reklam
“Neftçi” Azərbaycan Premyer Liqasında rekordu yenilədi “Neftçi” Azərbaycan Premyer Liqasında rekordu yenilədi https://take.az/uploads/posts/2023-04/1681118210_neftci.jpg
HASANLY

HASANLY İdman 10-04-2023, 13:16

“Neftçi” Azərbaycan Premyer Liqasında rekordu yenilədi

“Neftçi” Azərbaycan Premyer Liqasında rekordu yenilədi
Azərbaycan Premyer Liqasının 2022/23 mövsümünün sonuncu mükafatçısı da bəlli olub.

Peşəkar Futbol Liqasının rəsmi saytının yaydığı məlumata görə, “Qarabağ”la “Sabah”ın ardınca “Neftçi” də “üçlük”də yerini təmin edib.

Bu, XXIX turdan sonra rəsmiləşib. Bakılılar səfərdə “Sumqayıt”ı 4:0 hesabı ilə məğlub edərək xallarının sayını 60-a çatdırıblar.

“Ağ-qaralar” ölkə çempionatları tarixində 21-ci dəfə mükafat alacaqlar. Bu, yarışın tarixində yeni rekorddur. Öz göstəricisini yeniləyən “Neftçi” bunadək 20 dəfə medalçılar sırasına düşüb.
Paytaxt klubu doqquz dəfə - 1992, 1995/1996, 1996/1997, 2003/2004, 2004/2005, 2010/11, 2011/12, 2012/13 və 2020/21 mövsümlərində çempion titulunu qazanıb. “Ağ-qaralar” beş dəfə gümüş (2000/2001, 2006/2007, 2018/19, 2019/20, 2021/22), altı dəfə bürünc (1994/95, 1998/99, 1999/2000, 2005/2006, 2007/2008, 2017/18) mükafat qazanıblar.

Qeyd edək ki, “Neftçi” ardıcıl altıncı mövsümü “üçlük”də bitirəcək.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
129 126 117 159 112 135

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.