reklam
Böyük Qafqaz təbii vilayətinin iqlimi Böyük Qafqaz təbii vilayətinin iqlimi https://take.az/uploads/posts/2023-04/1682696503_440px-boyuk_qafqaz_tebii_vilayetinde_havanin_orta_illik_temperaturu2.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Maraqlı 29-04-2023, 12:30

Böyük Qafqaz təbii vilayətinin iqlimi

Böyük Qafqaz təbii vilayətinin iqlimi
Böyük Qafqaz vilayətinin də iqlim şəraitinin formalaşmasına buraya düşən günəş radiasiyası, əraziyə daxil olan müxtəlif istiqamətli hava kütlələri böyük təsir göstərir. Eyni zamanda ona müxtəlif istiqamətli dağ yamacları, ərazinin dəniz səviyyəsindən hündürlüyünün dəyişməsi də əhəmiyyətli təsir edir.

Vilayət daxilində günəşli saatların illik miqdarı 1900-2500 saat arasında tərəddüd edir. Ümumi günəş radiasiyasının illik kəmiyyəti 130-145 kkal/sm2 arasında müşahidə edilir. Eyni zamanda qeyd etmək lazımdır ki, Böyük Qafqazın 3000 m-dən yüksək olan hissələrində buludluğun az olması ilə əlaqədar bu göstərici 140-150 kkal/sm2-a qədər yüksələ bilir. Radiasiya balansının kəmiyyəti də hündürlükdən asılıdır. Belə ki, 3000 m-dən hündür olan ərazilərdə radiasiya balansı 15-25 kkal/sm2 arasında olursa, Qanıx-Əyriçay vadisində, Samur-Dəvəçi ovalığında və Abşeronda onun illik miqdarı 45-50 kkal/sm2-a qədər yüksəlir.

İqlimin formalaşmasına iqlimyaradan amil kimi ərazidə gedən makro və mikro atmosfer sirkulyasiya prosesləri də təsirsiz qalmır. Dağlıq vilayət olduğuna görə burada atmosferin sirkulyasiyasına səth örtüyü, müxtəlif istiqamətdə uzanan dağ yamaclarda hava kütlələrinin istiqamətini dəyişməklə müəyyən təsir edir. Bütün Azərbaycan ərazisində olduğu kimi bu vilayətin də iqliminə Kara, Skandinaviya, Azor adaları subtropik, kontinental, orta Asiya antisiklonları təsir göstərir. Baş Qafqaz sıra dağları isə şimaldan gələn quru soyuq hava kütlələrinin əraziyə birbaşa daxil olmasının qarşısını alır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
220 187 167 202 253 149

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.