən, Amerikanın yerli əhalisi hindulardan və qullardan başqa) sonsuz azadlıqları var idi. Orada qanunlar mövcud vəziyyətə görə qəbul olunurdu. Rəvayətlərə görə, ABŞ-ın Alabama ştatında bazar günü iki nəfər domino oynayarkən dalaşır və bu dava nəticəsində biri digərini qətlə yetirir. Bundan sonra həmin ştatda bazar günləri domino oynamaq qadağan edilir. Ümumiyyətlə, bu ştatda bir çox qəribə qadağalar var. Burada kilsədə süni bığ taxıb gülməli hərəkətlər etmək qadağandır. Qatar relslərinə duz tökmək ölüm ilə cəzalandırıla bilər. Bundan başqa, bu ştatda şalvarın arxa cibində dondurma saxlamaq olmaz.

Böcəklər də daxil olmaqla heç bir canlının öldürülməsinə icazə verilməyən ABŞ-ın Arkanzas ştatında ərin arvadı ayda bir dəfə döyməsinə normal baxılır. Bu bölgədə həyat yoldaşını ayda bir dəfədən artıq döymək isə qadağandır.

Kaliforniyanın Sakit okean sahillərində kəpənəklərin narahat edilməsinə icazə verilmir.

ABŞ-ın Ohayo ştatında polislər itləri xəbərdarlıq etmək məqsədilə dişləyə bilərlər.

Pensilvaniyada hamamda mahnı oxumaq və qapısı açıq olan soyuducunun qarşısında yatmaq, Oklohomada ayaqqabı ilə yatmaq, Nyu-Cersidə şorbanı səsli içmək qəti qadağandır.

İndianada vətəndaşların kiminsə dalınca danışmasına, bərbərlərin uşaqların qulağını kəsməsinə icazə verilmir. Bu ştatda həmçinin meymunların siqaret çəkməsi və teatra getməmişdən 4 saat əvvəl sarımsaq yemək qadağandır.

Alyaska ştatında da maraqlı qadağalar var. Bu ştatda təyyarədən maralların şəklini çəkmək olmaz. Bir maralı hərəkətdə olan bir təyyarədən aşağı atmaq qadağandır. Marala spirtli içki verməyin cəzası həbsdir.

Atlantada zürafəni telefon köşkünə bağlamaq qanun tərəfindən qadağan edilir. Kaliforniyada parkda hovuzda velosiped sürmək qadağandır.

Floridanın Pensakolada şəhərində yerli sakin əgər cibində on dollardan az pul varsa, qaxılıb evdə oturmalıdır - şəhərə çıxa bilməz.

Kaliforniyada hamam vannasında portağal yemək qadağandır.

Almaniya qanunvericiliyinə əsasən, bu ölkədə yastıq silah növü kimi təsbit edilib. Böyük Britaniya qanununa əsasən, deputatın parlament binasında ölməyi qəti qadağandır.

ABŞ-ın Georgia ştatının Quitman şəhərində toyuqların küçəni keçməsi qadağan edilib.

Arkanzas ştatının Littl Rok şəhərində sürücülərə sərinləşdirici içkilər və buterbrod satılan ərazilərdə siqnal vermək qadağandır. Floridada subay qadınların bazar günü paraşüt ilə tullanması həbslə cəzalandırıla bilər. Oklohomada qamburger yeyərək arxaya addımlamaq qadağandır. Arizonada eşşəklərin hamam vannasında yuxuya getməsi qadağandır.

Konnektikut ştatının Hartford şəhərində əllərinin üstündə küçəni keçmək qadağandır.

Arizona ştatında dəvə ovu rəsmən qadağan edilib (nəzərə alsaq ki, burada dəvə əslən yoxdur). Kaliforniya ştatının San Fransisko şəhərində Market küçəsində fillərə gəzmək qadağandır.

Ohayo ştatının, Klivlend şəhərində ovçuluq sənədi olmayanların siçan tutması qadağandır. Rusiyada bəzi bölgələrdə yeni doğulan körpələrə göbək adı olaraq Stalin adı qoyulur.

Yaponiyada 100 illik ənənədən irəli gələn qaydaya görə, evin balaca oğlu ailəsinə hörmətini göstərmək üçün öz sevdiyi qızla qardaşının evlənməsinə razılıq verir.

Filippində maşınının nömrəsinin son rəqəmi 1, ya 2 olanlar ancaq bazar ertəsi yola çıxa bilərlər.

İsraildə burun qurdalamaq qanunla qadağan olunub. Şənbə günü bu qanunu pozanlar isə günah etmiş olurlar.

Almaniyada evə girən oğruya yastıqla vurmaq və ya bıçaq zərbəsi endirmək arasında heç bir fərq yoxdur. Yastıqla vurdunsa, yenə cinayət törətmiş olursan. Yunanıstanda uşaqların PC kompüter oyunları oynaması qadağan olunub.

1987-ci ildən qoyulmuş qadağaya görə, Çində 1-dən artıq uşaq sahibi olmaq istəyənlər çox vergi ödəməli olurlar.

Fransada dəmiryolunda öpüşmək qadağandır.

Kanadanın "Bank” küçəsində bazar günləri dondurma yemək qadağandır.

Kanadada qapı-pəncərələr çəhrayı rəngdə olmalıdır.

Kanadada yağış yağanda çəmənlikləri sulamaq olmaz.

Kanadanın Oşava ştatında ağaca çıxmaq, Ottava şəhərinin Bank Strit küçəsində dondurma yemək, Toronto şəhərinin Yonq küçəsində isə bazar günləri ölü atları sürüyərək aparmaq qadağandır.

Kanada qanunvericiliyi yağış yağan zaman təsərrüfatların sulanmasını qadağan edir.

Bazar günləri İsveçrədə camaşır asmaq qadağandır.

1980-ci ildən etibarən Cenevrə və Sürix aeroportlarından havaya qalxan hər bir təyyarə "səs-küyə gör vergi" ödəyir. Bu verginin miqdarı 300 İsveçrə frankıdı.

İngiltərədə qadınların nəqliyyat vasitələrində şokolad yeməsi qadağandır.

Danimarkada avtomobilinin qarşısına at arabası çıxan sürücü avtomobilini kənara çəkməlidir.

Sinqapurda metroda saqqız çeynəyən həbs olunur.

Danimarkada avtomobilinin qarşısına at arabası çıxan şəxs maşınını kənara çəkmək məcburiyyətindədir.

Danimarkada məhbusların həbsxanadan qaçmaq hüquqları var. Ələ keçdikdə isə onları heç bir cəza gözləmir. Məntiq də bundan ibarətdir ki, əgər kimsə həbsxanadan qaçırsa, deməli, fərasətli adamdır. Ona cəza tətbiq etmək ədalətsizlik olar.

Danimarka qanununa əsasən, sahibi maşının altında başqa birisinin olduğu halda, mühərriki işə salarsa, bu, cinayət hesab olunur.

Avstraliyanın Viktorio ştatında bazar günləri çəhrayı rəngli şalvar geyinmək qadağandır.

Bu ölkədə azyaşlıların siqaret alması qadağandır, ancaq çəkməsi sərbəstdir.

Avstraliyanın Viktoriya əyalətində heç kəs öz evində elektrik lampasını dəyişə bilməz. Qanuna görə, bunu yalnız xüsusi lisenziyası olan elektrik edə bilər.

İngiltərənin York şəhərində hələ də, ingilislərə gözə dəyən şotlandı oxla vurmaq hüququ verən qanun var. Lakin bazar günləri xaçpərəstlərin istirahət günü olduğundan istisnadır.

Qadınların ictimai nəqliyyat vasitələrində şokolad yeməyi qadağandır.

İngiltərədə hamilələrin istədikləri yerdə tualetə getmələrinə icazə verilir.

İngiltərədə üzərində Monarx şəkli olan pulu tərs qoymaq vətənə xəyanət kimi qəbul olunur.

London limanına girən krallığın gəmiləri liman polisinə pul ödəməlidir.

İngiltərə sahillərində tapılan ölü balinanın başı krala, quyruğu və sümükləri isə kraliçaya aid olur.

Fransada donuzlara "Napoleon" adını qoymaq qadağandır.

Afrika ölkəsi olan Svazilenddə 30-35 yaşlı qadınların alt paltarı geymələri qanunla qadağan edilib.

Şotlandiyada inək sahiblərinin sərxoş olmağı qadağandır.

Bazar günləri Şotlandiyada balıq tutmaq qadağandır.

Şotlandiyada inək saxlayan və otaran şəxslərin sərxoş olmaları qanunla qadağan edilib.




Oxşar mövzular:
  • Ölkələr və qəribə qadağaları
  • Maraqlı qanunlar
  • Qadağandır..
  • Amerikanın qəribə qanunları
  • Məzəli qanunlar=)


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III