reklam
Uzunburun meymun Uzunburun meymun https://upload.wikimedia.org/wikipedia/commons/e/e5/Proboscis_Monkey_in_Borneo.jpg
n2006

n2006 Maraqlı 14-04-2023, 22:45

Uzunburun meymun

Uzunburun meymun
Uzunburun meymun, və ya Kахаu (lat. Nasalis larvatus) — Əntərmeymunlar fəsiləsinin Nazik bədən meymunlar yarımfəsiləsinə aid növ. Kalimantan adası ərazisindəki meşələrdə yaşayırlar.

Xariçi görünüşü
Uzunburun meymunları digər meymunlardan fərqləndirən əsas xüsusiyyət onların uzun burunlarıdır. Burunları xiyara bənzəyir, bu xüsusiyyət ancaq erkəklərə məxsusdur. Burnun yuxarı hissəsi sarı-qəhvəyi, aşağı hissəsi isə ağ xəzlə örtülü olur. Ayaqları, əlləri və quyruğu boz, tüksüz üzü isə qırmızı olur. Burnuları 66-75 sm olur. Quyruğu uzun olur. Erkəklər 16-22 kq arası çəkiyə malik olurlar.

Xüsusiyyətləri
Burunlu meymunlar meşələrdə yaşayır. Onlar günlük aktiv həyat sürürlər. Gecələr və səhərlər dinçəlirlər. Günün ikinci yarısından daha da aktivləşirlər.

Onlar əsasən Tropik və Manqrov meşələrində yaşasalarda çox nadir hallarda sudan uzaqda yaşayırlar. 20 metr bir ağacdan digər ağaca atlana bilirlər. Bütün meymunlar arasıında ən yaxşı üzməyi bacarırlar. Manqar meşələrin icərisi ilə ayaq üstündə hərəkət edirlər. Onlar digər meymunlar arasında ən çox ayaq üstə hərəkət etməyi bacarır. Burunlu meymunlar 10-30 baş olmaqla qrup halında yaşayırlar. Bəzən bir erkək hərəmxana yarada bilir. Bəzi hallarda erkəklər öz qrupunu tərk edir, bəzən isə dişilər eyni addım ataraq başqa qrupa yerləşir. Qida tapmaq məqsədi ilə bir necə qrup bir necə qrupda birləşirlər.

İri burunları nə əhəmiyyət daşıdığı dəqiq bilinməsədə. Böyük ehtimal ki, bu dişiləri cəlb etmək məqsədi güdür.

Qidalanması
Uzunburun meymunların əsas qidasını yarpaqlar və meyvələr təşkil edir. Bəzən isə onlar bitkilərin çiçəkləri ilə qidalanırlar.

Çoxalması
Dişilər erkəkləri cəlb etmək məqsədi ilə ilk jestləri edirlər. Onlar dodaqlarını qabağa çıxarır, başını gah sağa gah sola çevirir. Bu addımlarla dişilər erkəkləri cəlb edir. Çütləşmədən 170 gün sonra bala dünyaya gəlir. Balalar böyükklərdən fərqli olaraq mavi rəngdə olurlar. Dişilər bir bala doğur. Ana öz balasını, 7 ay südlə bəsləyir. Dişi meymunlar yetkinlik yaşına 7 ilində çatır. Erkəklərdə isə bu daha sonraya təsadüf edir.

Təhlükələr
Hal-hazırda Uzunburun meymunlar üçün əsas təhlükə meşələrin qırılmasıdır. Üstəlik bu növ qanunsuz ovlanmadan əziyyət çəkir. Onlar xüsusi qorunma altına alınmasına baxmayaraq, onların bir növ kimi tükənmə təhlükəsi vardır.

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
169 195 208 190 219 219

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.