Düşmənlər sevinir, düşmən şadlanır
Sevən ürəyimi sən sevməyəndə.
İçim alovlanır, içim odlanır
Sən mənə hər dəfə “dostum” deyəndə..
Sevən ürəyimi sən sevməyəndə.
İçim alovlanır, içim odlanır
Sən mənə hər dəfə “dostum” deyəndə..
Bağışla, dost ola bilmərəm sənə,
Qəlbimdə gizlincə sevirəm səni.
Kaş gücüm çataydı bir tilsim ilə
Könlümün həmdəmi sevirəm səni..
Qəlbimdə gizlincə sevirəm səni.
Kaş gücüm çataydı bir tilsim ilə
Könlümün həmdəmi sevirəm səni..
Sevdiyin insandan danışırsan sən,
Sevdiyim insanı dinləyirəm mən.
Özgə həsrətiylə alışırsan sən,
Sənin həsrətinlə inləyirəm mən..
Sevdiyim insanı dinləyirəm mən.
Özgə həsrətiylə alışırsan sən,
Sənin həsrətinlə inləyirəm mən..
Sirrini açırsan, “sirdaş” deyirsən,
Mən bundan betər bir acı bilmirəm.
Hər kəlmə başında “qardaş” deyirsən,
Mən səni özümə bacı bilmirəm..
Arabir deyirsən “yoxmu sevdiyin?”
Həmin an söhbəti dəyişirəm mən.
Bu acı gerçəyi hardan biləsən,
Hər gecə rəsminlə sevişirəm mən..
Həmin an söhbəti dəyişirəm mən.
Bu acı gerçəyi hardan biləsən,
Hər gecə rəsminlə sevişirəm mən..
Zəhərli ömrümdən zəhərlənərsən,
Qoy qalsın özümə, ömrümü yemə.
Sevərsən, sevməzsən, – özün bilərsən,
Amma ki, sən mənə gəl dostum demə!
Qoy qalsın özümə, ömrümü yemə.
Sevərsən, sevməzsən, – özün bilərsən,
Amma ki, sən mənə gəl dostum demə!