Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

  • Müəllif  Admin
 

Buraxılış gecəsi hər qızın həyatında mühüm hadisədir. Ziyafət paltarından aksessuarlara qədər obrazın hər detalı üzərində diqqətlə düşünmək lazımdır. Saç düzümü və makiyaj da  bu siyahıda vacib bəndlərindən biridir. 

Publika.az xəbər verir ki, tanınmış vizajist Nigar İbrahimova məktəbi bitirən qızlara yaşlarına uyğun bəzənməyi məsləhət görüb: "Gənc qızlara qabarıq gecə makiyaj etməyi qətiyyən tövsiyə etmirəm. Çünki gənclik onsuz da gözəllik deməkdir. Bundan əlavə, məktəbi yenicə bitirən qızların çox makiyaj etməsi xoş təsir bağışlamır. 11-ci sinfi bitirən qızlar buraxılış gecəsində yaşına uyğun bəzənməli, çox sadə olmalı və minimum makiyajla təbii gözəlliklərini vurğulamalıdırlar. Dəri rənginə uyğun tonal kremdən, ənlikdən az istifadə etmək lazımdır. Göz makiyajı da cəlbedici olmalı deyil. Layner vasitəsi ilə incə oxlar çəkmək kifayət edir, amma tuşdan bol istifadə edə bilərlər. Minimum olmaq şərtilə yaz-yay rənginə uyğun göz kölgələrindən də istifadə etməyə icazə verilir".
 
Vizajist sadəlik prinsipini saç düzümündə də qoruyub saxlamağı tövsiyə edib: "Məzunların buraxılış gecəsində makiyajı və geyimi qədər saç düzümü də önəm daşıyır. Buraxılış gecəsi hər zamankı məktəbli görkəmindən çıxıb artıq gənc qız olduğunuzu göstərmək üçün gözəl gecədir. Lakin həddindən artıq təmtəraqlı saç düzümləri etdirmək lazım deyil. Qızlara saçını açıq qoymağı, yaxud da dalğalı buruqlar etməyi tövsiyə edirəm. Birincisi, bu saç düzümləri hamıya yaraşır, ikincisi isə özəl gecələrdə saçlar mütləq toplanmalıdır deyə bir qayda yoxdur. Özünüzü saçınızı yığdırmağa məcbur etməyin. Üstəlik, dalğalı saçlar son illərdə çox aktualdır. İstəsələr, hörük də yığdıra bilərlər. Dağınıq toppuzlar hər üz tipinə yaraşdığı və xanımları olduqca eleqant göstərdiyi üçün bir çox mərasimlərin əvəzolunmaz saç modelidir. Balerina toppuzu da gənc qızlara çox yaraşan yığımdır.
 
N.İbrahimova bildirib ki, məzun gecəsinə hazırlaşan qısa saçlı xanımlar kədərlənməsinlər: "Qısa saç modellərinə sahib olan qızlar bəzək və gül çələngləri sayəsində olduqca orijinal görünə bilərlər. Belə saçlar da buraxılış gecəsi üçün əla seçimdir. Saç bəzəkləri gənc qızların saf, pak gözəlliyini üzə çıxarmağa kömək edəcək".
 
Məşhur vizajist hesab edir ki, buraxılış gecəsinə hazırlaşan qızlar qaşlarını aldırmağa tələsməməlidirlər: "Məktəbi qurtaran qızlar buraxılış gecəsi üçün qaşlarını aldırmaq istəyirlər. Əslində isə son illərdə qalın, alınmamış, təbii qaşlar dəbdədir. Ümumiyyətlə, qalın qaşlar 2016-cı ilin əsas gözəllik trendidir".

 


 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 

Buraxılış gecəsinə hazırlaşan qızlar necə bəzənməlidirlər? - FOTO

 



Oxşar mövzular:
  • Dəb insanın özünə yaraşanı seçməsidir
  • Baxımlı qadın necə olmalıdır?
  • Yaşlı göstərən 8 makiyaj səhvi
  • SON ZƏNG
  • Toyunuzda mükəmməl görünmək istəyirsinizsə...


  • Gerİ dön


    3 şərh


    • Bizde goy sarafan tipli Bir seydi) ag koynek ve ag babet de oz yerinde.amma sinifde bezileri dikdaban geyinecey.men hem boyuma gore bsbet geyinecem,hem de hec sevmirem dikdabani..ustunde ese-ese yerimeydense geyinmemey yaxsidi)) Sacimi da aciq buruq fikirlesirem+celeng.)papatya isteyirdik,amma tapa bilmedik,oxsarini aldiq biz de) neyse,butun mezunlara ugurlar.son gunlerimizi yasayirq:)

      Bizde goy sarafan tipli Bir seydi) ag koynek ve ag babet de oz yerinde.amma sinifde bezileri dikdaban geyinecey.men hem boyuma gore bsbet geyinecem,hem de hec sevmirem dikdabani..ustunde ese-ese yerimeydense geyinmemey yaxsidi)) Sacimi da aciq buruq fikirlesirem+celeng.)papatya isteyirdik,amma tapa bilmedik,oxsarini aldiq biz de) neyse,butun mezunlara ugurlar.son gunlerimizi yasayirq:)

    • --------------------------------------------

    • Xəbərlər: 29
    • Şərhlər: 409
    • İCQ:


    • Mənimdə ən böyük problemim oldu bu saç baş:) Mən hələki uklatka edib alından saça taxılan saç rəngimdə hazır satılan hörük taxmağı düşünürəm ama hələ iki həftə qalıb o möhtəşəm günə o vaxta qədər fikrim dəyişə bilər:) Geyimdəki biz qızlar bardovu rəngdə yupka tikdirmişik artıq ağ köynək və ağ babet, dikdaban və ya tangetqa geyinməyi məsləhət görməzdim:)
      Belə İn Şa Allah bütün məzunların son zəng günü gözəl və yadda qalan keçər.

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1500
    • İCQ:


    • Bu fikirlerle tam raziyam. Ama indi hec kim bunu emel etmir harda abartili makyaj var eletdirirler. Hele sac duzumu)) Sonradan zaman kecdikce sekillere baxanda ozu pesman olacaq :) mence daginiq at quyruguda yigmaq yaxsi olar)) tesekkurler


    • Leyla
    • Xəbərlər: 27
    • Şərhlər: 616
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III