Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Lankaşir raqusu

  • Müəllif  Asef

 Tərkibi: 


750 q quzu əti 
60 q un 
2 baş soğan 
2 kərəviz budağı
1 yerkökü
100 q şalğam
1 çimdik duz 
qara istiot 
3 dəfnə yarpağı 
1 ç.q. kəklikotu
1 ç.q. rozmarin 
1,2 ç.q. ingilis xardalı*  
1 çimdik muskat cevizi
450 q kartof
400 ml ət bulyonu
2 x.q. vusterşir sousu
1 diş sarımsaq 
15 q kərə yağı

Yerkökü, kərəviz, soğan və şalğamı böyük olmayan kubik şəklində doğrayıb bitki yağında qızılı rəng alanadək qovurun. 

Ocağı azaldıb un əlavə edin, 2 dəqiqə qovurun. Tavadakı ərzağı dərin bişirmə qabına (daha yaxşısı - küpəyə) qoyun. 

Əti tikələrə doğrayın, tərəvəzlərin üstünə düzün. Ət suyu, xardal, vusterşir sousu, sarımsaq, dəfnə yarpağı, ədviyyatları əlavə edin, qarışdırın. 

Kartofu fal-fal doğrayıb üzərinə düzün. Qapağını bağlayıb əvvəlcədən 160 dərəcə qızdırılmış sobada 1,5 saat bişirin. 

Bu müddət ötdükdən sonra qazanın qapağını açın, sobanın temperaturunu maksimal dərəcəyədək artırın. Kartof tam qızardıqda raqunu sobadan çıxarın. 

* İngilis xardalı: 200 q xardal tozu, 50 q un, 12 q duz, 100 q şəkər tozu, 60 q sirkə, istiot, 0,5 st. su. Xardal tozunu ələkdən keçirin, qaynar su əlavə edib qaynadın, qatı xəmir alınacaq, bunun üzərinə qaynar su töküb 12-24 saat saxlayın. Sonra üzərindəki suyu süzün, "xəmirə" duz, şəkər tozu, un, qara istiot və sirkə əlavə edib yaxşıca qarışdırın. Bu xardalı keramik qabda soyuq yerdə saxlayırlar. 

Nuş olsun!



Oxşar mövzular:
  • Qabaq kürüsü
  • Tas kabablı plov
  • Lobyalı tortilya
  • Faydalı məsləhətlər(2)
  • Asan və dadlı yeməklər


  • Gerİ dön


    1 şərh


    • maraqlidir
      xebere gore tsk))


    • I dont love
    • Xəbərlər: 21
    • Şərhlər: 723
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031