reklam
Əlillər gözləri ilə yazı yaza biləcək Əlillər gözləri ilə yazı yaza biləcək https://take.az/uploads/posts/2023-05/thumbs/1684072741_2023-05-13-16-19-117baeq6cmycakcmy7eklr_file.jpg
ice berg

ice berg Texnologiya 16-05-2023, 17:30

Əlillər gözləri ilə yazı yaza biləcək

Əlillər gözləri ilə yazı yaza biləcək
Yaxın gələcəkdə bədən üzvlərindən istifadə etmək qabiliyyətindən məhrum olan xəstələr dünya ilə ünsiyyət üçün yeni unikal imkan əldə edəcək.

İnsult, onurğa sütunu zədələri, amiotrofik lateral skleroz kimi xəstəliklərin qurbanları yazmaq, qələm tutmaq və bəzən danışmaq qabiliyyətindən məhrum olurlar.

Fransada tədqiqatçılar insana yalnız gözləri ilə yazmağa imkan verən sistem hazırlayıblar.

LoaDinG.aZ” xəbər verir ki, Parisdəki Pierre və Marie Curie Universitetinin tədqiqatçıları göz hərəkətlərini yazılı mətnə çevirmək üçün texnika hazırlayıblar .

Bu cihaz sakkadik adlanan göz hərəkətləri adlanan mürəkkəb fizioloji hərəkəti yazıya çeviriblər.

Onlar sayrışan ekranla bu məsələni həll ediblər. Cihaz göz hərəkətinin tanınması texnologiyasından istifadə edir. Son vaxtlara qədər belə cihazlar xəstələrə siyahıdan sözləri seçməyə imkan verirdi. Yeni qurğu söz və cümlələri xəstənin özünün yaratmasına imkan verir.

Yaxın vaxtlarda cihazın xəstə insanlar üzərində klinik sınaqları keçirilməlidir. Əgər uğurlu olarsa, o zaman kütləvi istehsala başlayacaqlar.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
206 155 204 180 251 212

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.