reklam
Xiaomi Black Shark 2 smartfonu təqdim olundu Xiaomi Black Shark 2 smartfonu təqdim olundu https://take.az/uploads/posts/2019-03/thumbs/1553699169loading.az_728450.jpg
_Yene_Tenha_

_Yene_Tenha_ Texnologiya 27-03-2019, 19:05

Xiaomi Black Shark 2 smartfonu təqdim olundu

Xiaomi Black Shark 2 smartfonu təqdim olundu

"Xiaomi" şirkəti "Black Shark" adlı oyun smartfonunun ikinci nəslini təqdim edib. Bu, ötən il təqdim edilmiş "Black Shark" və "Black Shark Helo" smartfonlarının varisidir.

"Black Shark 2" smartfonu "Full HD+" (2340x1080 piksel) təsvir ölçülü 6,39 düymlük ekran, 48+12 MP-lik ikiqat əsas kamera və 20 MP-lik ön kamera, həmçinin sürətli enerjidoldurma funksiyasına malik 4000 milliamper/saat tutumlu akkumulyatorla təchiz edilib.

Aparat, həmçinin "Qualcomm Snapdragon 855" prosessoru, 6/8/12 QB-lıq əməli və 128/256 QB-lıq daxili fləş yaddaşa malikdir. 2 ədəd SIM kart, "4G VoLTE", "Wi-Fi" (802.11ac), "Bluetooth 5", "GPS+QLONASS" texnologiyaları dəstəklənir, "USB Type-C" portu mövcuddur.

Barmaq izi skaneri ekranın alt hissəsinə keçirilib.

Smartfon "Android 9.0 Pie" əməliyyat sisteminin idarəetməsi altında işləyir. Aparatın ölçüləri 163,61x75,01x8,77 mm, çəkisi isə 205 qr-dır.

"Black Shark 2" smartfonu qara, gümüşü və göy rəngli korpuslarda təklif edilir.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
310 307 293 273 309 284

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.