Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Huawei Mate 20 Pro – Bir telefondan daha üstün

  • Müəllif  Admin

Huawei Mate 20 Pro – Bir telefondan daha üstün Huawei Mate 20 Pro – Bir telefondan daha üstün

Mobil telefonlar artıq həyatımızın ayrılmaz hissəsidir. Hazırki şəraitdə mobil telefon adi bir kommunikasiya vasitəsi deyildir və daha üstün xüsusiyyətlərə sahibdir. Yəqin ki, hər birimiz özündə yeni inqilabi yenilikləri əks etdirəcək bir model axtarışındayıq. Bəs bizim istəklərimizi təmin edə biləcək bu xüsusiyyətlər nədən ibarətdir? Sözsüz ki, futuristik dizayn, telefonun yüngün olması, daha davamlı enerji saxlama imkanları, telefonda süni intellekt xüsusiyyətləri, daha üstün HD foto və video, eləcə də oyun imkanları, daha böyük yaddaş və ekran, əməliyyatların sürətli olması və daha nələr, nələr.

Dünya telekommunikasiya nəhəngi olan Huawei şirkəti artıq özündə bu cür xüsusiyyətləri əks etdirən yeni və inqilabi Huawei Mate 20 Pro modelini müştərilərə təqdim edir.

Huawei Mate 20 Pro adi bir telefon deyildir. Mobil cihazın mühüm xüsusiyyətlərindən biri onun daha üstün və dünyada ilk olaraq 7nm (nanometer) mobil AI (süni intellekt xüsusiyyətlərinə sahib) çipset (prosessor) Kirin 980-lə təchiz olunmasıdır. Bu isə əvvəlki nəsil sistemlə müqayisədə 75% daha üstün CPU (Mərkəzi Prosessor Modulu) performans və 58% daha üstün CPU güc effektivliyi yaratmağa imkan verir.

Mobil cihazın digər üstünlükləri sırasında onun daha üstün 4.5 G bağlantı imkanına sahib olması, qısa zamanda enerji ilə dolması, yüksək keyfiyyətli 4 kamera ilə təchiz olunması və biometrik təhlükəsizlik imkanlarını təqdim etməsi də vardır.

Qeyd edək ki, artıq bu modeli Azərbaycanda da əldə etmək mümkündür. Huawei şirkəti insan həyatını daha müsbət istiqamətdə dəyişəcək yenilikləri təqdim etməkdən məmnundur.

Huawei şirkəti 1987-ci ildə təsis edilib və hazırda dünya üzrə qabaqcıl informasiya və kommunikasiya texnologiyaları həlləri provayderidir. Şirkət iri telekommunikasiya şirkətləri, müəssisələri və istehlakçıları son nəsil və rəqabətədavamlı İKT həllər,məhsullar və xidmətlərlə təmin edir. Huawei dünyanın 170-dən çox ölkəsi və regionunda 180 min əməkdaşla dünya əhalisinin üçdə birinə öz xidmətlərini göstərir.



Oxşar mövzular:
  • Huawei Mate 20 Pro ilə yüksək keyfiyyətli foto və video çəkiliş imkanı
  • Huawei Porsche Design Mate 20 RS premium modeli regionda yalnız Azərbaycand ...
  • Huawei Mate 20 Pro smartfon bazarında çevriliş edir
  • Huawei Mate 20 Pro təkcə telefon deyil, həm də bir portativ enerji qurğusud ...
  • Huawei Mate 20 Pro-nu digər smartfonlardan üstün edən nədir?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III