Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Pele" tortu

  • Müəllif  Asef

 


Tərkibi: 

xəmir: 

3 st. şəkər tozu
100 q kakao 
5 yumurta
150 q yağ
1 paket vanilli şəkər 
1,5 ç.q. soda
3 st. un 
700 ml qatıq 
istənilən meyvə likörü və ya siropu 

krem: 

2 banka bişmiş qatılaşdırılmış süd
250 q kərə yağı
 
3 stəkan şəkər tozunu 100 q kakao ilə yaxşıca qarışdırın. 5 yumurta əlavə edib eynicinsli kütlə alınanadək qarışdırın. 

Kərə yağını əridin, isti-isti (qaynar yox!) şokoladlı qarışığa əlavə edin, qarışdırın. 

Vanilli şəkər qatıb qarışdırın, qatığın hamısını tökün. 

1,5 ç.q. sodanı sirkədə öldürüb dərhal xəmirə əlavə edin, dərhal da qarışdırıb un əlavə edin. Xəmir eynicinsli, oladi xəmiri və ya qatı xama kimi olmalıdır. Əgər un azlıq edərsə, bir az əlavə edin. 

Sininin içinə perqament döşəyin, yağlayın. Xəmirdən 10 iri xörək qaşığı ilə götürüb siniyə tökün, 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin. Bişib-bişmədiyini diş çöpü ilə yoxlayın. 

Bu qayda ilə bütün korjları bişirin. 
 
Korjları soyudun, hər birinə likör və ya şərbət hopdurun. 
 
Krem üçün kərə yağını qatılaşdırılmış südlə çalın (əvvəlcə kərə yağını çalın, sonra qaşıq-qaşıq qatılaşdırılmış süd əlavə edərək çalın). Qatılaşdırılmış südün hamısını birdəfəyə əlavə etməyin, yoxsa krem çox duru alınacaq. 

Korjların birini saxlayın, digərlərinin üzərinə krem çəkib üst-üstə yığın. 

Bir korju xırdalayıb ovuntuq edin. 

Tortun üstünə və kənarlarına ovuntuq səpin. 

Tortu soyuducuda minimum 4 saat, ən yaxşısı - bir gecə saxlayın. 

Nuş olsun! 


Oxşar mövzular:
  • Banan kremli mərmər rulet
  • Mətbəx sirləri: Hollandez
  • Mətbəx sirləri: Kəsmikli şokolad piroqu
  • Jozefina tortu
  • "Jozefina"


  • Gerİ dön


    3 şərh


    • elemeye deyer tsk 21


    • I dont love
    • Xəbərlər: 21
    • Şərhlər: 723
    • İCQ:


    • cox sag ol maraqliydi twk


    • Xəbərlər: 23
    • Şərhlər: 1156
    • İCQ:


    • cox saq ol.maraqliydi

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930