Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Partlayan reysin yeganə sağ qalmış qadın sərnişini danışdı [video]

  • Müəllif  Asef
Xoşbəxt təsadüfdən saat zəng çalmayıb.
Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzası zaman qadın möcüzə nəticəsində sağ qalıb. 
Take.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, Elvira İsayeva ölüm reysinə Dubaydan Rostov-na-Dona uçan "FlyDubai” aviaşirkətinin "Boeing-737-800” təyyarəsinə gecikdiyindən salamat qalıb.
Qadın həmçinin başıbəlalı reysin yeganə sağ qalmış sərnişini sayılır. Elvira İsayeva bütün baş verənlərə baxmayaraq "FlyDubai” aviaşirkətinin təyyarəsiylə evə qayıtmağı planlaşdırır.
""FlyDubai” həftədə bir dəfə Rostova uçur. Mən bir həftə havanın düzəlməsini gözləyəcəyəm və uçacağam. Hərçənd, mən artıq qatarda həmçinin piyada getməyə hazıram. Dəhşətlidir, əlbəttə, amma mən əvvəllərdə "FlyDubai” haqqında pis heç nə eşitməmişəm. Onlar həmişə yaxşı uçurdular və mən özüm artıq dəfələrlə ondan istifadə etmişəm”,- deyə reysin yeganə sağ qalan sərnişini bildirib.
Xatırladaq ki, Elvira İsayeva aviaqəza nəticəsində 61 nəfərin həlak olduğu "FlyDubai” aviaşirkətinin FZ981-nömrəli reysinin tək sağ qalmış sərnişini olub.
İsayeva ölümdən necə qaçmağı bacardığını danışıb. Məlum olub ki, onun həyatını zəngli saat xilas edib. Xoşbəxt təsadüfdən saat zəng çalmayıb və Rostov sakini təyyarəyə gecikib. 
Qəza bu gecə Rusiya vaxtı ilə saat 04 radələrində qeydə alınıb. Hadisə vaxtı təyyarədə 62 nəfər olub. Onlardan 55-i sərnişin, o cümlədən 4-ü uşaq, 7-si isə heyət üzvləri olub. Onların arasında Azov rayon administrasiyasının rəhbərinin keçmiş həyat yoldaşı və qızı da olub. Onlar Dubaydan istirahətdən qayıdırmışlar. 
Rusiyanın Rostov şəhərində baş verən təyyarə qəzasında ölənlər arasında Azərbaycan vətəndaşı yoxdur. Bu barədə Azərbaycanın Rusiyadakı səfirliyinin mətbuat xidmətindən məlumat verilib.
Qəza bütün sərnişinlərin və uçuş heyətinin ölümü ilə nəticələnib. Hadisə Dubaydan uçan "Boeing-737-800” tipli sərnişin təyyarəsi Rostov-na-Donu şəhər aeroportuna enərkən baş verib. Qəzaya səbəb kimi pis hava şəraitinə görə təyyarənin eniş zolağından kənara düşməsi göstərilir. Belə ki, ilk cəhddə təyyarəni endirə bilməyən pilotlar ikinci dövrə vurmaq istəyiblər. Lakin bu zaman təyyarənin quyruq hissəsi yerə çırpılıb. Rostov vilayətinin qubernatoru Vasili Qolubayevin sözlərinə görə, hələlik qəzaya səbəb kimi başqa versiyalara baxılmır. 
"Fly Dubai” aviaşirkətinə aid təyyarədə olan bütün sərnişinlərin rus, heyət üzvlərinin isə əcnəbilər olduğu bildirilir. Ölənlər arasında Rusiya, Ukrayna, Qazaxıstan və Hindistan vətəndaşları olub. Hava limanına qəzada ölənlərin yüzlərlə qohumu toplaşıb. 
Bundan əvvəl ötən il oktyabrın 31-də Misirin Şarm-əş-Şeyx şəhərindən Sankt-Peterburqa uçuş həyata keçirən Rusiyaya məxsus təyyarə Sinay yarımdasının şimalında yerləşən Əl-Arişdən 100 km uzaqlıqda qəzaya uğramışdı. Qəzada 217 sərnişin və 7 ekipaj üzvü olmaqla ümumilikdə 224 nəfər həlak olmuşdu. 



Oxşar mövzular:
  • Dəhşətli təyyarə qəzası: 224 nəfərdən sağ qalan olmayıb
  • AZAL məsələyə aydınlıq gətirdi...
  • Göyərtəsində 148 adam olan təyyarə qəzaya uğrayıb
  • Təyyarə terror aktı təhdidinə görə məcburi eniş etdi
  • Son 10 gündə 4-cü təyyarə qəzası


  • Gerİ dön


    2 şərh


    • MOCZE NE DEYIM ALLAH OLENLERE REHMET QALANADA KI CAN SAGLIGI VERSIN

    • --------------------------------------------
      Sən olmayan da hər şey heçnədir.....♥!
    • ♥FG♥
    • Xəbərlər: 39
    • Şərhlər: 608
    • İCQ:


    • xeberlerde baxmisidim

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    narmin776
           Нет
    Şərhləri: 1
     
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III