Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu

  • Müəllif  Admin

Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu

Çinin Huawei şirkətinin yeni modellərinin satışı bazarda artıq yeni vəziyyət formalaşdırıb. Belə ki, şirkət dünya bazarlarında smartfon satışı ilə Samsung şirkətindən sonra ikinci yerdə qərarlaşıb.Huawei şirkətinin ötən ilin sonunda təqdim etdiyi Mate 20 Pro modeli artıq 3 aydan çoxdur ki, ciddi müzakirələrə səbəb olur. Onun üstünlükləri və digər modellərdən fərqləri ilə bağlı analitik yazılar, araşdırmalar aparılır, mütəxsiislər öz fikirlərini bildirir.Bu model korpusun forması, istifadə olunan dizayn elementləri ilə hətta uzaqdan belə seçilir. Korpusun kənarında telefonu işə salmaq üçün lazım olan düymənin qırmızı rəngdə olması gözdən yayınmır.

Onu da qeyd edək ki, hazırda digər smartfon istehsalçıları hələ də ikili kamera sistemləri üzərində təkrar işlər aparsa da, Huawei artıq üçlü kameralara keçid edib. Xüsusilə də Huawei Mate 20 seriyası Leica Ultra Geniş Bucaqlı Linzaları ilə Leica Üçlü Kamerasını təqdim edib. Smartfon istehsalçılarının "Huawei"in işə saldığı süni intellektə əsaslanan fotoşəkil funksiyası ilə ayaqlaşmağa çalışdığı bir vaxtda Huaweı Mate 20 seriyası süni intellektə əsaslanan videoçəkiliş funksionallığını təqdim edib ki, bu funksionallıq da daha çox səy tələb edən videoların hazırlanmasına imkan verir.
Huaweı Mate 20 seriyasının yeni dizaynı zümrüdü-yaşıl rəngli seriyadır. Bu seriya öz adına uyğun olaraq qiymətli zümrüd daşının yarımşəffaf yaşıl kölgəsi rəngindədir.

Göründüyü kimi, Huawei şirkəti yeni smartfon seriyası və ona olan maraq sayəsində bazarda yeni vəziyyətin formalaşmasına səbəb olub. 
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A


Oxşar mövzular:
  • Huawei Mate 20 Pro-nu digər smartfonlardan üstün edən nədir?
  • Yeni iPhone ən sürətli smartfon olacaq
  • Gözlə idarə olunan smartfon hazırlanıb


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III