Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


“Oskar”a həsrət qalan 10 məşhur aktyor - SİYAHI

  • Müəllif  Admin


Fevralın sonunda "Oskar" mükafatının yeni qalibləri açıqlanacaq. Keçən il ən yaxşı aktyor kimi bu mükafata, nəhayət pərəstişkarlarının intizarına son qoyaraq tanınmış aktyor Leonardo di Kaprio layiq görüldü. Ancaq bu nüfuzlu mükafatı hələ də almayan çoxlu məşhur aktyor var. 

"Oskar" mükafatını qazana bilməyən 10 məşhur aktyoru təqdim edir.


Silvestr Stallone

Əfsanəvi aktyor. "Rembo", "Rokki" filmlərinə görə dünya şöhrəti qazanıb. 2016-cı ilin iyulunda Stallone 70 yaşını tamamlayacaq. "Ən yaxşı aktyor" kimi "Oskar"a iki dəfə təqdim olunsa da, mükafatı qazana bilməyib.


Arnold Şvarsenegger

Эксклюзивное интервью знаменитого актера Арнольда Шварценеггера

Yəqin siz də təəccüb edirsiniz ki, "Terminator" filmi ilə milyonların sevimlisinə çevrilmiş aktyor niyə "Oskar"a layiq görülməyib? Arnoldun özünün "Oskar"a marağa olmayıb. Bir dəfə də "Oskar"a təqdim olunmaq istəməyib. Onun üçün qubernator olmaq "Oskar" almaqdan daha maraqlıdır.


Brus Uillis

Image result for Brus uiliss

"Oskar"dan yan keçən daha bir Hollivud əfsanəsi. Onu "Məğlubedilməz" filmi ilə tanıyırıq. Bir çox filmlərin uğurlu aktyoru olsa da "Oskar" almaq şansı Arnold Şvarsenegger və Silvestr Stallonenin yanında çox azdır.


Cim Kerri

Image result for cim kerri

Hollivud kino akademiyasının ənənəsində döyüş filmlərinə və komik filmlərə çəkilən aktyorların ulduzu digərlərinə nisbətdə sönükdür. Elə Cim Kerri də bu sıradadır. "Maska", "Truman şousu", "Batman forever" filmləri ilə məşhurdur. "Truman şousu"ndakı rolunu yüksək qiymətləndirmiş və aktyora "Qızıl qlobus" mükafatı vermişdilər. Ancaq "Oskar" deyəndə axan sular durur. Cim Kerri bir dəfə də olsun bu mükafata təqdim olunmayıb. 


Conni Dep

Image result for conni dep

Birinci dəfə "Karib dənizinin quldurları" filmindəki roluna görə "Oskar"a təqdim edilmişdi. Düzdü, rolunu yaxşı ifa etmişdi, ancaq mükafat üçün bu yetərli deyildi. Ondan sonra daha iki filmə ("Suinni Tudd" və "Sehrli ölkə") görə Oskara təqdim olunmuşdu. Amma şans yanından ötüb keçmişdi...


Riçard Gir

Image result for riçard gir

"Sommersbi", "Gözəlçə" filmlərinə görə ona çoxdan bu mükafatı verməliydilər. "Qaçaq gəlin" filmindəki roluna görə də "Oskar" ala bilərdi. Ancaq "Hollivud imtahanı" bu rolu da yetərli hesab etmədi.


Bill Mürrey

Image result for Билл Мюррей

Kino üçün böyük işlər görüb. Həm aktyor kimi, həm rejissor kimi, həm ssenarist, həm də prodüser kimi... "Köstəbək günü" filimindəki möhtəşəm roluna görə "Oskar"a təqdim edilmişdi. Ancaq mükafat ona verilmədi.


Con Travolta

Джон Траволта

Hollivudun əfsanə aktyorlardan biri... "Şənbə axşamının hərarəti" filminə görə "Oskar"a təqdim edilsə də mükafatı ala bilməmişdi.


Harrison Ford

Харрисон Форд

"Ulduz muharibələri", "İndiana Cons" filmləri ilə məşhurluq qazansa da, "Oskar" ondan da yan keçib. Karyerasında cəmi bir dəfə "Şahid" filminə görə bu mükafata təqdim olunub. "Prezidentin təyyarəsi" filmində də onun aktyor oyunu çox bəyənilmişdi. Amma "Oskar" başqadı... Vaxt keçir, artıq Harrisonun 74 yaşı tamam olur.


Kiçik Robert Dauni

Artıq 50 yaşına çatıb. Karyerasından "Oskar" keçib gedib, heç ona yaxınlıq da verməyib. "Çaplin" filminə görə bir dəfə bu mükafata təqdim də olunub. "Qadın ətri" filmində Al Paçino ilə birlikdə rol almışdı. Ancaq "Oskar" yenə də ona mükafatı təqdim etmədi.



Oxşar mövzular:
  • 2015-ci ilin ən yaxşı filmləri seçildi
  • Aparıcı Məleykə Əsədovanı pərt etdi
  • Filmler haqqinda
  • "Oskar"da dəb yarışı
  • "Oskar" göy rəngdə olacaq?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    ferhadpro
           Нет
    Şərhləri: 2
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III