Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Soyuğun faydaları

Soyuğun faydaları

 

Özəlliklə bu günlərdə yaşadığımız soyuq havanın əslində bədənimiz və gözəlliyimiz üçün nə qədər faydalı olduğunu bilirsinizmi? Maddələr mübadiləsidən, saçlara qədər bütün bədənimizə sağlamlıq aşılayır.

Ekspertlər soyuğun baş ağrısını aradan qaldırmada da təsirli olduğunu söyləyir. Bunun üçün başınızda ağrı hiss edərkən bir paketə buz doldurun və nazik bir bezə sarılı şəkildə ağrıyan hissəyə qoyun. Soyuq, həssas olan sinirləri yatışdırıb keyidərək ağrını azaldacaq.

Bundan başqa, şiddətli diş ağrılarınız olduqda, yanağınızın üzərinə qoyacağınız buz torbası ağrını əhəmiyyətli ölçüdə azaldır. Hematomları yox edir soyuq kompres, damarlara birbaşa təsir edərək yumşaq toxumalar arasında qanın toplanmasını yəni hematomu azaldaraq şiş meydana gəlməsinin qarşısını alır. Bu üsuldan faydalanmaq üçün, mütəxəssisin təklif etdiyi bir müddət və tez-tez (48 - 72 saat ərzində, ümumiyyətlə 1/2- 1 saat ara ilə 8-10 dəqiqə qədər) buzlu kompresin o bölgə üzərinə tətbiq olunması lazımdır.

Saçları canlandırır. Tökülən saçlarınızın yenidən çıxmasına köməkçi ola bilmək məqsədiylə başınıza təxminən 0 dərəcədə hazırlanmış buz torbası ya da xüsusi hazırlanmış bir papaq qoyun. Mütəxəssislər, soyuğun təsiriylə birlikdə, saç dərisində olan qan damarlarının kiçildiyini və saç köklərinin canlandığını izah edir.

Oynaq ağrılarını azaldır "Kriyoterapi" (buz müalicəsi) adı verilən bu üsulla bədənimizdəki müxtəlif romatizm, oynaq ağrıları və ya şişliklərin qarşısı alınır. Çünki soyuq, damarları sıxışdıraraq hər cür oynaq ağrılarını əhəmiyyətli dərəcədə yox edir. Bu üsulu klinikalarda edilən texnikalarını öyrənərək evinizdə də tətbiq edə bilərsiniz. Bunun üçün ağrıyan tərəfinizin üzərinə buz torbası qoyaraq kompres edə bilərsiniz. Soyuq təsirini 20 dəqiqə içərisində göstərəcək. Ancaq dəriyə birbaşa təmas etdirmədən bir bezə sarıyaraq tətbiq etmək daha faydalı olar.

Maddələr mübadiləsini sürətləndirir. Avropanın Şimal bölgələrində - 110 dərəcədə olan soyuq otaqlarda xəstələr 1 ya da 2,5 dəqiqə ərzində içəriyə buraxılır. Bu üsul ürək narahatlıqları, soyuğa qarşı allergiyası olanlar xaric hər kəsə tətbiq oluna bilər.

Bəzi şişlərə qarşı istifadə edilir.Cərrahi əməliyyatlarda tətbiq olunan təzyiqli buzun; qaraciyər, ağciyər, prostat, kolon və böyrək üzərində iştirak edən kiçik diametrdə bəzi şişlərin yox edilməsində əhəmiyyətli dərəcədə rol oynadığı deyilir. Son vaxtlarda edilən bəzi təcrübələrdə isə sümük, sinə, beyin və onurğa iliyi üzərində yaranan şişlərin azaldılması istiqamətində işlər görülür.



Oxşar mövzular:
  • Kök və kök suyunun 10 faydası
  • Keşnişin faydaları
  • Min bir dərdin dərmanı - Сəfəri
  • Hər dənəsi şəfalıdır
  • Bürclərə görə xəstəliklər


  • 12 şərh


    • Maraqlı məlumat idi çok saol....

    • --------------------------------------------


      Agac kökdən mənimdirsə,kölgəsində kim dincəlir dincəlsin...
    • Minnosh))
    • Xəbərlər: 343
    • Şərhlər: 4058
    • İCQ:


    • melumata gore tesekkuler

    • --------------------------------------------
      xowbextlik vaxtun olanda menede baw cek
    • Xəbərlər: 25
    • Şərhlər: 1182
    • İCQ:


    • maraqlı idi ama soyuğun zererleri de var


    • Fidan
    • Xəbərlər: 15
    • Şərhlər: 461
    • İCQ:


    • Ooxumaga sebrim catmadi.ama onuda deyimki istiye dozumum olsada soyuga hec dozumum yokdur(

    • --------------------------------------------



    • Ayise
    • Xəbərlər: 247
    • Şərhlər: 4386
    • İCQ:

    • Esma
    • 20 aprel 2013 21:09
    •  

    • maraqli xeberdi twkler


    • Esma
    • Xəbərlər: 1
    • Şərhlər: 3328
    • İCQ:


    • melumatlar ucun tsk

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:


    • xebere gore tewekkurler..


    • Xəbərlər: 118
    • Şərhlər: 2111
    • İCQ:


    • Superdi maralıııııııııııııııııııııııııı


    • Xəbərlər: 20
    • Şərhlər: 1073
    • İCQ:


    • Axot yoxdu oxumaga twk

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:

    • Burbry
    • 20 aprel 2013 09:31
    •  

    • Onda gedek sibirde yasayaq gozelliyimizin qeydine qalaq


    • Deniz
    • Xəbərlər: 2
    • Şərhlər: 2846
    • İCQ:


    • maraqli xeberdi twkler. 17

    • --------------------------------------------
      : Буду смеяться всем назло...и никто не поймет,что творится у меня в душе!!
    • Xəbərlər: 7
    • Şərhlər: 1741
    • İCQ:


    • maraqli xeberdi twkler....


    • Xəbərlər: 4
    • Şərhlər: 53
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III