Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Nəsimi"nin Fatiməsi: "Çəkilişi yarımçıq qoyub getdim"

  • Müəllif  Asef

 

Əməkdar artist, tanınmış aktrisa Xalidə Quliyeva xarakteri üzündən bir çox rollardan məhrum olduğunu dilə gətirib. 

Publika.az-a danışan aktrisa keçmişi yada salıb: "Gənc vaxtlarımda çox qürurlu, ötkəm qız olmuşam. Bu xasiyyətim bəzən sənətdə mənə mane olub. Çəkiliş meydançasında heç bir rejissor mənə əmr verə bilməzdi. Dərhal həmin yerdən çıxıb gedərdim. Bir dəfə çox məşhur bir rejissorun məşhur bir filminə dəvət almışdım. Orda mənim monoloqum vardı. Çəkiliş zamanı rejissor mənə dedi ki, sən bu monoloqu ayaq üstə gəzə-gəzə söyləməlisən. Mən etiraz etdim. Çünki mən bu monoloqu başqa cür görürdüm. Rejissor bir də təkid edəndə çəkilişi yarımçıq qoyub getdim".
 
Maraqlıdır, buna görə aktrisa sonralar peşmançılıq hissi yaşayıb?
 
"Heç vaxt hansısa hərəkətimə görə sonradan peşman olmamışam. Məndə daxili senzura olub və bu senzuradan kənara çıxmamışam. Kimsə məni buna məcbur etməyib. Edən olubsa, o yerdən uzaqlaşmışam və buna görə özümü danlamamışam", - əməkdar artistin cavabı belə olub.



Oxşar mövzular:
  • Sənubər İsgəndərli qınadı: ""Şit" zarafatlar..."
  • Azərbaycan aktyorları nə qədər qonorar alır?
  • Nanə Ağamalıyevaya qadağa qoyuldu
  • 25 min SMS əməkdar artistin qızına birincilik qazand ...
  • Toppuş bacı" arıqlayandan təklifləri azalıb


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III