Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Armud mürəbbəsinin hazırlanması - Qışa tədarük

  • Müəllif  Admin
Armud mürəbbəsinin hazırlanması

Xanımların qışa hazırlığı davam edir.

Bu dəfə mövsümün ən dadlı meyvələrindən armud mürəbbəsinin hazırlanma qaydasını təqdim edirik.

Tərkibi:

500 qram armud

2 stəkan su

1.5 stəkan şəkər tozu

1 ədəd çubuq darçın

3 ədəd mixək

½ ədəd limon

Qeyd edək ki, bişənə yaxın mixəyi və darçını içərisindən çıxarın. Əks halda, dadı acı olacaq.

Hazırlanması:

Armudların qabığını soyun. Orta qismlərindəki toxumları çıxarın. Daha sonra xırda-xırda doğrayın. Bir qabın içərisinə doğranmış armudları, şəkər tozu və suyu əlavə edin. Aşağı atəşdə qarışdıraraq 40 dəqiqə bişirin. Rəngi dəyişməyə başladığında içərisinə limon suyu əlavə edin. İçindən darçın və mixəyi çıxarın. Otaq temperaturunda qarışdıraraq soyudun. Daha sonra ağzı bağlı qaba əlavə edin.

Nuş olsun!



Oxşar mövzular:
  • Ləzzətindən doymayacağınız yay salatı - RESEPT
  • Evdən pis qoxuları aparmağın sadə yolları
  • Soyuqdəymə və qripi sağaldan 10 üsul
  • Ən dadlı və faydalı şərbət
  • Qara nöqtələrdən qurtulmaq üçün darçın maskası


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Dekabr 2018    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    Style I Style II Style III