Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Kəsmikli-limonlu peçenye (RESEPT)

  • Müəllif  Admin
 

 

 

Kəsmikli-limonlu peçenye çox asan və tez hazırlanır.

Lazım olan məhsullar:

- Kəsmik - 250 qr

- Şəkər tozu - 100 qr

- Yumurta - 2 dənə

- Bal - 1 xörək qaşığı

- Kərə yağı - 100 qr

- Un - 1 stəkan

- Qabartma tozu - 1 çay qaşığı

- 1/2 limon sedrası (qabığı)

Kəsmikli-limonlu peçenyenin hazırlanması:

1. Kəsmik blenderlə əzilir, sonra yumurta, şəkər tozu əlavə olunur və blenderlə yaxşı qarışdırırlır.

2. Kütləyə ilıq (isti olmamalıdır) kərə yağı, bal, sürtgəcdən keçirilmiş 1/2 limonun sedrası əlavə olunur və qarışdırılır.

3. Ayrı qabda un qabartma tozu ilə qarışdırılır və yağlı-kəsmikli kütləyə əlavə olunur. Xəmir yoğrulur. Xəmir yumşaq və yüngül alınır.

4. Xəmirdən xırda kürəciklər düzəldilir və perqament (və ya xüsusi kağız) sərilmiş tavaya düzülür.

5. Sobanı əvvəlcədən 180-2000C kimi qızdırıb peçenyeni 15-20 dəqiqə ərzində bişiririk.

6. Peçenye soyuyandan sonra üzərinə şəkər kirşanı tökürük.

Nuş olsun!



Oxşar mövzular:
  • Evdə Nutellanın hazırlanması (RESEPT)
  • Mətbəx sirləri: "Noktürn" piroqu
  • Mətbəx sirləri: Kəsmikli şokolad piroqu
  • Kakaolu Peçenye - resepti
  • Şirniyyat reseptləri


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Yanvar 2020    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III