Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Azərbaycanda qızlar niyə tez ərə gedirlər? [araşdırma]

  • Müəllif  Aysel

Əzizə ailə quranda heç 9-cu sinifi bitirməmişdi. 


Qızcığazı özündən yaşca xeyli böyük olan qohumlarına ərə verdilər. “Oxumursa, evdə oturub neyləyəcək ki?” Bu fikri valideynləri yanında o qədər demişdilər ki, onun da ağlına batmışdı. Toy, təmtəraq, bahalı hədiyyələr... Əzizənin gözünü qamaşdırmışdı. Lakin qız çox çəkmədi ki, hər şeyin puç olduğunu başa düşdü. Ərinin nə qədər xaraktersiz və kobud olduğunu da, dalbadal doğulan iki qızı ilə bütün ailənin yükünü çəkməyin nə qədər ağır olduğunu anladı. Bir müddət dözdü, sonda böyük biabırçılıq və söz-söhbətlə iki uşağı ilə birlikdə atasının evinə qayıtdı.

Əslində Əzizə kimi erkən ərə verilmiş, həyatın nə demək olduğunu anlamadan, dünyagörüşü formalaşmadan, sadəcə dəyişiklik xatirinə ərə verilən qızlarımız kifayət qədər çoxdur. BMT-nin Əhali Fondunun (UNFPA) erkən nikahlara həsr olunmuş hesabatında bildirilir ki, Azərbaycanda 18 yaşına qədər ailə quran qızların 11,3%-nin ibtidai təhsili belə yoxdur. 18 yaşına qədər ailə quran qızların yalnız 26%-i ibtidai təhsil alıb, 11%-i orta məktəb və daha yuxarı təhsilə malikdir.

Hesabatda həmçinin o da bildirilir ki, 2000-2011-ci illəri əhatə edən məlumatlara əsasən, Azərbaycanda nikahların 12,2%-i gəlinlər yetkinlik yaşına çatmadan bağlanıb. Bu cür nikahların əksəriyyəti (15,2%-i) kənd yerlərində bağlanır, 9,6%-i isə şəhərlərin payına düşür.

Azərbaycan Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, 2012-ci ildə 79,3 min nikah qeydə alınıb, 11 min boşanma baş verib. 2011-ci illə müqayisədə nikahların sayı 10,1 min və ya 11,3% azalıb, boşanmaların sayı isə 0,4 min və 3,6% artıb. Boşananların sayı isə ölkədə il ərzində 11 min nəfər təşkil edib. Bu rəqəm 2011-ci ildə 10,7 min, 2010-cu ildə isə 8,9 min nəfər təşkil edib. Statistik rəqəmlərdən də belə görünür ki, ölkəmizdə ailə quranların sayı ili-ildən azalsa da boşananların sayı artmaqdadır.

Ailə, Qadın və Uşaq Hüquqları üzrə Dövlət Komitəsinin Analitik Araşdırmalar və İnformaisya şöbəsinin müdiri Elgün Səfərov ANS PRESS-ə açıqlamasında ölkədə 21 yaşınadək bağlanan erkən nikahlar arasında boşanmaların çoxluq təşkil etdiyini deyir.

“Ötən illərlə müqayisədə erkən nikahların sayı azalıb. Əvvəllər bu rəqəm yeddi faiz idisə, son 3 ildə erkən nikahların sayında bir faiz azalma müşahidə edilir. Amma 6 faiz də az rəqəm deyil. Əslində bu çox narahedici rəqəmdir, çünki uşaq ölümü də ən çox erkən qurulan ailələrdə baş verir”, – deyə E. Səfərov bildirb.

"Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalovanın ANS PRESS-ə açıqlamasında boşanmalarda əsas səbəb zorakılıq və erkən nikahların olmasını görür. “Münasibətlərin tənzimlənməsində dözümsüzlük, sosial problemlər, ailə idarəçiliyində müəyyən boşluqların olması, ailələrə müdaxilələrin olması- bunlar hamısı boşanmaları şərtləndirən səbəblərdir. Ailəni qoruyub saxlamaq üçün psixoloqa belə müraciət olunmur”, - deyən QHT sədri əvvəllər bununla bağlı ağsaqqal şurasının olduğunu, indi bunun öz funksiyasını itirdiyini söyləyib.
İlahiyyatçı İsmayıl Əhmədovun ANS PRESS-ə bildirdiyinə görə, dini baxımdan insanın yetkinlik yaşına çatdıqdan sonra evlənməsi məqbul sayılır. Lakin bəziləri yetkinlik yaşına çatan kimi evlənirlər, bu da düzgün deyil. İnsan bu prosesə həm fiziki, həm də zehni cəhətdən hazır olmalıdır. Niyə evləndiyini, evliliyin məsuliyyətini dərk etməlidir.

İ. Əhmədov hesab edir ki, erkən nikaha girənlər yaxşı olardı ki, əgər evlənirlərsə, hələ övlad sahibi olmasınlar, çünki bu böyük məsuliyyətdir.

Ailənin nə zaman qurulmasına gəlincə, ilahiyyatçı hesab edir ki, insan bir şeyə dəyər verməlidir, o dəyərin ətrafında toplanmalıdır. Evlənən şəxslər də ailəyə dəyər verməyi bacarmalıdır. Bu yoxdursa, hansı yaşda qurulmasından asılı olmayaraq həmin ailə dağılacaq.

Psixoloq Elnur Rüstəmovun ANS PRESS-ə verdiyi məlumata görə, boşanmaların bu qədər yayılmasının səbəbi çox zaman insanların həyatlarında bir dəyişiklik etmək istəyi ilə ailə qurmasındadır. Gözüyumulu ərə verilən qız müəyyən yaş keçdikcə bəzi şeyləri anlayır, bəzi şeylər sonradan xoşuna gəlmir. Ailə qurulan ilk 3-5 ildə cütlüklərin bir-birinə adaptasiya olunması prosesi gedir. Elə cütlüklər də bu zaman problem yaşayırlar və nəticədə qurulan ailələrin bir qismi dağılır. Psixoloq hesab edir ki, boşanmaların əsas səbəbi təhsil problemidir:

“Ali təhsil almayan qadınlar ailə qurmaqla bağlı tələsik qərarlar verirlər. Onlar fikirləşirlər ki, ali təhsil almamışam, ailə həyatı qurum ki, həyatımda hansısa bir dəyişiklik olsun. Erkən yaşda ailə quran qadınların əksəriyyəti də təhsil almamış qadınlardır. Cəmiyyət üçün problemləri də bunlar yaradırlar. Onların kommunikasiya imkanları məhduddur, işləmirlər, öz potensiallarını ortaya qoya bilmirlər”, - deyə psixoloq bildirib.

“Evlənən cütlüklərin tibbi müayinədən keçməsi məsələsi qaldırılır. Mən təklif edirəm ki, nikaha daxil olan şəxslər psixoloji müayinədən keçməlidirlər. Bu gün kifayət qədər konkret psixi problemi olan şəxslər (istər qadın, istər kişi) var ki, ailə qururlar. İlk növbədə bunun qarşısı alınmalıdır”, - deyə E. Rüstəmov bildirib.



Oxşar mövzular:
  • Evlənmək istəyi böyük "problem"ə doğru iri addımdır?
  • “Niyə evlənmirsən, evdəmi qaldın?” Evdə qalmış qız statusu.
  • Azərbaycanda körpə qızları öldürürlər
  • Nikahların ömrü niyə qısalır?
  • Boşanmalar niyə artır? (ARAŞDIRMA)


  • Gerİ dön


    17 şərh


    • Təşəkkürlər


    • Sabina
    • Xəbərlər: 0
    • Şərhlər: 611
    • İCQ:


    • menim 22 yasim var mence evlenmek ucun ne tezdi ne gec


    • Nubar
    • Xəbərlər: 0
    • Şərhlər: 491
    • İCQ:


    • axirlarini oxumadim ama mence tez ere getmek lazim deyilllllllllllllllllllll 15 [s][/s]


    • aysen
    • Xəbərlər: 0
    • Şərhlər: 27
    • İCQ:


    • ALLAH bize ne yaibsa onuda goreceyik.ister 18 de istersede 25 de gedek taleyimiz nece yazilib elecede yawayiriq...men 19 da getmiwem hecde pis deyil 2 qizim var gozel heyatim azca cetinlikler olsada yenede WUKUR edremki,qarwima bele er cixib...ama indi 25 yawam.duwunuremki nqeder gozel heyatim olsada hec bir tehsilim yoxdu. 15


    • NURANE
    • Xəbərlər: 0
    • Şərhlər: 30
    • İCQ: nur


    • hesenli 337,
      DEYMEZ BACI TEZ GEDIB QAYNANA DIRDIRI CEKINCE GEC GEDIB QARDAS YUMRUGU YE ONDAN YAXSII, 14

      H.L,
      BACI INANIRSANN BIZDEDE O SOZ COX ISLENIRRR 12

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • Maraqli idi teşekkürler mencede tez getmek yaxsı olmaz

    • --------------------------------------------
      : Буду смеяться всем назло...и никто не поймет,что творится у меня в душе!!
    • Xəbərlər: 7
    • Şərhlər: 1741
    • İCQ:


    • menim evlenmek ucun secdiyim yas 22 yasdir,belke de 21 amma,tez yox gec de yox tsk,tez evlenenlere cox pis baxiram

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:


    • mencun qizcun normal yas 22di.ozumun 20yasi var taylarim bu yasda ere gedir ama mencun tezdu..hele gencliyimi yasamaliyam o mesulliyyeti dasimakcun tezdi hele

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:

    • H.L
    • 13 mart 2013 16:54
    •  

    • elena r-va "gedenlerin eli bala batib qalib getmiyenler" kelmesi bizim evde cox iwlenen ifadedi xowum gelir bunnan 14
      qizin tez evlenmeyine nece qarwiyam tesevvur eliyemmezsiz..gunah ise qizlarda yox ekser vaxt valideynlerde olur..qizlarini tez ere vermeyde ne meqsed gudurler bawim cixmir...
      burdan qizlarimizia seslenirem erken yawda evlenib heyatinizi mehv etmiyin..tehsilinize onem verin..Unutmuyunki DIPLOM ozunuzle apara bileceyiniz en yaxsi CEHIZDIR 17

    • --------------------------------------------
      11 EL 11
    • H.L
    • Xəbərlər: 127
    • Şərhlər: 4079
    • İCQ:


    • tesekkurler


    • Xəbərlər: 20
    • Şərhlər: 1073
    • İCQ:


    • mence once tehsil almaq lazimdir.belke heyati derk ederler ve ailede sevgi ve hormetle qurular...yoxsa ama tez gedim...bununla iw bitmir.

    • --------------------------------------------
      Всегда улыбайся… Себе жизнь продлишь, друзей порадуешь, врагов побесишь)))

    • damla memedli
    • Xəbərlər: 138
    • Şərhlər: 2618
    • İCQ:


    • Ilk once ali tehsil.diplom olmalidir.


    • Xəbərlər: 118
    • Şərhlər: 2111
    • İCQ:


    • bu daha cooox kend yerlerin de olur meselem menim qardawim 8 de oxuyur onun sinif qizi 7 ci sinif de ere getdi uwaqi da varrr .ozu de qacdi.


    • Xəbərlər: 0
    • Şərhlər: 573
    • İCQ:


    • bezileri tutar qatiq tutmaz ayran deyib evleniler...kiminse hissleri ile oynayib,,yari yolda qoyub bawqasinin qucagina gedirler...


    • Eldar
    • Xəbərlər: 0
    • Şərhlər: 53
    • İCQ:




    • DUZDU COX TEZ GETMEY YAXSI DEYIL((


    • XGXG GXGX-Adore
    • Xəbərlər: 7
    • Şərhlər: 315
    • İCQ:

    • MINNOW
    • 13 mart 2013 00:35
    •  

    • elena r-va,
      xebere gore twkler

    • --------------------------------------------

    • Xəbərlər: 164
    • Şərhlər: 3678
    • İCQ:


    • 18 de tezdir ne vare ere getmekde gedenlerin eli bala batib qalib gedmeyenler.mence qizlar 23yasinizadek kef eleyin sonra evlilik.mence beledi.mrqli idi twk.

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III