reklam
Dəbin dəyişməz qaydaları Dəbin dəyişməz qaydaları http://take.az/uploads/posts/2015-12/thumbs/1449682202_1382416188-720.jpg

Dəbin dəyişməz qaydaları

Dəbin dəyişməz qaydaları
Dəbin dəyişməz qaydaları

Çox kiçik detallarla siz də hər zaman şarmlı ola bilərsiniz.

Həmişə şarmlı olmağı kim istəməz ki?! Ancaq bunun zəhmətli bir iş olduğunu düşünürsünüzsə, yanılırsınız.

Modelyerlər hər il müxtəlif formalı geyim və aksessuarlar istehsal etsə də, bunu unutmamalısınız: hər bir qadın özünün modelyeridir. Ancaq öz tərzini yaradarkən dəbin heç zaman dəyişməyən qaydalarına diqqət etməkdə fayda var.

Rəng və duruş

Tək rəngdən istifadə edərək özünüzü xilas edə bilərsiniz. Təpədən dırnağa qədər eyni rəngdə geyinsəniz, uzun, bölünməmiş bir illüziya yarada bilərsiniz. Bu isə sizi daha incə göstərə və qüsurların daha az gözə çarpmasını təmin edəcək. Qara, bej, karamel, qəhvəyi kimi rənglərdən istifadə edin.

Bədəninizə uyğun olmalıdır

Vücudunuza çox böyük (uzun, bol köynək, ya da geyimlər kimi), ya da çox kiçik (qısacıq üzərinizə yapışan köynəklər kimi) gələn geyimlər, sizi olduğunuzdan daha kilolu göstərir. Buna görə də bədən quruluşunuza uyğun geyimlər alın. Beləcə vücudunuzdakı xətaları gizlətmiş olarsınız.

Yapışan deyil, boş

Geyindiyiniz geyimlər ikinci bir dəri kimi sizə yapışmamalıdır. Cins kimi materialdan hazırlanmış geyimlər bədənin müəyyən yerlərini sıxarkən, kətan, ipək və digər az sərt kimi parçalarda artıqlar görünməyə bilər. Çox incə parçalar isə təhlükəlidir. Həm də qarında olan çıxıntıları bəlli edə bilər.

Şalvar alarkən

Geyimlər arasında şalvarlar xüsusi yer tutur. Buna görə də şalvar seçimi vacibdir. Zövqlü şalvar almaq üçün üzərində heç bir naxışsız və detalsız şalvarlar alın. Çünki üzərində müxtəlif element və detallarla bəzədilmiş və beli aşağıda olan şalvarlar sizi daha kök göstərə bilər.

Ətək kilonu az göstərir

Ətək alarkən kilonuza çox diqqət etmək gərəkdir. Ətəklərdə dizlə bərabər uzunluqda olanlara üstünlük verin. Çünki bu cür ətəklər ayaqlarınızın daha yaxşı görünməsinə zəmanət verir. Qısa boylu qadınlar isə uzun ətəklərdən uzaq durmalıdır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
386 435 397 366 397 389

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.