Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Dərinizi kompyuterdən qoruyun

  • Müəllif  Asef

 


Kompüter qarşısında keçirilən saatlar təkcə gözlərin zəifləməsinə, belin qamətinin əyilməsinə səbəb olmur. İnsanları yeni texnologiyalara yaxınlaşdıran kompüter dəridə vaxtından əvvəl qırışlar yaradır, dərini solğunlaşdırır. 

Kompüter bizim biliklərimizi artırmaqla yanaşı, dərimizi büzüşdürür. Kosmetoloqların sözlərinə görə, kompüter şüaları zərif cinsin nümayəndələrinin dərisinə daha çox mənfi təsir etməyə qadirdir. Bu, qadınların dərisinin daha zərif və nazik olması ilə izah edilir.

Onu da qeyd edək ki, bu şüalardan qorunmağın üsulları var. Özü də bu üsullardan nəinki qadınlar, həm də güclü cinsin nümayəndələri də istifadə edə bilərlər. Amma xanımlar unutmamalıdırlar ki, kompüter şüalarının mənfi təsirini onlar daha tez dərilərində hiss edəcəklər. Beləliklə, bu üsulları diqqətinizə təqdim edirik:

Əvvəla, kompüterdə işləyərkən hər saatın sonunda özünüzə 5 dəqiqəlik fasilə verin. Bu vaxtdan da səmərəli istifadə edin. Pəncərənin qarşısına keçin, dərindən nəfəs alın. Boynunuzu dartın və sağa-sola çevirməklə rahatlanın. Bir stəkan mineral və ya adi su için. Əgər imkanınız varsa, suya bir neçə damcı limon və ya portağal şirəsi əlavə edin.

Hər iki saatdan bir sifətinizi su ilə yuyun. Əgər sifətinizə tonal krem və pudra vurmamısınızsa, onda nəm salfetka ilə üzünüzü silə də bilərsiniz. Və yaxud mineral su ilə üzünüzü yuyun. Üzünüzdə makiyaj varsa, gözəlliyinizin qorunması xatirinə gərək iş gününün sonunda yenidən makiyaj edəsiniz.

Monitorun qarşısında uzun müddət əyləşən xanımlar nəmləndirici kremlərdən istifadə etməyi unutmamalıdırlar. Nəmləndirici kremi makiyaj etməzdən öncə də dəriyə çəkmək olar. Bu kremi çəkdikdən bir neçə dəqiqə sonra üzünüzə tonal krem çəkin.

Gözətrafı dərinin mühafizəsi məqsədilə axşamlar bir neçə proseduranı yerinə yetirə bilərsiniz. Bunun üçün kipriklərinizi qırpmadan gözlərinizi geniş açın-yumun. Bu proseduranı 10 dəfə təkrar edin.

Həftədə iki dəfə duz ekstraktlı kompreslər edin. Yumşaq və isti məhlula batırılmış üz dəsmalını sifətinizdə 5-7 dəqiqə saxlayın. Məhlulu duzla yanaşı, cökə, nanəcövhər, çobanyastığı çiçəklərindən hazırlamaq olar.

Gündəlik menyunuza pomidor və kələm daxil edin. Alman alimləri sübut ediblər ki, bu tərəvəzlər sifəti kompüterin mənfi təsirindən qoruya biləcək ən yaxşı məhsullardır. Gün ərzində iki fincan yaşıl çay içməyi unutmayın. Bu, orqanizmə dəyən zərərin aradan qaldırılmasında əhəmiyyətli rola malikdir.

Kompüter olan otaqda havanın quru olmamasına diqqət yetirin. Bu məsələ qış aylarında daha aktualdır. Çünki qışda adətən otaqlar kondisioner vasitəsilə qızdırılır ki, bu da otaqda havanın qurumasına səbəb olur. Xüsusi vasitələrdən istifadə edərək otaqda havanın nəmliyinin saxlanılmasına diqqət yetirin.

Bundan başqa, çalışın ki, üzünüzü su kranından gələn su ilə yumayın. Ən yaxşı üsul mineral su ilə yuyunmaqdır. Lakin maddi vəziyyətiniz buna imkan vermirsə, onda suyu qaynatdıqdan sonra istifadə etməyə vərdiş edin. Bu zaman suya limon şirəsi, cökə, çobanyastığı, nanəcövhər əlavə edə bilərsiniz. Bu bitkiləri suda 5-10 dəqiqə qaynatdıqdan sonra soyudun, suyu süzün. Üzünüzü sabunla yumayın. Nəmləndirici və tərkibində spirt olmayan losyondan istifadə edin.

Evdə alma yeyərkən onun bir dilimini üzünüzə sürtməyi unutmayın. Masaj xətləri ilə almanın dilimini üzünüzdə gəzdirin. Bu məqsədlə dondurulmuş meyvə şirələrindən də istifadə edə bilərsiniz. Şirəni istifadəsi rahat olan qaba töküb soyuducuya qoyun. Səhərlər şirəli buz parçası ilə üzünüzü silin. Bir neçə dəqiqədən sonra üzünüzü təmiz su ilə yuyub makiyaja başlaya bilərsiniz 


Oxşar mövzular:
  • Çay insanı gözəlləşdirir
  • Görmə qabiliyyətini necə yaxşılaşdırmaq olar?
  • Çatlayan dodaqlar üçün məsləhətlər
  • dodaglara qulluq
  • Xanımlar üçün maskalarrrrr


  • Gerİ dön


    6 şərh


    • men bu qaydalari eden deyilem, duzdu fasile verirem..ama da elede cox oturmuram kompda...adam uje bezireeee......twkler.

    • --------------------------------------------
      Menasiz Heyatin Caresiz Qonagi
    • nuray
    • Xəbərlər: 1
    • Şərhlər: 848
    • İCQ:


    • naca yeni men indi kompyuterde oturmuyum essi bunlari eden deyilem men amma bezi adamlar kimi saatlarla oturmuram

    • --------------------------------------------
      Ən hündür yer gözlərimdir
      Düşənin tikəsi belə tapılmir
    • Maryam
    • Xəbərlər: 13
    • Şərhlər: 855
    • İCQ:


    • Maraqlidi..Ama men bunlara duzu bilmirdim..Hekim dedmiwdiki komputer gozu zeyifledir.

    • --------------------------------------------
      Goyde axtarib da yerde tapdigim olmadi hec..
      Ama yerde axtarib goyde tapdiqlarim cox oldu......
    • ❤FeRidE❤
    • Xəbərlər: 108
    • Şərhlər: 2405
    • İCQ:


    • men bu qaydalari eden deyilem, duzdu fasile verirem..ama da elede cox oturmuram kompda...adam uje bezireeee......twkler.


    • G.U
    • Xəbərlər: 33
    • Şərhlər: 1227
    • İCQ:


    • EE deriden ona ne mene catmir e

    • --------------------------------------------


      Birini gördüm "Allahım sən nələr yaradırsan?" deyəcəkdim ki, dönüb təkrar baxım dedim, sən demə güzgüymüş^_^

      Kraliça hep benim buralarda.!! ♔


    • N.A
    • Xəbərlər: 172
    • Şərhlər: 1757
    • İCQ:


    • təşəkkürlər

    • --------------------------------------------


    • S
    • Xəbərlər: 48
    • Şərhlər: 1730
    • İCQ: 5

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    ferhadpro
           Нет
    Şərhləri: 2
     
    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III