Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Gözəllik simvolu qara dişlər - Oxaquro

  • Müəllif  Admin
Gözəllik simvolu qara dişlər - Oxaquro


Orta əsr Yaponiyasında qadınlar və kişilər öz dişlərini qara rəngə boyayırdılar. Meydzi dövrünə qədər (1868-1912) Yaponiyada, Çinin cənub-şərq əyalətlərində oxaquro - dişləri qaralamaq kimi məşhur adət mövcud idi.

Bunun üçün əsası tünd-qəhvəyi rəngdə olan dəmir ərintisini sirkə turşusunda qatışdırdırıb xüsusi məhlul hazırlayırdılar. Sonra məhlula xüsusi otlar əlavə edərək tamamilə qaraldırdılar. Alınmış məhlul tamamilə qara rəngdə olurdu və suda həll olmurdu. Adətən bu məhlul gündə bir dəfə dişə çəkilirdi.

Xeyan dövrünün (794-1185) sonunda zadəgan ailələrindən olan yetkinlik yaşına çatmış kişi və qadınlar dişlərini bu rəngə boyayırdılar. İlk növbədə bu gözəllik məqsədi ilə edilirdi. Bu məhlul dişlərdə kariyesin əmələ gəlməsinin qarşısını alırdı. Ərli qadınlarda qara rəngin tündlüyü ərlərinə olan sadiqlikdən xəbər verirdi.

Muromatinin hakimiyyəti dövründə (1336-1573) oxaquro yalnız böyük adamlarda müşahidə olunurdu. Lakin XVII əsrin əvvələrinə kimi hərbi ailələrin 8-10 yaşında olan qızlarının dişlərini qaraldırdılar. Səbəb isə qızın yetkinlik yaşına çatmasını (əslində belə olmasa da) göstərmək və onu tez ərə vermək idi.

Edo dövründən (1603-1868) sonra bu adət artıq bir çox insanların gündəlik həyatından çıxmışdı. Qaralmış dişlərdən pis qoxu gəlirdi və bu proses çox vaxt tələb edirdi. Buna görə də dişlərini yalnız kişilər və 18 yaşdan yuxarı olan qadınlar qaraldırdılar. Adi insanlar yalnız xüsusi günlərdə - toy, dəfn mərasiminlərdə qaraldırdılar.



Oxaquro adətinə 1873-cü ildə imperatorun xanımının camaat qarşısına ağ dişlərlə çıxması ilə demək olar ki, son qoyuldu. Müasir günümüzdə qaralmış dişlərə cənub-şərqi Asiyanın yaşlı sakinlərində rast gəlmək mümkündü.



Oxşar mövzular:
  • Qara çayın zərərləri
  • Energetik içkilər dişləri zədələyir ?
  • Kişilərin qadınlar haqqında bilmədikləri
  • Qadınlar kişilərin birinci nəyinə baxır? [ARAŞDIRMA]
  • Cəzbedici gülüşün sirrləri


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    K_I_L_L_E_R
           Нет
    Şərhləri: 6
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 4
     
    boreç
           Нет
    Şərhləri: 4
     
    qjtuqeadoto
           82087816
    Şərhləri: 1
     
    HivyHoava
           4059627
    Şərhləri: 1
     
    Tweety
           Нет
    Şərhləri: 1
     
    ujonvyadoto
           4750216
    Şərhləri: 1
     
    fsafswadoto
           74482843
    Şərhləri: 1
     
    dwvxyxadoto
           87821215
    Şərhləri: 1
     
    qxkrdiadoto
           83535752
    Şərhləri: 1
     
    «     Sentyabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    Style I Style II Style III