Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Gecə yatmadan öncə makiyajı mütləq silin - ZƏRƏRLƏRİ

  • Müəllif  Admin
Gecə yatmadan öncə makiyajı mütləq silin - ZƏRƏRLƏRİ


"Bir qadın makiyajını silmədən yatırsa, ya silməyi unudacaq qədər xoşbəxtdir, ya da makiyajı önəmsəməyəcək qədər kədərli".

Bir qadının dərisinə edəcəyi ən böyük pislik nədir? Təbii ki, makiyajlı yatmaq. Bir çoxumuz günün yorğunluğundan evə gələrkən makiyajımızı silməyə belə ərinirik. Halbuki hər birimiz makiyajlı yatmağın zərərli olduğunu eşitmişik. Bəs bu zərərlər hansılardır?


Makiyajla yatıb ertəsi gün oyandığınızda dərinizdəki ağırlığı hiss etmiş olarsınız. Yatmadan makiyajı silib nəmləndirici sürtsəniz, daha fərəh oyanarsınız.
 
Göz makiyajını silmədən yatmaq olduqca həssas olan göz ətrafları üçün zərərlidir. Göz kölgəsi ilə yatarkən gözətrafı dəriniz daha tez təsir görər. Gözdə itdirsəyi kimi xəstəliklərin yaranmasına səbəb olur. Allergik reaksiya da törədə bilər.
 
Gözlərdəki tuju silmədən yatmaq kirpiklərin zəifləməsinə və tökülməsinə səbəb olur. Tujla yatmaq göz dibində itdirsəyinin çıxması və irəliləyən mərhələlərdə göz quruluşunun deformasiyaya uğramasına yol aça biləcək infeksiyalar yarada bilər.
 
Dəriniz gün boyu bakteriya, hava kirliyi, eqzos qazı kimi zərərli təsirlərə məruz qalır. Tonal kremlər də dərinizdəki məsamələri tıxadığı üçün bu bakteriyalar daha təhlükəli hala gəlir.
 
Dodaq boyası ilə yatdıqda səhər oyanarkən dodaqlarınızın quru və çatlamış vəziyyətdə olduğunu görəcəksiniz. Dodaqlarınıza şəkər tozu və limonla hər gecə pilinq edib nəmləndirin.
 
Yuxu saatlarında dəri özünü yeniləyir. Əgər yatmadan əvvəl makiyajınızı təmizləməsəniz, dəriniz yetərincə nəfəs almayacaq. Və bu da erkən yaşlanma, sallanma, fərqli dəri problemləri deməkdir.
 
Sızanaqlı yorğun və qırış bir dəri istəmirsinizsə, dərinizə yaxşı baxın!



Oxşar mövzular:
  • Uzun və sağlam kirpiklər üçün Qaydalar
  • 1Deqiqede makiyaj çekme sirrleri
  • Makiyajınız və xarakteriniz (test)
  • Göz makiyajı.. [Dərslik]
  • Toyunuzda mükəmməl görünmək istəyirsinizsə...


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    HarondZiga
           Нет
    Şərhləri: 1
     
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    Absence Bağışlamır
           Нет
    Şərhləri: 1
     
    Keithbef
           326846464
    Şərhləri: 1
     
    «     İyul 2018    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III