Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Əhəd Əhədli - Şəhadət Arzusu...

Əhəd Əhədli - Şəhadət Arzusu...

 


Bilirəm, ayrılıq çətin olacaq
Hicranın oduyla qovrulacaqsan
Bilirəm, gözlərin yaşla dolacaq
Axan gözyaşların qurudacaqsan...
...
Gözlərin rəsmimdə gəzəcək hər gün
Bir dəfə mən öldüm, sən isə hər gün
Bağışla, niyyətim əzab deyildi
Mən də istəmirdim çəkəsən zülüm..
..
Fəqət nə edim ki, eşq yolçusuyam
Torpağa, bayrağa aşiqəm, ana
Şəhadət eşqilə yanıb dururam
Dar gündə ürəyim dözmür dayana...
...
Düşmənlə üz-üzə dura insanlar
Ata, mən şad olub gülə bilmərəm
Göz önmə gəldikcə ağlar analar
Mən rahat yerimdə yata bilmərəm...
...
Vicdanım eləməz qəbul rahatlıq
Qeyrətim qoymaz ki, eləyim şadlıq
Ürəyi eşq dolu olan bir insan...
Yalnız səngərlərdə tapar rahatlıq...
...
İlk öncə səngərlər olacaq evim
Yastığım daş olar, yorğanımsa qar
Səngərdən uzaqda keçməsin günüm
Səngərdə uzaqda hər yer mənə dar...
...
Saxlama, əlimdən tutub saxlama
Mən burda xoşbəxtlik tapa bilmirəm
Nə olar, ağlama, qəlbim dağlama
Sənin gözyaşlna dözə bilmirəm..
...
Gedirəm, dönüşüm olmaz inşəAllah
Tabutum bayrağa bürünüb gələr
Burda rahatlığım yoxumdu vallah
Mən şəhid olanda ruhum dincələr...

Müəllif: Əhəd Əhədli


Oxşar mövzular:
  • Əhəd Əhədli - Hicran...
  • Əhəd Əhədli - Gedirəm...
  • Əhəd Əhədli - Məhkum...
  • Əhəd Əhədli - Eşq 2
  • Əhəd Əhədli - Eşq


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2018    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    Style I Style II Style III