Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycanda siqaret çəkən xanımlarla bağlı inanılmaz fakt - 400-dən çox...

  • Müəllif  Admin
Azərbaycanda siqaret çəkən xanımlarla bağlı inanılmaz fakt

Azərbaycanda aparılan təxmini hesablamalara görə, kişilərin 40-60 faizi, qadınların isə 2-10 faizi siqaret çəkir.

Bunu Səhiyyə Nazirliyinin Sağlam həyat tərzi üzrə milli koordinatoru Azad Hacıyev bildirib.

A.Hacıyev deyib ki, qadınlar çox hallarda siqaret çəkdiklərini gizlədirlər.

Onun sözlərinə görə, bu gün ölkədə uşaqlar arasında siqaret çəkməyin çox yayıldığını demək olmaz: "Siqaretin çəkilməsinə 40-50 yaşda başlanmır. Bu, çox nadir hallarda olur. Siqaret çəkməyə, əsasən, uşaq yaşlarında - 12-16 yaşlarında başlayırlar. Ona görə də uşaqlar arasında mübarizə tədbirlərinə bu yaşdan başlamaq lazımdır. Əks halda, siqaret çəkməyə başlayan şəxsin bu vərdişini tərgitdirmək çox çətin olur”.

Milli koordinator qeyd edib ki, erkən yaşlarda siqaret çəkməyə başlamağın əsas səbəblərindən biri uşaqların özlərini daha tez yaşda böyük hiss etmək istəyi ilə bağlıdır.

A.Hacıyev deyib ki, valideyn oğlan uşağının yanında siqaret çəkdikdə həmin uşaq siqaret çəkmə vərdişinə daha tez yiyələnə bilər. Oğlanların siqareti tez çəkməyə başlaması onların orqanizminin inkişafına da təsir göstərir: "Siqaret tüstüsünün təsiri siqaret çəkməyənlərə onu çəkənlərdən bir neçə dəfə çox təsir edir. Uşaqları siqaretdən qorumağın ən əsas yolu onların yanında siqaret çəkməməkdir. Siqaret tüstüsündə 400-dən çox təhlükəli maddə var. Əgər uşaq siqaret çəkənin yanında olsa, onlar uşağın tənəffüs yollarına daxil ola bilər. Ona görə də ev şəraitində uşaqların yanında siqaret çəkilməsini qadağan etmək lazımdır. Ancaq siqaretin övladına necə təsir edəcəyini ilk növbədə valideyn fikirləşməlidir”.



Oxşar mövzular:
  • 1 siqaret ömrünüzü 12 dəqiqə azaldır
  • Günə 1 siqaret belə ömrü qısaldır
  • Avropada əhalisi ən çox siqaret çəkən ölkənin adı açıqlanıb
  • Siqaret çəkənlərə bəd xəbər: MİLLİ MƏCLİSDƏ YENİ QANUN
  • Uşaqların Siqaret Həvəsi - Fotoqraf "Frieke Janssens"


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Style I Style II Style III