Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dəbdə üzəngi effekti - FOTOLAR

  • Müəllif  Admin
Dəbdə üzəngi effekti - FOTOLAR

Belə hesab edilir ki, həqiqətən əlverişli olan qış geyimləri dəbdə olmur, eyni ilə dadlı olmayan dərmanlar kimi. Lakin bu qayda həmişə keçərli deyil və istisnalar həmişə mövcuddur. Orijinallıq axtarışında olan dizaynerlər kolleksiyaları hazırlayanda bəzən insanların rahatlıq və sağlamlığını da nəzərə alır.

Bu payız dəb diktatorları rahatlığı seçib. Məsələn, sırıqlı kurtkalar, yumşaq sviterlərlə yanaşı balağı üzəngili şalvarlar da dədədir. Nyu-York, London, Milan və Paris Moda Həftələrində modapərəstlər göstərdi ki, havaların gözəl keçməsinə baxmayaraq, onlar qış trendlərini artıq mənimsəyiblər.

Üzəngili şalvarlar öz populyarlığını Demne Qvasaliyə borcludur. Bu şalvarları modelyer "Balenciaga” moda evi üçün hazırladığı ilk kolleksiyasında nümayiş etdirib. Bu şalvarların həcmli yaşıl parka və sırıqlı kurtkalarla vəhdəti mükəmməl alınmışdı. Konsuelo Kastilon isə "Marni” moda evinin yeni kolleksiyasının nümayişində üzəngili şalvarı yun və dəri kepkalarla tamamlamışdı.

Bu dəb tendensiyasında əsas detal əlbəttə ki, üzəngidir. Onu mütləq hündürdaban ayaqqabı ilə birləşdirmək lazımdır. Üzəngi detalı ayaqqabının dabanına keçirilir və gizlədilir. Bu isə ayağı vizual olaraq uzun göstərir. Ürəyinizcə deyilsə, üzəngini ayaqqabının altına keçirməyə də bilərsiniz.

Üzəngili şalvar dəbinə aid bir neçə nümunə təqdim edirik.

Aytən























Oxşar mövzular:
  • Payızda qlamur qalmanın 6 fərqli obrazı - fotolar
  • Dəb insanın özünə yaraşanı seçməsidir
  • Hündürdaban ayaqqabıların yaratdığı xəstəliklər
  • Hündürdaban ayaqqabı geyinmək üçün ayağını amputassiya etdirən qız-FOTOLAR
  • yaz/yay 2012 kolleksiyası [Ayaqqabılar və çantalar]


  • Gerİ dön


    1 şərh


    • BU NEDİR HEC BEYENMEDİM GEYMEREMDE

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    «     Yanvar 2021    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III