İnsanlar tərəfindən icad olunan oyunların içərisində elə bir oyun var ki, həm idmana, həm elmə, həm də incəsənətə yaxındır. O, yaddaşı gücləndirir, diqqəti və səbri artırır, çətin vəziyyətlərdən çıxış yolu tapmaq və ani qərar qəbul etmək vərdişləri formalaşdırır. Yəqin ki, söhbətin şahmatdan getdiyini duydunuz. Bəs şahmat nə vaxt və necə yaranıb?
Şahmat oyunu 1500 il bundan əvvəl Hindistanda meydana gəlib və ilk vaxtlar “çaturanq” adlanırdı. Bu oyunun qaydaları vaxt ötdükcə dəyişərək indiki halını alıb.
Rəvayətə görə hind müdriklərindən biri çaturanq oyununu qanlı müharibələrin qarşısını almaq üçün icad edib: Döyüş əməliyyatlarını adi taxta üzərində aparmaq və qələbəni insanın ən güclü silahı – ağılla qazanmaq mümkündürsə, onda nəyə görə qan tökülsün?