Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yeni Bəla

 

http://imgs.su/tmp/1294245742.jpg

 - “Barselona” bu gün “diri” 2 gələcək.
- Yox, inanmıram. Axır vaxtlar, onlar yaman fırladırlar.
- Ancaq “Milan”a 0-1 atacağam.
- “Qalatasaray”a “bolşe” ver, arxayın ol, yüz faiz gələcək.
- Bəs, “Mançester Yunayted”i nə görürsən?
- “Diri” 1!

...Bu, Bakıda və əyalətlərdə fəaliyyət göstərən bukmeyker kontorlarındakı ənənəvi söhbətlərdir. Belə məkanların xarakterik cəhətləri bunlardır: siqaret tüstüsünün yaratdığı duman, qızğın mübahisələr, müxtəlif proqnozlar, sonsuz həyəcanlar, böyük ümidlər... Xüsusilə də, həftəsonu kontorlara on minlərlə insan axışır, intuisiyalarını işə salır, asan pul qazanmaq eşqi ilə alışıb-yanırlar.

İdman matçlarına pul qoyuluşlarını özündə təzahür etdirən totalizator oyunları Azərbaycana bir neçə il öncə ayaq açıb. Tədricən inkişaf edən bu sahə artıq şəbəkə formasındadır. Kənar şəxslərə bu şəbəkədə yer yoxdur. Bunu hamı bilir.

Hamı bir də onu bilir ki, bu oyunlar Azərbaycanda leqal deyil. Bu sahədə fəaliyyət göstərən istənilən kəs hər zaman cinayət məsuliyyətinə cəlb oluna, inzibati qaydada cərimələnə bilər. Hüquq-mühafizə orqanları xəbər tutanda cərimələnənlər də olur.

Əvvəlcə, totalizator oyununun mahiyyətinə toxunaq. Totalizator oynamaq idman qarşılaşmalarına pul qoymaq anlamına gəlir. Yəni, oyunun necə nəticələnəcəyini qabaqdan təxmin edirik və bunu xüsusi işarələrlə göstəririk. Bukmeyker kontorlarında proqnozu ifadə edən əsas işarələr aşağıdakılardır:

2 – ev sahibinin qələbəsi
1 – heç-heçə
0 – qonaqların qələbəsi
yuxarı (“bolşe”) - oyunda 3 qoldan, bəzi hallarda 4 qoldan çox vurulacaq
aşağı (“menşe”) - oyunda 3 qoldan, bəzi hallarda 4 qoldan az vurulacaq
NG – tərəflərdən yalnız biri və ya heç biri qol vura bilməyəcək
GG – tərəflərin hər ikisi qol vuracaq

Eyni zamanda, başqa cür proqnozlar da vermək mümkündür. Məsələn, ilk qola hansı futbolçu imza atacaq, birinci hissədə neçə qol vurulacaq, oyunda neçə sarı vərəqə, qırmızı vərəqə, künc zərbəsi, aut olacaq. Hətta oyuna hansı komandanın başlayacağını da proqnozlaşdırmaq mümkündür. Futbolla yanaşı, tennis, voleybol, həndbol, basketbol, boks, hokkey, atletika, şahmat, güləş, cüdo və digər növlərə pul qoyuluşları qəbul olunur.

Araşdırmalara əsasən deyə bilərik ki, ölkəmizdə ən böyük bukmeyker kontoru Bərdə rayonunda yerləşir. Bərdədəki kontor mərkəz sayılır. Ölkənin müxtəlif bölgələrində yığılan pul qoyuluşları toplanaraq, həmin kontora ötürülür. Bakı üzrə ən nəhəng kontor isə Bakıxanov qəsəbəsindədir. Kiçik kontorlarda bir qayda olaraq, futbola, Bərdə, Bakıxanov qəsəbəsindəki kimi kontorlarda isə başqa növlərə də proqnoz verməyə imkan var.

Amma totalizator oyunları həmişə pul, kef və yüksək əhval-ruhiyyə gətirmir. Bu oyunların böyük faciələrə səbəb olduğu, evini, mülkünü, maşınını itirənlər, böyük pul faizləri altına girənlərin varlığı da bir reallıqdır. Xüsusilə, gənclərin həvəs göstərdiyi bu oyunlara pul qoyuluşu edənlər daima əsəb gərginliyi içində olur, həyəcan keçirirlər. Totalizator oyunları çox şirnikləşdiricidir. Hərçənd, hər şeyin öz əlində olduğunu düşünürsən. Uğuru, asan yolla pul qazanmağı bir addımlıqda görənlər asanlıqla bu “xəstəliy”ə yoluxurlar. Çünki burada məhdudiyyət yox dərəcəsindədir. İstədiyin sayda oyun seç, istədiyin proqnozu ver, istədiyin məbləğdə pul qoyuluşu et. Gördüyünüz kimi, hər şey sizin arzularınızın boyuna biçilib. Lakin proqnozlar nəinki özünü doğruldur, əksər hallarda alt-üst olur. Axı, Avropanın bəzi klubları totalizator oyunlarına qoşulanları məyus etmək üzrə, necə deyərlər, artıq “ixtisaslaşıblar”.

Dünyanın ən güclü bukmeyker kontorlarının - “Gamebookers”, “Bwin”, “Marathonbet”in öz şərikləri var. Onlar klublarla əlbir işləyərək, lazım olan vaxtda qarşılaşmanın nəticəsini istəklərinə uyğun tənzimləyirlər. Bu isə bir çoxlarının bədbəxtçiliyinə səbəb olur.

Təsadüfi deyil ki, bəzi klublar “oyun fırladan” imicini qazanıblar - “Milan”, “Qalatasaray”, “Fənərbaxça”, “Bavariya” və s. Üstəlik, Sinqapurda 6 futbolçunun həbsi, Almaniyada hakimin məsuliyyətə cəlb olunması, Rumıniyada ÇFR, Portuqaliyada “Portu” klubları barədə uzun-uzadı sorğu-sualların aparılması dediklərimizə əyani sübutdur. 
Azərbaycanın bukmeyker kontorlarında milyon dollarla pul dövr edir. Bəzən kimlərsə avtomobilini, evini və ya 100 min manat nağd pul qoyuluşu etməkdən belə çəkinmirlər. Bu risklər onlara heç də həmişə sevinc gətirmir. Ətrafımızda avtomobilini, evini, bütün varidatını uduzanları görmək çətin deyil. Totalizator oyununa demək olar, cəmiyyətin hər təbəqəsinin nümayəndələri qatılır: şagird, tələbə, həkim, müəllim, sürücü, alverçi, vəzifə sahibi...
Uzağa getməyək, qonşu Türkiyədə bukmeyker kontorları da leqallaşıb. İndi bu ölkənin əhalisi tam sərbəst, qorxusuz-hürküsüz pul qoyuluşu edir. Maraqlıdır ki, Türkiyədə bukmeyker kontoru açmaq üçün əsas vacib şərtlərdən biri ofislər arasında ən azı 250 metr məsafə olmadır...



Oxşar mövzular:
  • Planetin ən varlı kulubları
  • Bakı "mavi"lərinə bəd xəbər
  • Neftçi Azərbaycanın ən yaxşı komandasıdı
  • Planetin ən varlı futbolçuları
  • Dünyanın ən çox sevilən 20 klubu (SİYAHI).


  • Gerİ dön


    12 şərh


    • Xebere göre teşekkür maraqli idi cox sağol

    • --------------------------------------------
      : Буду смеяться всем назло...и никто не поймет,что творится у меня в душе!!
    • Xəbərlər: 7
    • Şərhlər: 1741
    • İCQ:


    • twk.

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:


    • Menlik deyil twkler

    • --------------------------------------------
      Yaxşı iş görməkdə əziyyət çəksən, əziyyət keçəndən sonra yaxşılıq qalar; pis iş görüb ləzzət çəksən, ləzzət gedər, pislik qalar.

    • გალო,ლ�?ა
    • Xəbərlər: 173
    • Şərhlər: 4518
    • İCQ:


    • xebere gore tewekkurler...

    • --------------------------------------------

    • Xəbərlər: 0
    • Şərhlər: 4211
    • İCQ:


    • Bu Gunahdir emeldir (qumar) Menlik deyil

    • --------------------------------------------



      Dostundan Sevgilivə Mesaj Yazıb Sevgilivi Sınamaqdansa, Sevgilindən Dostuva Mesaj Yazıb Dostuvu Sına...;)


    • Mirvahid
    • Xəbərlər: 517
    • Şərhlər: 2204
    • İCQ:


    • dontknow dontknow dontknow

    • --------------------------------------------
      Eşq Yuxu Kimidir Amma Nədənsə Sonu Qorxulu Bitən Bir Yuxu Olur

    • Sebiw
    • Xəbərlər: 1
    • Şərhlər: 785
    • İCQ:


    • Qumar...
      Haram ve insanliqdan uzaq bir wey...

    • --------------------------------------------
      Təmiz Tutmaq Üçün Savaşmazsan....
      Kirləndi Deyə Şikayət Etmeye Haqqin Yoxdur....

    • LeMaN
    • Xəbərlər: 76
    • Şərhlər: 2159
    • İCQ:


    • tewekkur menlik deyil mm


    • Huseyn
    • Xəbərlər: 1
    • Şərhlər: 54
    • İCQ:

    • NalaN
    • 6 yanvar 2011 10:01
    •  

    • menlik deyil...


    • ...
    • Xəbərlər: 10
    • Şərhlər: 2405
    • İCQ:

    • Nika
    • 6 yanvar 2011 10:01
    •  

    • buda ele qumardi

    • --------------------------------------------

    • ( Nigush )
    • Xəbərlər: 14
    • Şərhlər: 1021
    • İCQ:


    • Teshekkur


    • Zaur
    • Xəbərlər: 0
    • Şərhlər: 1260
    • İCQ:


    • xebere gore cox sagol.

    • --------------------------------------------
      Məm Sözə Qulağ Asan oğLanam Asıram Asıram axırda öz bildiymi edirəm ! :)
    • No Name :)
    • Xəbərlər: 162
    • Şərhlər: 8498
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III