Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yazda üzünüzə belə qulluq edin - KOSMETOLOQ MƏSLƏHƏTİ

  • Müəllif  Admin
Yazda üzünüzə belə qulluq edin


Yaz xanımların dərisindəki problemlərin üzə çıxdığı bir fəsildir. Bu fəsildə dəri xüsusi qulluq tələb edir.

"Fəsildən asılı olmayaraq, üzə qulluq dəri təmizliyi ilə başlayır. Normalda dəri 2-3 aydan bir təmizlənməlidir”.

Bunu açıqlamasında həkim-kosmetoloq Aysel Qədimova deyib:

"Yazda havaların isinməsi ilə əlaqədar dəridə yağlılıq artır, yayda bu problem daha aktual olur. Xanımlarımız bəzən müxtəlif üzə qulluq prosedurlarına (mezoterapiya, biorevitalizasiya, piling) yazılır, ancaq burda önəmli bir məqam var. Əgər dəri ağ və qara nöqtələrdən, yağlardan təmizlənmirsə, üz dərisi aldığı prosedurlardan 100 faiz nəticə görmür. Bu baxımdan üz təmizliyi mütləqdir”.

25 yaşdan başlayaraq dəridə hialuron turşusunun miqdarı azalır, bu da bir sıra problemlərə gətirib çıxarır. Həkim-kosmetoloq bildirib ki, 25 yaşdan yuxarı xanımlar mütləq üz dərisinə qulluq etməlidir. Əks halda dəridə xırda qırışlar əmələ gələcək, dəri quru və solğun görünəcək. Artıq 30 yaşa çatdıqda bu problemlər daha qabarıq ortaya çıxacaq:

"İldə iki dəfə biorevitalizasiya proseduru etmək məsləhətdir. Biorevitalizasiya tərkibində turşular, minerallar, vitaminlər, antioksidantlar, kofermentlər olan preparatlardır. Bu prosedur nəticəsində üzdəki xırda qırışlar azalır, kallagen və elastin sintezi artır, üz dərisi daha elastik olur və daxildən nəmlənir.

Bununla yanaşı, dərinin sağlamlığı üçün sağlam qidalanmaq vacibdir. Sağlam qidalanmaq sağlam dəriyə sahib olmaq deməkdir. Odur ki, təbiətin bəxş etdiyi bütün nemətlərlə qidalanmaq lazımdır. Bunların arasında isə meyvə-tərəvəz yemək və bol su içmək vacibdir".



Oxşar mövzular:
  • Ombaları ilə başı dərddə olan xanımlar... - artıq yağlardan belə qurtulun!
  • Kariyesin təbii üsullarla müalicəsi - HƏKİM MƏSLƏHƏTİ
  • Moruq yağının dəriyə faydaları
  • Yağlı saçlara qulluq
  • Yağlı saçlara qulluq


  • Gerİ dön


    1 şərh


    • cox sagolun xebere gore


    • Crazy Girl
    • Xəbərlər: 68
    • Şərhlər: 542
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Style I Style II Style III