reklam
"Qız Məktəbində" Hüseyn Cavid "Qız Məktəbində" Hüseyn Cavid https://take.az/uploads/posts/2019-04/thumbs/1556016632loading.az_huseyn_cavd_00002.jpg
HASANLY

HASANLY Şeirlər 23-04-2019, 14:50

"Qız Məktəbində" Hüseyn Cavid

"Qız Məktəbində" Hüseyn Cavid
— Quzum, yavrum! Adın nədir?

— Gülbahar.

— Pəki, sənin anan, baban varmı?

— Var.

— Nasıl, zənginmidir baban?

— Əvət, zəngin, bəyzadə…

— Öylə isə, geydiyin geyim neçin böylə sadə?

Yoxmu sənin incilərin, altun bilərziklərin?

Söylə, yavrum! Heç sıxılma…

— Var əfəndim, var… lakin

Müəlliməm hər gün söylər, onların yox qiyməti,

Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.

– Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin

Kimdir, quzum, söylərmisən?

— Ən çox sevdiyim ilkin

O Allah ki, yeri-göyü, insanları xəlq eylər.

— Sonra kimlər?

— Sonra onun göndərdiyi elçilər.

— Başqa sevdiklərin nasıl, yoxmu?

— Var…

— Kimdir onlar?

Anam, babam, müəlliməm, bir də bütün insanlar…



Hüseyn Cavid

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
267 303 305 258 271 250

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.