Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Bakıda Musiqi Bayramı keçiriləcək - PROQRAM

  • Müəllif  Admin
Bakıda Musiqi Bayramı keçiriləcək

Dünyanın 120 ölkəsində və 30 ildir ki, Fransada ənənəvi olaraq qeyd edilən Musiqi Bayramı yenidən Bakıda keçiriləcək.

Nazirlər Kabineti yanında "İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsindən verilən məlumata görə, peşəkar və professional musiqiçilərin, musiqisevər publikanın küçələrə axışdığı, şən və bayram ab-havasında keçirilən bu Musiqi Bayramı təmənnasız olaraq hər kəs üçün, eləcə də ifa olunma tərzindən asılı olmayaraq bütün musiqi janrlarına açıqdır.

Musiqi tədbirləri iyulun 1-də Azərbaycandakı Fransız İnstitutu, Fransanın Azərbaycandakı səfirliyi, YARAT Müasir İncəsənət Mərkəzi, Paris Bistro, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, "Hard Rock Cafe" və Milli Turizm Təbliğat Bürosunun tərəfdaşlığı ilə Bakının müxtəlif yerlərində keçiriləcək.

Proqram:

16:00 - YARAT Müasir İncəsənət Mərkəzi
Vəfa Qədirova (səs), Taleh Qəhrəmanov (gitara), Aydan Yusupzadə (piano);
Les Gamins.

18:00 - Paris Bistro
Əli İbrahimzadə;
Albina;
Ahmedowsky trio;
Milan Məmmədov.

20:00 - İçərişəhər, YAY Qalereyasının qarşısı
Les Gardiens du Silence;
Todo Band.

22:00 - Hard Rock Cafe
Radio & Video band.



Oxşar mövzular:
  • Bu yerlərdə internet pulsuz olacaq - Bakıda
  • İçərişəhər, Atəşgah məbədi və Qala qoruğu qonaqları qarşılamağa hazırdır
  • Vaqif Mustafazadənin 75 illik yubileyinə həsr olunmuş caz festivalının açıl ...
  • Novruz bayramı İçərişəhərdə təntənəli qeyd olunacaq...
  • Bakıda musiqi bayramı keçiriləcək


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III