Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


"Məni qucağına alıb yataq otağına apardı..." - Nişanlı qızdan tükürpədici ETİRAF

  • Müəllif  Admin
 

 

Şahanənin (ad şərtidir-red.) 19 yaşı var. Dediyinə görə, bölgələrdən birindən Bakıya oxumağa gəlib.

Ancaq tələbə adını qazanmamışdan əvvəl ailəsinin razılığı ilə özündən 14 yaş böyük uzaq qohumuyla nişanlanıb:

"Nişanlananda 17 yaşım vardı. Oğlan isə 31 yaşındaydı. Üzünü 2-3 dəfə toyda, məclisdə görmüşdüm, başqa heç bir tanışlığımız yox idi. Günlərin birində məlum oldu ki, ailəsi bizə elçi gəlmək istəyir. Gəldilər, ailələr danışdı və mənim razılığım olmadan "hə" cavabı verildi. Sonradan anama dedim ki, mən onu sevmirəm, tanımıram. Həm də oxumaq istəyirəm. Mənə dedi ki, əgər atan belə danışdığını bilsə, səni öldürər".

Şahanə deyir ki, ilk aylar nişanlısı ilə həftədə 1-2 dəfə telefonla danışırmış. Ancaq sonradan oğlan və ailəsi Şəhanənin ailəsindən xahiş ediblər ki, onların bir yerdə harasa getmələrinə icazə versinlər:

"Əvvəlcə razılıq olmadı, sonra nişanlımın bacısının iştirakıyla bir-iki dəfə çıxıb rayon mərkəzini gəzdik. Bir müddət sonra bu qadağa tamamilə aradan götürüldü. Nişanlım gəlib məni maşınıyla götürürdü, gedib gəzirdik. Günlərin birində gəzməkdən qayıdanda məni evlərinə aparmaq istədiyini dedi. Etiraz elədim, amma xeyri olmadı. Dedi ki, narahat olma, hamı evdədir, əvvəlcədən xəbər vermişəm. Rayon yerində belə adət yoxdur axı. Ona görə bir az utanırdım".

Qəhrəmanım deyir ki, nişanlısının evinə gələndə nəyin baş verə biləcəyini təxmin etdiyindən qaçmaq istəyib. Amma mümkün olmayıb:

"Biz həyətə girəndə gördüm ki, evdə heç kim yoxdur. Geri qayıtmaq istəyəndə gülümsədi və qolumdan tutub içəri gətirdi. Qışqırıb özümü biabır eləmək istəmirdim. Ancaq gərək qışqıraydım. Bəlkə də kimsə səsimi eşidib gələrdi".

Şahanə deyir ki, nişanlısından aralarında heç nəyin olmamasını xahiş edib və o da razılaşıb:

"Əvvəlcə razılaşmışdı. Amma sonra qəfil məni qucağına alıb yataq otağına apardı. Sonra nə baş verdiyini dəqiq xatırlamıram. Bircə o yadımdadır ki, öpüşmək istəyəndə üzümü gizlətdiyim üçün bir sillə vurdu. Sonra isə hər şey gec idi..."

Şahanə deyir ki, hadisədən bir neçə gün sonra oğlan ona zəng vuraraq nişanı qaytaracağını deyib:

"Mənə dedi ki, səninlə ailə qurmaq fikrim yoxdur. Deyə bilmədiyim qeyri-etik sözlər deyirdi. Aramızda baş verənləri əxlaqsızlıq kimi qələmə verirdi. Deyirdi ki, ailənə de, xasiyyətlərimiz uyğun gəlmir, yoxsa səni biabır edəcəyəm. Mənim də deyəcək sözüm yox idi və beləcə uzun söz-söhbətlərdən sonra biz ayrıldıq. Hazırda Bakıda tələbəyəm. Ailə qurmaq fikrim yoxdur. Kimsə məni bu cür qəbul etsə, bəlkə, ailə quraram. Amma hansısa formada kimisə aldadıb ərə getmək istəmirəm".


Oxşar mövzular:
  • susqun (bölüm 4)
  • SeVGi :)
  • Xəzər və Dəniz (Bölüm 6)
  • Qaçırılmış nişanlı qızın hekayəsi
  • Evlənmək istəyi böyük "problem"ə doğru iri addımdır?


  • Gerİ dön


    4 şərh

    • Yaya
    • 18 dekabr 2016 12:11
    •  

    • Qohumla evlendirmek varda bizlerde niye bilmirem.atanin haggi yoxdu mecbur evlendirmeye qizini.bu nediye cammat deli olub


    • Aysel
    • Xəbərlər: 0
    • Şərhlər: 7
    • İCQ: 708311778


    • Vay vay vay inana bilmedim. Bu cur sherefsizliymi olar?

    • --------------------------------------------
      ♏Є?Ī♏ ЦĈЦ? ĦЄ¥Âƚ $Є?ÐЄ? ĪßÂRЄƚÐĪ ĈÂ♏ÂĿĪ♏
    • Fidan
    • Xəbərlər: 134
    • Şərhlər: 883
    • İCQ:


    • Heç bunu oxumaga hovselem yoxdurrr 22 57

    • --------------------------------------------
      Togrul_Melek
    • H.Mələk
    • Xəbərlər: 89
    • Şərhlər: 910
    • İCQ:


    • Biabirciqdiye vallah.

    • --------------------------------------------

      Arxamca aktyorluq edenler bılmırkı kınonun rıjıssoru ozumem!
    • ehli beyt asiqi
    • Xəbərlər: 216
    • Şərhlər: 2426
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    DavidAcurn
           234322857
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Zayka_786
           Нет
    Şərhləri: 1
     
    Gülşen
           Нет
    Şərhləri: 1
     
    fidanmelikov99
           Нет
    Şərhləri: 1
     
    «     Avqust 2019    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    262728293031 
    Style I Style II Style III