Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri

  • Müəllif  Admin

Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri Huawei Mate 20 Pro-dan çox mürəkkəb təhlükəsizlik tədbirləri

Huawei şirkəti özünün yeni flaqman modelində mürəkkəb təhlükəsizlik sistemləri quraşdırıb. Belə ki, şirkət tərəfindən 3D Üz Tanıma həlli "Huawei Mate 20 Pro”ya əlavə edilib. Min proyeksiyalı infraqırmızı nöqtələrlə istifadəçinin üzünü xəritələndirən bu həll vasitəsi ilə telefon tam informasiya əsasında istifadəçinin üzünü dəqiqliklə oxuya bilir.
Digər rəqib telefonlarla müqayisədə, 3D Üz Tanıma ilə telefonu açmaq funksiyasının infraqırmızı spektrdə, görüntü sahəsində, istifadə rahatlığında və üz tanıma sürətində üstünlükləri vardır. Xəta həddi milyonda birdən aşağı olmaqla istifadəçini 600ms ərzində tanıyır.
Telefonu açmaq və ödəniş funksionallıqlarından əlavə, istifadəçinin məxfiliyini daha yaxşı qorumaq üçün də üz tanıma texnologiyasından istifadə edilə bilər. Yeni təhlükəsizlik funksionallığı "PrivateSpace", "App Lock", "File Safe" və "PrivateScreen"-i dəstəkləyir. İstifadəçilər telefonun sağ ekranını özləri üçün şəxsi ekran edə ("PrivateScreen"), öz şəxsi proqramlarını həmin ekranda gizlədə bilər. Yalnız biometrik məlumatları uyğun gələn istifadəçilər həmin ekranı aça bilər.
Təkmilləşdirilmiş ekrandaxili barmaq izi sensoru
Huawei şirkəti barmaq izi sensorunu tətbiq edən ilk smartfon istehsalçılarından biri olub. Həmçinin barmaq izi sensorlarını Android ekosisteminə gətirən ilk istehsalçıdır. Hazırda çoxsaylı istifadəçinin barmaq izi sensorlarına vərdiş etdiyini nəzərə alsaq, "Huawei"in bu sensoru öz cihazlarına birbaşa inteqrasiya etmək istəyi sadəcə təbiidir.
Huawei daha məqsədəuyğun sürət və uğurlu iş əmsalını əldə etmək üçün özünün ekrandaxili barmaq izi sensoru dizaynını təkmilləşdirib. Bu telefon sensor üzərində barmaq hərəkətini aşkarladığı zaman ekrana xəbərdarlıq çıxarır. Təsdiq prosesi yerinə yetirildikdən sonra arxa fonda diqqəti yayındırmayan bir xəbərdarlıq avtomatik surətdə itir.
Mikrosxem səviyyəsində təhlükəsizlik funksionallığı vasitəsi ilə məlumatlar sürətlə bərpa edilir
Bildiyimiz kimi, telefonunu itirmək xüsusilə də işgüzar insanlar üçün çətinlik yarada bilər. Telefonun itməsi onlar üçün adətən ikinci problemə çevrilir - ən vacib məsələ isə telefonda olan məlumatlardır. Huawei Mate 20 ilə istifadəçilər öz məlumatlarını üç üsulla arxivləşdirə bilər: "Huawei Cloud" vasitəsi ilə; kabel vasitəsi ilə lokal saxlayıcıda, yaxud simsiz bağlantı ilə lokal saxlayıcıda. Bu telefonlarda həmçinin 64GB, 128GB və 256GB yaddaş kartlarına uyğun olan Nano SD bölməsi də vardır.
Digər təhlükəsizlik funksionallığı olan "Password Keychain" isə istifadəçilərə imkan verir ki, mikrosxem sistemində şifrələnmiş inSE mikrosxemindəki parol parametrlərini təhlükəsiz şəkildə saxlasın. Bu parametrlər üz tanıma funksiyasiyası vasitəsi ilə istifadəçi tərəfindən məlumatların avtomatik doldurulması üçün istifadə edilə bilər.
Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat:
https://www.facebook.com/HuaweimobileAZ/
https://www.instagram.com/huaweimobileaz/
https://www.youtube.com/channel/UCfVXuOkhygPuOJ-Uzpr348A


Oxşar mövzular:
  • Huawei Mate 20 Pro hansı texniki xüsusiyyətlərə sahibdir?
  • Huawei Mate 20 Pro-nu almaq üçün 10 səbəb
  • Huawei Porsche Design Mate 20 RS premium modeli regionda yalnız Azərbaycand ...
  • Huawei Mate 20 Pro ilə smartfon bazarı yeni eraya qədəm qoydu
  • Huawei Mate 20 Pro-nu digər smartfonlardan üstün edən nədir?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    «     Oktyabr 2019    »
    BeÇaÇCaCŞB
     123456
    78910111213
    14151617181920
    21222324252627
    28293031 
    Style I Style II Style III