reklam
Soyuqların Şeiri Soyuqların Şeiri https://take.az/uploads/posts/2023-05/thumbs/1684262300_img_20230516_223736_454.jpg
KiBirLi_PrenS.

KiBirLi_PrenS. Şeirlər 16-05-2023, 21:50

Soyuqların Şeiri

Soyuqların Şeiri
Taleyindən yorğun düşən axşamın
Sabahında gəldin könül evimə.
Duaların yeddi göyü titrədən
Savabında gəldin könül evimə.

Elə gəldin, üşütmüşdün, ruhumdan
Bir nəfəslik qucaq açdım ovcuna.
Otur bir az, isti şeir dəmləyim,
Pıçıldayım saçlarının ucuna.

Xəzəl vaxtı yarpaq üstə mən sənin,
Tanıyaram, gəlsən, ayaq səsini.
Qurban olum, inciyəndə, küsəndə
Bir də çıxma saçlarından hirsini.

Bir dənizdir, dalğalanır baxışın
Qumral saçlar bəzəyəndə çiynini.
Günəş solğun, buludludur havalar,
Soyuq düşür, qalın geyin əynini.

Üşüsən, gəl payız vaxtı bir səhər,
Dərdlərini alım yorğun canından.
Gedirsənsə, birnəfərlik yer saxla
Yaşamağa bir ömürlük yanında…

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
162 153 166 150 207 196

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.