Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Yox" nədir bilməyən uşaqlarımız

"Yox" nədir bilməyən uşaqlarımız


“Yox” nədir bilməyən və hər istədiklərini əldə edən uşaqlar bir qədər sonra heç bir şeylə kifayətlənmirlər. Buna görə də valideynlər uşaqlarının tələbləri qarşısındakı mövqelərinə diqqət yetirməli və yeri gələndə bu tələblərə sərhəd qoymağı bacarmalıdırlar.

Günümüzdə övladlarına hər istədiyini alan, onlara “yoxdur” cavabı verməyən ailələr var. Hətta bir çoxları bununla fəxr edir, dost-tanış arasında bu barədə öyünə-öyünə danışırlar.

Kimisi üçün isə bu, ilk baxışdan normaldır, arqumentləri də budur ki, əziyyəti uşaqlarımıza görə çəkirik, onlara korluq çəkdirmək istəmirik və s. Amma burada uşağımızın gələcək həyata hazırlanması baxımından diqqət yetiriləsi məqamlar var. Məsələn, uşaqlı ailələrdə ehtiyac olmadığı halda qidalara, oyuncaqlara, geyimlərə xeyli vəsait sərf olunur. Müasir dövrümüzün ən böyük problemlərindən biri deyə biləcəyimiz bu vəziyyət təkcə maddi baxımdan itki hesab olunmur, həm də sonradan ailələri çıxılmaz durumlarda qoya bilir.

Kiçik bir misal; uşaq anası ilə alış-verişə çıxır. Evin zəruri ehtiyacı olan şeylər alındıqdan sonra, uşaq marketdən 5-6 şokolad götürüb yoluna davam etmək istəyir. Amma bu an anası uşağına evdə kifayət qədər şokolad olduğunu və yenisini almağa ehtiyac görmədiyini söyləyir. Uşaq şokoladları sinəsinə sıxıb ağlamağa başlayır. Əksər hallarda bu vəziyyət uşağın “qalib” çıxması ilə, yəni ehtiyac olmadığı təqdirdə belə nəyinsə yenidən alınması ilə nəticələnir. Yazımızın oxunduğu uşaqlı ailələr üçün yəqin ki, bu vəziyyət tanış gələcək. Elə isə nə etməli? Necə edək ki, “nə şiş yansın, nə də kabab”?

Bu məsələdə ilk vacib amillərdən biri valideynlərin uşaqlara nəyi vermələrini yaxşı bilmələridir. İstənilən nədir, verilən nədir, faydası varmı, yoxmu, versəm nə olacaq, verməsəm nə olacaq.

Pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var

Pedoqoqlar bu fikirdədirlər ki, pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq vardır. Çalışmaq lazımdır ki, ailədə uşaqlar valideynləri yox, valideynlər uşaqları yönəltsinlər. Pedoqoqların fikrincə, təcrübəsiz, məlumatsız ailələrin ən böyük xətalarından biri uşağın hər istədiyinin yerinə yetiriləcəyi təqdirdə onun özünü xoşbəxt hiss edəcəyini düşünməkdir. Bu cür yanaşma, xüsusilə, uşaqlığı yoxsulluq içərisində keçən valideynlərə xasdır. Həmin valideynlər: “Biz çox böyük sıxıntılar yaşadıq, yoxsulluq gördük, heç olmasa uşaqlarımız bu çətinliyi görməsinlər”,-deyə düşünürlər.

Təbii ki, bu düşüncə valideynin uşağa sevgisindən qaynaqlanır, amma bu yanaşmada xəta var.

Pedoqoqların qənaətinə görə, hər istədiyi yerinə yetirilən uşaqlar acgöz olurlar, diqqətsiz davranırlar və onlara bir şey verilən zaman şükr etmirlər.

Yoxluğun nə olduğunu bilmək insanı yetkinləşdirir

Bu məsələdə sərhədləri valideynin müəyyənləşdirməli olduğunu bildirən psixoloq Yasəmən Eyyuboğlu uşağın istəkləri qarşısında göstərilən rəftarın önəmini də qeyd edir. Onun sözlərinə görə, valideynlər ana-ata-uşaq üçlüyündə əsl söz sahibinin özləri olduğunun fərqinə varmalıdırlar. Uşağın məsləhətçiyə, öyrədənə ehtiyacı olduğunu qeyd edən psixoloq: “Uşaq sizdən sonra gələn nəsil deməkdir. Onu elə yetirşdirin ki, cəmiyyət üçün faydalı bir insan olsun. Uşaq hər istədiyini əldə edə bilməyəcəyini anlamalıdır. Unutmayın, yoxluğun nə olduğunu bilmək insanı yetkinləşdirir”.

Yeri gələndə uşağın tələblərinə sərhəd qoymağı bacarın

“Ailəm” jurnalının redaktoru Aydın Ucalın məsələyə mövqeyi belədir: “Məsələ burasındadır ki, “yox” nədir bilməyən və hər istədiklərini əldə edən uşaqlar bir qədər sonra heç bir şeylə kifayətlənmirlər. Üstəlik, belə uşaqlar durmadan nə isə istəyirlər. Ən qəribəsi isə budur ki, istədiklərini əldə edəndə sevinmirlər. Bu isə uşaqlarda çox ciddi problemlərdən biri olan doyumsuzluq problemi ilə nəticələnir. Daha sonra isə bu problem özü ilə başqa bir problemi, yəni məsuliyyətsizlik problemini gətirir. Bu isə belə uşaqların gələcəkdə cəmiyyətdə bir fərd kimi formalaşmasına mənfi təsir göstərir”.

Aydın Ucalın sözlərinə görə, digər tərəfdən, bu vəziyyət uşağın ailənin mərkəzinə keçməsindən də irəli gəlir: “Bu isə o deməkdir ki, artıq bütün mühüm qərarlar ilk növbədə uşağın tələbləri əsasında qəbul edilir. Halbuki, məsələnin əhəmiyyətindən asılı olaraq ailənin mərkəzində həm ata, həm ana, həm də uşaq ola bilər. Buna görə də, valideynlər uşaqlarının tələbləri qarşısındakı mövqelərinə diqqət yetirməli və yeri gələndə bu tələblərə sərhəd qoymağı bacarmalıdırlar”.



Oxşar mövzular:
  • Uşaqlıq saflığını itirməyən insana böyük insan deyilir.
  • Həyat nədir?
  • Uşaqda özünüdəyərləndirməni necə inkişaf etdirməli?
  • Uşaq beyni haqqında 11 gərçək
  • Körpələrlə necə ünsiyyət qurmalı?


  • Gerİ dön


    15 şərh


    • Men evvelden "yox" u basa dusmusem

    • --------------------------------------------







    • Xəbərlər: 133
    • Şərhlər: 2028
    • İCQ:

    • MINNOW
    • 1 fevral 2014 23:20
    •  

    • hə elə uşaqlar görmüşəmkii yoxdu desəndə başa düşmüllər dirəşillərki olmalıdıyeee nəysə təşəkkürlər

    • --------------------------------------------

    • Xəbərlər: 164
    • Şərhlər: 3678
    • İCQ:

    • reside
    • 5 oktyabr 2013 22:37
    •  

    • bilmezler duzdu amma gerek evvelden ele terbiye edesenki bilsin

    • --------------------------------------------
      Olmayacaq dua'ya "amin" dedim

      uşaq vaxtı çaqqalın 4 ayaqlı olduğuna inanırdım böyüdükcə gördümki 2 ayaqlı çaqqalda az deyilmiş
      ___◕◕◕◕◕
      _◕◕◕.....◕◕◕
      ◕◕◕........◕◕◕◕◕◕
      ◕◕◕.........◕◕◕...◕◕◕
      _◕◕◕.........◕◕.....◕◕◕
      __◕◕◕.....ALLAH..◕◕◕
      ____◕◕◕.............◕◕◕
      ______◕◕◕.....◕◕◕
      _______◕◕◕◕
    • Rəşidə S-ova
    • Xəbərlər: 75
    • Şərhlər: 1027
    • İCQ:


    • HAHAH HEQIQETENDE ELE SIRINLER VAR KI YOX SZUN BASA DUSMURLER XEBER E GORE SONSUZ TEWEKKUR

    • --------------------------------------------
      Burda qocalib ölmək istədiyim vaxtlar olub həyatimda..Amma saytim sagolsun əlindəkilerin dəyərini bilmək əvəzinə daima itirə-itirə gəzir...Menimde heyatda en qorxdugum sey terk edilmek olub..Dediklerim bezilerine mraqsiz geel biler amma bu menim oz dusuncemdi ...Kimisi bura eylenmeye ,kimisi tamam basqa meqsedlerle girir bura..Amma men sadece onu deyim ki menim en onemli vaxtimda cox seyleri oyretdin mene saytim..Buna gore sene borcluyam..Amma cox tesuf ki itirirsen amma calis qazan kecmisde buraxdiqlarini onlar senin ilk goz agrindilar ..Sadece bundan sonra qazanmaga calis saytim..Ozunuze yaxsi baxin meni sevmeyenlerde sevenlerde her kese oz Real heyatinda Ugurlar..


    • .....
    • Xəbərlər: 270
    • Şərhlər: 3042
    • İCQ:


    • Etrafli yorum lazimdi bu xebere chox beyendim oxudum elbetde ama sabah boyuy yorum yazacam

    • --------------------------------------------


      Agac kökdən mənimdirsə,kölgəsində kim dincəlir dincəlsin...
    • Minnosh))
    • Xəbərlər: 343
    • Şərhlər: 4058
    • İCQ:


    • Sitat: CiM BoM:)
      Eslinde uwaqin her bir isteyine he demekde olmaz.nede ki hemiwe yox demey olmaz.


    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:


    • usaq deyilem ama yox kelmesini qebulda etmiremm


    • HeyaT
    • Xəbərlər: 2
    • Şərhlər: 92
    • İCQ:

    • Esma
    • 2 oktyabr 2013 23:04
    •  

    • Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


    • Esma
    • Xəbərlər: 1
    • Şərhlər: 3328
    • İCQ:


    • Pis uşaq yoxdur, pis tərbiyə olunmuş uşaq var


    • ell.nell
    • Xəbərlər: 150
    • Şərhlər: 942
    • İCQ:


    • Pedaqoqikaya gore 5 yasadek usaga hecneye yox demek olmaz amma bu o demek deyilki usagin her isteyi yerine yetirilmelidi.usagi basqa istiqamete yonelderek istediyinden dondermek lazimdi.5 yasdan sonra basa salinmaqla qadagalar qoymaq olar!


    • Gulnar
    • Xəbərlər: 0
    • Şərhlər: 86
    • İCQ:

    • webiw
    • 2 oktyabr 2013 19:33
    •  

    • uwaqin heristeyini elemek olmaz uwaqa qiwqirmaq uwaqi doymek olmaz uwaqi sakitce bawa salmaq lazimdir

    • --------------------------------------------
      ...........
    • webnem
    • Xəbərlər: 103
    • Şərhlər: 2023
    • İCQ:


    • hmm maraqli movzuya toxunmusan..eslinde usagin her dediyin eymek olmaz bu usagi erkoyun eliyer..day hecnede almamaq da pisdi..ona gore de ne cox sixmaq nede cox bos buraxmaq yäni herwey qederinde..usaga bawa salmaq lazimdiki neye gore bunlar alinmir sene ya neye gore alinir..sebebini usaga izah eliyende mence bawa duwer usaqlar..ama sebebin dememiw almamaq eksine onlari qiziwdirir ve daha cox direwib almaq isteyirler:))xeber maraqliydi.tewekkurler paylasima gore:)

    • --------------------------------------------
      Həyatda heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir zaman ağlatmaz..
    • Xəbərlər: 68
    • Şərhlər: 2240
    • İCQ:

    • mehin1
    • 2 oktyabr 2013 18:33
    •  

    • bizde bele olmuwuq goren? twkler

    • --------------------------------------------

    • Mehin
    • Xəbərlər: 4
    • Şərhlər: 2433
    • İCQ:


    • Ayyy menim qizim 1yas 3ayliq dir men onun bezi seylerine olmaz dedikdə qaynanam cekib yanina eksini eleyir buda yeterince mene cetin oldugu qederde stress yasadir mence bele getsee men usagima duzgun terbiyevere bilmeyecem


    • fatimeyi zehra
    • Xəbərlər: 0
    • Şərhlər: 428
    • İCQ:


    • Eslinde uwaqin her bir isteyine he demekde olmaz.nede ki hemiwe yox demey olmaz.menim fikrim budu yani

    • --------------------------------------------
      _GALATASARAY_CIMBOM_
      Seninle kecen gunlerim:))
    • Xəbərlər: 0
    • Şərhlər: 1281
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2019    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III