Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Çay insanı gözəlləşdirir

  • Müəllif  Asef

 

Soyuq keçən qış, stress, vitamin çatışmazlığı, mühitin çirkli olması kimi faktorlar dərini köhnəldir. Dərinizin hər zaman gözəl görünməsini istəyirsinizsə, çay sizə köməkçi ola bilər.

Çində çay əvvəllər də dərman kimi istifadə edilirdi. Günümüzdə də mütəxəssislər yaşıl çayın bədənimizdəki yararlı təsirlərə malik olduğunu deyirlər.

Tonik təsir: 1 xörək qaşığı çaya 50 qr qaynar su əlavə edib, dəmləyin. Soyudun. Pambıqla üzünüzə və boynunuza çəkin.

Yumuşaldıcı təsir: çaya mineral su əlavə edib, dəmləyin. Soyudub lasyon kimi səhər-axşam istifadə edin.

Gözəl bir dəri rəngi üçün:
yaşıl çayı dəmləyib, soyudun, sonra isə həmin çayla üzünüzü yuyun.

Göz altı sallanmalar və qaraltılara qarşı: istifadə olunmuş çay paketlərini soyuducuda bir neçə dəqiqə saxlayıb, gözün altına qoyun.

Yorğun gözlər üçün: 
yaşıl çayı dəmləyib, soyudun. Pambığı isladıb, göz qapaqlarınızın üzərində 15-20 dəqiqə saxlayın.

Qırışlara qarşı: Üzünüzə isti çayla kompreslər qoyun. Üstünü dəsmal ilə örtüb, 15-20 dəqiqə gözləyin.

Saçlar üçün: Saçlarınızı həddən artıq yağdan təmizləmək üçün əvvəlcə yuyun. Sonra saçlarınızı yaxşıca dəmlənmiş ilıq çayla durulayın.

Güclü saç tökülməsimə qarşı: 
Bir həftə müddətində hər gün saç dərisini dəmlənmiş çayla yaxşıca silin.

Kəpəyə qarşı: Saçlarınıza maska edin. Bərabər ölçüdə hind yağı, çay və suyu qarışdırın. 2-3 saat ərzində saçınızda saxlayıb, yuyun. Bunu həftədə 2 dəfə təkrarlayın.

Qırışlar üçün çaylı maskalar

1. Bu çay maskası qan dövranını gücləndirir, dərini nəmləndirir, qırışları açır: 1 yumurta sarısı, 1 xörək qaşığı bitki yağı, bir neçə damcı limon suyu, 1 xörək qaşığı təzə dəmlənmiş çay. Bunları qarışdırıb üzünüzdə 15 dəqiqə saxlayın.

2. Quru və normal dərilər üçün çaylı maska: 1 xörək qaşığı krem, 1 xörək qaşığı dəmlənmiş çay, 1 xörək qaşığı mayonez. Əvvəlcə südü su ilə qarışdırıb, üzünüzü yuyun, maskanın ilk qatını çəkin. 3 dəqiqə saxlayıb, ikinci qatı da çəkin. 15 dəqiqə sonra maskanı çaylı pambıqla silin.

3. Çaylı maska: 5 xörək qaşığı yaşıl çayı 3 xörək qaşığı kefir ilə qarışdırın. 15 dəqiqə üzünüzdə saxlayıb, yuyun.

4. Quru və qırışıq dərilər üçün çay maskası: 2 xörək qaşığı bal, 1 xörək qaşığı dəmlənmiş çay, 2 xörək qaşığı yulaf unu, 1-2 xörək qaşığı su. Bunları yaxşıca qarışdırın, isidin, qalın bir qat kimi üzünüzə çəkin, kağız ilə bağlayın, 20 dəqiqə sonra soyuq su ilə yuyun.

5. Qocalma əlamətləri hiss olunan dərilər üçün çay maskası: 1 xörək qaşığı una qatıq halına gələnə qədər isti çay tökün, yumurta sarısı əlavə edin, üzünüzə çəkib, 20 dəqiqə gözləyin. İlıq su ilə yuyun.



Oxşar mövzular:
  • Çuğundur xalq kosmetikasının ən gözəl vasitəsidir
  • Xanımlar üçün maskalarrrrr
  • Saçlara qulluq
  • Saçlara qulluq
  • Bir-birindən faydalı maskalar..


  • Gerİ dön


    8 şərh


    • Cayi cox sevirem xəbər görə də Təşəkkür edirəm


    • Xəbərlər: 0
    • Şərhlər: 34
    • İCQ:


    • cox sevirem cay icmeyi sokalad olsa dahada cox icerem ve cox icirem.xebere gore tekuwlerrr


    • AYNUR
    • Xəbərlər: 27
    • Şərhlər: 2329
    • İCQ:


    • xebere gore twkler Gözəl bir dəri rəngi üçün:yaşıl çayı dəmləyib, soyudun, sonra isə həmin çayla üzünüzü yuyun.

    • --------------------------------------------


    • S
    • Xəbərlər: 48
    • Şərhlər: 1730
    • İCQ: 5


    • REBBIM verdiyi gözellik daha yaxwidi cayla aram heç yoxdu

    • --------------------------------------------
      Dünən H.O.S.Tu dinləyən bugün H.O.S.Tdan utanır
      Köhnə kitabtək üstümüzə toz dolur...

    • Xəbərlər: 0
    • Şərhlər: 1711
    • İCQ:


    • hmm..chay sevmirem..teshekkurler..

    • --------------------------------------------
      - Se√gi ??
      ♡Allah♡ &Deyiв SuSuяам
    • .. :)
    • Xəbərlər: 64
    • Şərhlər: 574
    • İCQ:


    • hedden artiq cox icirem..ama bir yandanda fikirlewirem ki,bekarciliqdan olur bu mende....bawim qariwiq olanda hec yadima duwmur..
      tewekkur


    • ALICE
    • Xəbərlər: 0
    • Şərhlər: 30
    • İCQ:


    • çay heç sevmirəəm. istifadədə etmərəm üzümə filan. illərnən çay içməsəm yadıma belə düşməəz.

    • --------------------------------------------
      Xoşbəxt Olun
      Amma Məndən
      Uzaqda.. Ok?!…

      25 October
      {@y P@r(@m}

    • Riri ^^)
    • Xəbərlər: 121
    • Şərhlər: 2934
    • İCQ:


    • xebere gore twkler Gözəl bir dəri rəngi üçün:yaşıl çayı dəmləyib, soyudun, sonra isə həmin çayla üzünüzü yuyun.


    • GuLciK
    • Xəbərlər: 33
    • Şərhlər: 691
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III