Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Kompyuterlə yaranan xəstəliklər

Səhhətimizlə bağlı yaranan kiçik nüanslara bəzən dırnaqarası baxır, ara-sıra baş verən narahatlıqları əksər hallarda ciddi qəbul etmirik. Əslində isə bizə xırda görünən bütün bu məsələlər gələcək böyük problemlərin başlanmasını göstərən siqnallardır. Xüsusən də texnologiyaların, internetin sürətli inkişaf dövründə diqqət yetirməli olduğumuz bir çox məqamlar səhhətimizin sağlamlığı baxımından olduqca önəmlidir. Məsələn, kompüterlə işləyərkən daim hərəkətdə olan barmaqlarınızın keyiməsini keçəcək adi hal kimi qəbul etmək yolverilməzdir.

Kompüterdə işləyərkən əllərin keyləşməsi xəstəlikdən xəbər verir 

"Azərbaycan həkimləri"nin məlumatına görə, əl keyləşməsi əksər hallarda kompüterdən istifadə edənlərdə daha çox müşahidə edilir: "Xəstəliyin simptomları gecə saatlarında, xüsusilə də, yuxu əsnasında baş qaldırır və xəstəlik inkişaf etdikcə gündüzlər də özünü göstərir. Keyləşmə əvvəlcə bilək ağrısı ilə başlayır və kiçik əşyaları tutmaqda, ən adi işləri görməkdə çətinlik çəkməklə davam edir. Əl keyləşməsinin bir əlaməti də bəzən isti və soyuğu ayırmaqda çətinlik çəkməkdir. Bu xəstəlik həmçinin biləkdə burxulmalar, şəkər xəstəliyi, hipofiz vəzisinin həddindən artıq gücə düşməsi, bilək oynaqlarındakı mexaniki problemlər və s.-dən də irəli gələ bilər. Hər xəstəliyin müalicəsinə vaxtında başlamaq lazım olduğu kimi, bu xəstəliyin də müalicəsinə vaxtında başlamaq lazımdır".

İşçilərin ekran qarşısında daha çox vaxt keçirmələrindən yaranan problemlər

Nevrologiya Klinikasının rəhbəri, nevroloq, tibb elmləri doktoru Rövşən Həsənov da "Rabitə dünyası" ilə söhbətində kompüterlərdən istifadə zamanı vacib olan məqamlara diqqətsizliyin gətirib çıxara biləcəyi fəsadlardan söz açıb: "Boyun fəqərələrinin yırtığı, tendinit, karpal tunnel sindromu və miofassial ağrı sindromu... Bu xəstəliklər gündəlik həyatdakı bəsit hərəkətlərin belə edilməsinin qarşısını ala biləcək qədər ciddi ölçülərə çata bilir. Kompüterlərin istifadəsi zamanı işlərin yerinə yetirilməsinin sürətinin artması özü iş sıxlığının artmasına gətirir. İşçilərin ekran qarşısında daha çox vaxt keçirmələri və buna bağlı fiziki aktivliyin aşağı olması, kompüterin həddindən artıq və yanlış istifadəsi sağlamlıq problemlərinin artmasına səbəb olur".

Kompüter istifadə edənləri gözləyən 4 təhdid

Nevroloqun sözlərinə görə, kompüter istifadə edənləri təhdid edən 4 xəstəlik var. Onlardan birincisi, boyun yırtığıdır: "Boyundan başlayan və qola irradiasiya edən, xüsusilə güc itkisi və keylik ilə birlikdə inkişaf edən problem boyun yırtığına işarə edir. Xüsusilə, sabit mövqedə uzun müddət qalmaq boyun yırtığını tətikləyən faktorlardan sayılır. Miofassial ağrı sindromuna gəlincə, uzun müddət sabit vəziyyətdə işləmək məcburiyyətində olan şəxslərdə müəyyən əzələlərdə ağrılı nöqtələrə inkişaf edən miofassial ağrı sindromu meydana çıxa bilər. Bu sindrom, ümumiyyətlə, kürək sümüyü ətrafındakı əzələ qruplarında ağrıya səbəb olur".

Klaviatura istifadə edərkən biləklərinin həddindən artıq yuxarıda olması fərqli tendinitə yol açır

Tendinitə gəldikdə, həkim deyir ki, dirsək və bilək ətrafında fərqli tendinit növləri meydana çıxa bilər: "Şəxslərin klaviatura istifadə edərkən biləklərinin həddindən artıq yuxarıda olması və erqonomika qaydalarına uyğun hərəkət etməməsi nəticəsində əl və bilək ətrafında ağrılar meydana gəlir. Tendinit erkən müalicə edilmədiyi zaman davamlı ağrıya yol açaraq insanların gündəlik işlərini yerinə yetirməsini belə məhdudlaşdırır".

Karpal tunnel sindromundan da danışan R.Həsənov deyir ki, əl və biləyin həddindən artıq istifadəsi bu xəstəliklə nəticələnə bilər: "Bu xəstəliyin əsas simptomu əsasən gecə vaxtı nəzərə çarpan əllərdə olan keyimə şikayətidir. Xəstəlik uzun müddət davam etdikdə əl əzələlərində gücsüzlük və atrofiyalar meydana çıxa bilər".

Kompüter xəstəliklərinə zəmin hazırlayan 10 faktor

Nevroloq sözügedən xəstəliklərə zəmin hazırlayan 10 faktordan da söz açıb. Onun sözlərinə görə, kompüter istifadəsi ilə bağlı meydana çıxan xəstəliklərə zəmin yaradan faktorlar individual, ətraf mühit və psixoloji faktorlar olaraq sıralanır. Bu amillərə təkrarlanan hərəkətlərin uzunmüddətli edilməsi, duruş pozulmaları, sabit bir mövqedə uzun müddət qalmaq, bəzi vəziyyətlərdə lazım olandan çox güc sərf edilməsi daxildir. Məsələn, klaviaturanın düymələrinin qüvvətli basılması və ya kompüter "siçan"ının lazım olandan artıq güclə istifadəsini qeyd etmək olar".

Kompüter xəstəliklərində qadın amili

Ortaya çıxan xəstəliklərə şərait yaradan amillər sırasında başqa maraqlı məqamlar da var. Belə ki, bu amillərə qadın cinsi də ayrıca daxil edilir. Xüsusilə də karpal tunnel sindromu baxımından kompüter xəstəliklərinin yaranmasında qadın cinsi amili də dayanır. Yaşın artması amili isə hər iki cinsə aid edilir. Bundan başqa, xəstəliklərə zəmin yaradan digər amillərə pis erqonomik təchizat və ya ventilyasiyanın pis olması, işlərindən razı olmamaq və monoton işlər, ağır iş yükü (fiziki, zehni və ya mənəvi) və məsuliyyət, iş yerindəki yoldaşların və ya müdirin dəstəyinin zəif olması, siqaret çəkmək də daxildir.

Onurğa sütununa səhvlərimizdən zərbə

Bəs kompüter qarşısında necə oturmaq lazımdır? Həkim deyir ki, hərəkətləri təmin edən onurğa beyni və sinirləri qoruyan onurğa sütunu gündəlik həyatımızdakı səhv istifadə ilə bağlı olaraq zərər görə bilər: "Onurğa sütunu sümük və sümüklərin arasındakı yumşaq toxumalardan ibarətdir. Bu quruluş lazım olan şəkildə güclü və fizioloji şəraitdə saxlanılmazsa, yaş artdıqca bir çox xəstəliyə yol aça bilər. Nə etməli? Kürək və bel nahiyəsini dəstəkləyən bir kreslodan istifadə edin və onu uyğun yüksəkliyə nizamlayın. Bundan əlavə, hər saatda ən az 10-15

dəqiqə ayağa qalxaraq onurğanı rahatlaşdıran idman hərəkətləri edin. Kompüterin ekranını birbaşa qarşınızda tutun. Bundan əlavə, ekran gövdənizdən təxminən qolunuz qədər uzaqda durmalıdır. Monitorun üstü göz xətti və ya bir az aşağıda olmalıdır".

Klaviaturanın dirsəklərdən aşağıda yerləşməsi də şərtdir

R.Həsənovun sözlərinə görə, ekranın təmiz olması da diqqət edilməsi lazım

olan faktordur: "Klaviatura dirsəklərinizdən bir az aşağıda olsun. Klaviaturanın individual nizamlanmasına diqqət edin. Əl və biləklərinizi mümkün qədər düz mövqedə tutun, yəni əl, bilək və barmaqlarınız eyni xətdə olsun. Klaviatura dirsəklərdən bir az aşağıda olmalıdır. Klaviaturanın bu yüksəklikdə

olmağı kürək və çiyin əzələlərinin boşalmasına imkan verir. Kompüter "siçan"ından yüngül istifadə edin, onun əlinizə uyğun ölçüdə olmasına diqqət edin. "Siçan"ı hərəkət etdirərkən bütün qolunuzu hərəkət etdirin və barmaqlarınızı yüngül işlədin".

Kompüter "siçan"ından istifadə müddəti ilə qol və ələ aid problemlər arasında əlaqə

Nevroloq kompüter "siçan"ından istifadə müddətinə diqqət edilməsini də vacib sayır: "İstifadə müddəti ilə qol və ələ aid olan problemlər arasında əlaqə mövcuddur. Belə ki, istifadə müddəti artdıqca şikayətlərin faizi mütənasib olaraq artır. Ona görə də hər yarım saatdan bir fasilə verin. Bu zaman bəzi idman hərəkətləri tətbiq etməniz, uzun müddət sabit vəziyyətdə qalmaqla bağlı meydana gələn problemlərin qarşısını alacaq. Məsələn, çiyin geriyə çevrilə bilər və yaxud biləklərinizi və qollarınızı çevirib hərəkət etdirə bilərsiniz. Kompüter qarşısında işləyərkən qabağa əyilmədən oturun, başınızı taraz tutun və çiyinlərinizin yumşaq olmağına diqqət göstərin".

Masanın altında ayaqların rahat hərəkət etməyi üçün sahə olmalıdır

Kompüter arxasında oturma mövqeyi də tez-tez dəyişməlidir. Masanın altında ayaqlarınızın rahat hərəkət etməyi üçün sahə olmalıdır və ayaqlarınız yerə düz təmas etməlidir. Dizlərinizi 90 dərəcədə tutmağa diqqət göstərin. Ayaqlarınız yerə təmas etmirsə, dəstək qoymağı unutmayın. Stulunuz hər yönə hərəkət edə bilsin. Hər yönə hərəkət edə bilən, yüksəklik nizamına sahib olan, bel və kürək dəstəyi olan, eyni zamanda qolları dəstəkləyən stullara üstünlük verin. Erqonomik şərait yaradın. İşıqlandırma, ventilyasiya, masa, stul və ofis vəsaitlərinizi erqonomik prinsiplərə görə tənzimləyin. Bu tənzimləmə əsasən iş gücü itkisinin qabağını alacaq".

Telefonu çiyin və baş arasında tutmaq da məsləhət deyil

Həkim telefonu çiyin və baş arasında tutmağı də tövsiyə etmir: "Telefondan çox istifadə edirsinizsə, qulaqlıq istifadə edərək boyun ağrılarının qabağını ala

bilərsiniz. Ofis vəsaitlərinizi tənzimləyin. İşləmə sahəsi yaradarkən tez-tez istifadə etdiyiniz vəsaitləri yaxına yerləşdirin. Telefonu sağ əllisinizsə sola, sol əllisinizsə sağa yerləşdirin. Əgər cədvəldən istifadə edirsinizsə, onu göz səviyyəsində və ya daha yuxarıya yerləşdirin. İdman hərəkətləri edin. Boş vaxtınız olanda elastikliyi və tonusu qorumaq üçün düzənli idman hərəkətləri edin. Hansısa xəstəliyiniz varsa, öncə müalicə etdirin. Sonra həkiminizin təklifinə görə idman edin".



Oxşar mövzular:
  • Dırnaqlara qulluq
  • Kompyuteriniz zəif işləyir?
  • Dırnaq yemə vərdişi
  • Uşaqlarda internet klub marağı...
  • Kim hansı vitamini qəbul etməlidir?


  • 22 şərh


    • Yaxşı bəs kompüterlə telefon olmasa necə olacaq indiki zamanda..... məncə indiki dövrü onlarsız düşünə bilmirəm....

    • --------------------------------------------


      Agac kökdən mənimdirsə,kölgəsində kim dincəlir dincəlsin...
    • Minnosh))
    • Xəbərlər: 343
    • Şərhlər: 4058
    • İCQ:


    • tesekkurler

    • --------------------------------------------


    • ღEkaღ
    • Xəbərlər: 74
    • Şərhlər: 3025
    • İCQ:


    • Sitat: Mr. Kamuflaj
      bunlari bilmek ucun melumatlara ehtiyyac yoxdu her kes bilirki telefon kompyuter zererli şeylerdi ama qaçilmazdi her kesde zererlerini bile bile istifade edir

      duzdu ama neyleyek birtek adamin basini bu qatirda..saatin nece kecdiyin anlamirsan hec.

    • --------------------------------------------
      Huzurmu istiyorsun?az esya az insan...!
      F.K
    • elena romanova
    • Xəbərlər: 210
    • Şərhlər: 5484
    • İCQ:


    • BildiyjimiZ weyler idi twk axrincisi yadimda qalsin

      .........................................

      ........................... ................................. ........................... ............................. .......................

    • --------------------------------------------
      ღ♪ღElə gözəl baxırsan ki, gözlərinin içinə baxıb ölənə qədər əzab çəkmək istəyirəm...ღ♪




    • Ülkərçik
    • Xəbərlər: 26
    • Şərhlər: 1632
    • İCQ:

    • Master
    • 15 avqust 2013 11:18
    •  

    • saytda kohne user qalmiyib))

    • --------------------------------------------

      "Qaça bilmədiyin Təcavüzdən Həzz al"

    • Aga
    • Xəbərlər: 5
    • Şərhlər: 1598
    • İCQ:


    • Maraqli xeberdi.tsk

    • --------------------------------------------
      Dostlar sag olun.men gedirem.sentyabrin 1 -inden artiq sizlerler olmayacam.2 il boyunca sizsiz qalacagim ucun cox uzgunem.2 ilden sonra yene sizle olacagima soz verirem.bu muddet erzinde sizi coxxxxxxxxc ozluyecem.bu profili belke yaxin adamlardan birine isletmek ucun verecem.♡♥♡♥♡♥♡
    • sinem
    • Xəbərlər: 12
    • Şərhlər: 4703
    • İCQ:

    • Esma
    • 14 avqust 2013 23:36
    •  

    • Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


    • Esma
    • Xəbərlər: 1
    • Şərhlər: 3328
    • İCQ:


    • AZERBAYCAN VE, AVROPA DOVLETLERINDE ISTEHSALAT NOVLERI BIZE MELUM OLDUGU KIMI DEYE BILERIK KI, KAMPUYUTERLERIN VASITELI PRAKRAMLI KOMEKLIKLERI ILE GEDIR ANCAQ AMMA BELEDE OLA BILIR KI, BIZLERDEN VE, GENCLERDEN KAMPUYUTERE BIR BIZE VE, YAXUD ELME MELUM OLMAYAN IWLERNEN MEWGUL OLURLAR. MISAL YCYN KIMSE BAKARCILIKDAN KAMPUYUTERE MARAGIN ISTEDIYI OLADA EYLENCELI GEDIWLE YANAWMIW OLUR. HEMIN BU YANAWMA HEMIN KESIN KAMPUYUTERE VERDIWI VE, OYRENMESI HEMIN BU VERDIWI BIZ XESTELIK ADLANDIRA BILMERIK.CYNKI, HEMIN KESIN CARESI VAR NEDIR CARESI YENI MUALICE ALMADAN MEWGULYETDIR HEMIN KES YCYN YENI IWLE TEMINAT VERILMIW MEWGULYET...
      BU BAREDE XEBER YCYN SAG OLUN WERHIN VE, REYIN BILDIRDI AGA EFLATUN..


    • eflatun bagirov
    • Xəbərlər: 0
    • Şərhlər: 83
    • İCQ: 344 14 45


    • Sitat: Mr.Kamuflaj

      bunlari bilmek ucun melumatlara ehtiyyac yoxdu her kes bilirki telefon kompyuter zererli şeylerdi ama qaçilmazdi her kesde zererlerini bile bile istifade edir

    • --------------------------------------------
      Həyatda heç bir insan üçün ağlamağa dəyməz. Lakin ağlamağa layiq insan heç bir zaman ağlatmaz..
    • Xəbərlər: 68
    • Şərhlər: 2240
    • İCQ:



    • bunlari bilmek ucun melumatlara ehtiyyac yoxdu her kes bilirki telefon kompyuter zererli şeylerdi ama qaçilmazdi her kesde zererlerini bile bile istifade edir


    • --------------------------------------------
      Fikirlərin gücünə şəxsən şahid oldum.
      Fikirlər adına öldürülən və fikirləri qoruyarkən ölən insanları gördüm.
      Yalnız, bir fikri öpə, ona toxuna və ya qarşısını ala bilmərsiniz.
      Fikirlər qan ağlamaz, ağrı hiss etməzlər.
      Sevməzlər
    • Araz Babayev
    • Xəbərlər: 112
    • Şərhlər: 537
    • İCQ: 107


    • TSekkurler

    • --------------------------------------------
      Təbriklər...Əl birliyi ilə qızı saytdan qovduz...Sizə daha sözüm yoxdu...Əgər o qayıtmasa mən də ban elətdirəcəm özümü...

    • Deli_qiz
    • Xəbərlər: 111
    • Şərhlər: 1305
    • İCQ:


    • mende yox bacimda var xestelik

    • --------------------------------------------
      Izin verdigim kadar
      Bilebilirsiniz beni
      Gerisi sadece
      Zannettiklerinizdir...!!!!
    • Xadija
    • Xəbərlər: 73
    • Şərhlər: 896
    • İCQ: 5555

    • mehin1
    • 14 avqust 2013 19:16
    •  

    • oxudum twk

    • --------------------------------------------

    • Mehin
    • Xəbərlər: 4
    • Şərhlər: 2433
    • İCQ:


    • təşəkkürlər


    • Niki Viki Miki
    • Xəbərlər: 24
    • Şərhlər: 1097
    • İCQ:


    • xebere gore tesekkurler.............

    • --------------------------------------------

    • )))
    • Xəbərlər: 397
    • Şərhlər: 1948
    • İCQ:


    • Diqqət! Sizdə gizli mətnin baxışı üçün hüquq yoxdur.


    • Fidashka
    • Xəbərlər: 0
    • Şərhlər: 2116
    • İCQ:


    • aytac xeber qoydugun ucun sagol

    • --------------------------------------------


      Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş^_^

      Kraliça hep benim buralarda.!! ♔


    • N.A
    • Xəbərlər: 172
    • Şərhlər: 1757
    • İCQ:


    • maraqlı idi ama biraz uzundu
      yarıya kimi oxudum
      təşəkkürlrərrrrrrrrr

    • --------------------------------------------
      [thumb]http://take.az/uploads/posts/2013-11/1384940326_b.png[/thumb]

    • Xəbərlər: 139
    • Şərhlər: 2309
    • İCQ:


    • men gunde 6 7 saat kompdan istifade edirem


    • tunzale
    • Xəbərlər: 0
    • Şərhlər: 8
    • İCQ:


    • hmmmmmmm bilmirdim tewekaaaaaaaaaaaaaaaaaaaaaaa

    • --------------------------------------------
      img
    • Lara Zara
    • Xəbərlər: 118
    • Şərhlər: 1861
    • İCQ:

    • webiw
    • 14 avqust 2013 15:44
    •  

    • bilgilendim bu haqda twk

    • --------------------------------------------
      ...........
    • webnem
    • Xəbərlər: 103
    • Şərhlər: 2023
    • İCQ:


    • MeNDE he4 bIR xestelik yohduu (

    • --------------------------------------------
      Gizli noмre yoxdi ..нaмi вilir.. ya кoнne sevgilidi, ya мirtdawan dosт,ya da seнf duwuв..
    • BeLe MaRaGliDi AdiM=)
    • Xəbərlər: 4
    • Şərhlər: 2554
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2021    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III