reklam
Kişilərin bəyəndiyi qadınlar Kişilərin bəyəndiyi qadınlar http://take.az/uploads/posts/2017-03/1490137247_image.jpg

Kişilərin bəyəndiyi qadınlar

Kişilərin bəyəndiyi qadınlar

Zəka:
Görünüşdən sonra gələn ən əhəmiyyətli ünsürdür bu. Kişilər ağıllı, düşüncələrini müdafiə edə bilən və dəqiq olaraq ifadə ədə bilən qadınları sevər. Çoxu özü kimi düşünən qadınlarla danışmağı sevər. Kişilər müzakirəni sevər və əgər onlara düşüncələrinizi qəbul etdirə bilsəniz, ya da heç olmasa hörmət etmələrini təmin edə bilsəniz, ürəyinin dərinliklərinə gedən yol da açılar...

Gülər üz:
Bir kişinin zarafatlarına gülsəniz sizi daha yaxından tanımaq istəyəcək. Kişilər gülər üzlü qadınları çox bəyənirlər...

Dəstəkləyici olmaq:
Kişilər özlərini dəstəkləyən, müsbət istiqamətdə təşviq edən qadınlara ehtiyacı var. Hədəflərinə çata biləcək qabiliyyətə sahib olduqlarını xatırladan, güc verici bir səsə ehtiyacları vardır. İşlər yolunda getdiyində bunu həyatlarına sehrli bir dokunuş olaraq qəbul edib minnətdar belə ola bilərlər... Onun xəyallarını dəstəklədiyinizi, hədəflərinə doğru gedərkən ayağına dolanmayacağınızı bilməsini təmin edin...

Xoşgörüşlü olmaq:
Kişilərin mükəmməl olmadıqlarını anlayıb, onları mükəmməl olmayışlarından ötəri asanca bağışlaya bildiyinizdə, könülündəki taxtın da sahibi ola bilərsiniz. Ən kiçik şeyləri böyüdüb, səs-küyü şişirtsəniz yanınızda çox uzun müddət qalmayacaq...


Səbirli olmaq:
Bu əslində bir əvvəlki maddəylə haradasa eyni. Təzə tanış oldunuzsa ciddi bir əlaqəyə keçiş üçün səbirsiz hərəkət etməyin. Artıq birlikdəsinizsə səhvlərinə qarşı səbirli olun. Kimsə mükəmməl deyil. Anlayışlı olun. Ən kiçik səhvdə özünüzdən çıxmayın. Tərs danışmayın. Düşünmədən deyilən sözlər həm sizi, həm onu yaralayar. Səbrin sonu salamatçılıqdı, unutmayın...

Dürüstlük:
Kişilər etibarlı və dürüst qadınları çox bəyənir. Söylədiyinizlə etdiyiniz bir-birini tutsun. Dürüstlük sizə hörmət etməsini təmin edər. Həmişə doğrunu söyləyin. Yalanlarla vaxtını xərcləməyəcək bir qadın olduğunuzu hiss etdirin. Sizə hörmət etdikcə heyranlığı artacaq...

Açıq fikirli olun:
Yeni fikirlərə, ehtimallara açıq olduğunuzu göstərin. Dar fikirli olmadığnızı hiss etdirin. Həyata geniş bir perspektivdən, azadca baxdığınızı bilmək, onda bəlkə sizi itirə bilmə qorxusuyla sizə yaxın olma duyğusunu artıracaq...


Baxımlı olmaq:
Gözəlliyinə fikir verən qadınları, kişilər çox bəyənir. Kişilər idman edən, nizamlı bəslənən, saçına, dırnaqlarına baxımlı olan, gözəl geyinən qadınları çox bəyənirlər...

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
190 214 205 219 217 220

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.