reklam
Qemden yaranan düşüncelerim Qemden yaranan düşüncelerim https://take.az/uploads/posts/2021-10/1635492810_bed54684-30f7-44a4-b1d8-d46276a79d65.jpeg
aynure

aynure özünü 😔 qəmli hiss edir. Statuslar 29-10-2021, 11:34

Qemden yaranan düşüncelerim

Qemden yaranan düşüncelerim
]Bəzən elə olur ki, qarşımızdakı şəxs qəlbimizi qıracaq hərəkətlər edir, bizi yaralayacaq sözlər deyir və bəlkədə onun bu hərəkətlərinin bizi necə dərindən yaraladığından xəbəri belə olmur. Bu şəxs istər sevgili olsun, istər dost olsun, istərsə də çox sevdiyimiz bir yaxınımız olsun. Necə hiss etdiyimizi həmin şəxsə bildirmək üçün sosial şəbəkələrdə, WhatsApp`da müxtəlif ağlamalı statuslar yazmalı oluruq. Həmin şəxs görsün, görsün ki necə yara qoyub qəlbimizdə, görsün peşman olsun deyə. Biz həmin ağlamalı statuslar sizlər üçün bir səhifədə topladıq. İstədiyiniz statusu öz whatsapp profilinizdə, sosial şəbəkələrdə paylaşa bilərsiniz.

Yeni Ağlamalı Statuslar

Bu şəhərin ən tənha yeri qəlbimdir indi…

Kimisinə get deyərsən dəyərli olarsan, kimisini canından çox sevərsən lazımsız olarsan…

Zamana buraxaq hər şeyi dedi. Məni kimə buraxacaqsan, dedim susdu. Bir daha öldüm.



Bəzən insan “Səni sevirəm” deyə bilməz. Sadəcə “Sən də xoşbəxt ol” deməklə kifayətlənər.

Biz də unutmuş kimi edərik. Heç vaxt qırılmamış, heç vaxt ağlamamış kimi.

Əgər bir insanı həqiqətən unutmaq istəyirsənsə onunla yaşadıqlarını deyil, onun sənə yaşatdıqlarını xatırla.

Sən mənə bir nağıl danışdın, mən o nağılda yaşamağa başladım. Nağıllar xoşbəxt sonla bitərdi axı, niyə son səhifəni qopardın?



Gəl bir-birimizin qədrini bilək. Çünki qəfildən ayrılacağıq bir-birimizdən.



Əgər sonu yaxşı qurtarmayacaqsa, mənə nağılların dilində danışma nə olar.

Bir gün ölüm xəbərim sənə çatsa məzarımın üstünə əsla gəlmə, sadəcə əlini ürəyinə qoy və üzr istə bəlkə o zaman xoşbəxt olaram.

You May Also Like: "Kamuoyu" ile ilgili anlamlı sözler
Olar da bir gün adım keçsə sevgilinlə, saxlama söylə bütün gerçəkləri o mənim bir gülümsəməmlə xoşbəxt olardı mən də həmişə sevirəm deyə aldadardım deyərsən.

Ağlamaq gözlərdəki yaşı boşaldır, acın isə həmişə təzə qalır.

Mahnılar yalan deyir, ağladan heç bir şey gözəl deyildir.

Əvvəllər qaranlıqdan və yağışdan qorxardım indi isə yağışlar göz yaşım oldu, qaranlıq isə etibarlı sirdaşım.

Dünən məhkəməmiz vardı, sənin gözlərinlə mənim qəlbim arasında. Sənin gözlərin sərbəst buraxıldı, mənim qəlbim isə bir ömür boyu səni sevməyə mahküm edildi.

Bəzən sadəcə səninlə danışsın istəyərsən. Amma o, hamı ilə danışar, sənə susar.

Nə olardı zamanla keçəcək deyil də zamanla gələcək desəydilər.

Sən qalmağa bir səbəb tapmadın amma mən ölməyə nə bəhanələr tapmışam.



Havam pozulmağa başladı yenə. Gözlərim də dolmağa. Deyəsən qəlbimdə bir yerlərə sən yağdı gecə gecə.

Hər ürək sevə bilsəydi onsuz adı ürək olmazdı və hər sevən ürəkli olsaydı eşq bu qədər sadə olmazdı…

Sərçə qədər ürəyimin, göy üzü qədər sancısı var bu gecə.

Üç səhvim oldu. Tanıdım, güvəndim, inandım! Bir düzüm oldu, sevdim. Amma üç səhv bir düzü sildi.

“Dünyaları sığdırırdım ürəyimə” deyərdin mənə bir zamanlar. Dünyaları sığdırırkən ürəyinə, məni sığdıramadınmı?

Nə gözəl deyib şair “İndi mən xoşbəxtliyə ömürlük cəza alsam, sabah əfv çıxar”

İnsanlardan uzaqlaşanda həyatlarına davam edirlər geri qayıtmağını gözləmirlər.

You May Also Like: "Basitlik" hakkında anlamlı sözler
Gələcəyə də o qədər ümidim yoxdur artıq. Adı gələcək olsa nə olar, sən gəlmədikdən sonra.

Nə qəribə dünyadır bu. Ağlımdasan deyən balıqlar, həyatımsan deyən kəpənəklər gördüm.

Qolumuzu dişləyərək saat düzəldərdik uşaqlıqda, sanki zamanın canımızı acıtacağını bilirmiş kimi.

Yuxusuz gecələrimdə gözyaşlarımla yazdım adını ürəyimə günəşsiz günlərimdə qanımla suladım şəkillərimizi yenidən gələrsən deyə!

Min dəfə yalan olsan da inanardım sənə. Sən məni aldatmadın, mən sənə inanmağı seçdim. Hamısı budur.

Sənin də sevdiyini zənn etmişdim. Ya da elə olmasını istədiyim üçün, özümü buna inandırmışdım.

Gül indi ağlayan gözlərimə baxaraq gül! Sabahların üçün gül, çəkdiyim acılar üçün gül, sən həmişə gül məni düşünmə gülüm.

Çox sahiblənmədən sevəcəksən məsələn. Həm hər an əllərindən çıxıb gedəcəkmiş kimi, həm də həmişə sənin qalacaqmış kimi.

Başqasını sevmən mənə əzab verərmi sandın? Sən məni də sevmişdin onsuz da. Uşağıydım da o qədər inanmışdım ki qayıdacağına.

Heç kəsi qırmayım deyirəm, bir də baxıram özüm paramparçayam.

“Səni Sevirəm” cümləsi ən çox sənə yaraşırdı, ən çox səndən eşitmək xoşbəxt edirdi.

Xoşbəxtlik? Bəli, adını eşitmişdim.

Bəlkə kimsə olmayacaq sənin kimi. Amma səndə olmayacaqsan əvvəlki kimi.

Kaş yanımda olsaydın demirəm, bilirəm ki, istəsəydin olardın.

İnsanlar sahib olduqlarını kiçik hesab edər, sahib ola bilmədiklərinə əhəmiyyət verər.

Məncə sən eşqi sadəcə çox sevmək kimi anlayırsan. Halbuki qarşılıqlı sevməkdir eşq, qarşılıqlı sevmək və qovuşammamaq.

You May Also Like: Anlamlı Sözler - güzel, etkili ve anlamlı kelimeler »
Ən pisi də; Bərbat bir yaddaşım vardı, səninlə keçən hər şeyi xatırlayırdım.

Ağlayırsansa bir səbəbi vardır, gecələri şəkilinə baxıb içirsənsə bir səbəbi vardır hər şeyin bir səbəbi vardır, səbəb eşqsə hər şey vardır!

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Bəyən Sevgi Gülüş Şok Üzgün Əsəbi
331 296 334 374 337 377

Oxşar xəbərlər Digər trend xəbərləri

Məlumat Saytda şərhləri oxumaq, şərh yazmaq, xəbər göndərmək üçün QEYDİYYATDAN keçməyiniz lazımdır.

Məlumat Sizin rəyə rəy yazmaq 15 gündən sonra mümkündür.