Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Qazlı içkilərdən gələn bəla

  • Müəllif  Asef

 


Mütəxəssislər qablaşdırılmış meyvə şirələrinin də sağlamlıq üçün zərərli olduğunu bildirirlər
Qida sənayesində son illərdə çox qazanclı bir sahə kəşf edilib. Uşaqların unlu-şəkərli qidalara qarşı marağının çox olmasını nəzərə alan işbazlar bu zəifliyi istismar edirlər. Demək olar ki, bütün dünyada uşaqlar şəkər asılılığına tutulub. 

İçkilər şəkərli qidalar arasında ən çox istehlak edilən maddələrin başında durur. Limonadlar, soyuq çay, boyalı meyvə suları, meyvəli qazlı sular, qutu meyvə sularından bu gün hamı istifadə edir. Bu qidaların istehlakı isə gündən-günə artır. Lakin yetkin bazarı belə qidalardan doyduğu üçün hədəf uşaqlara yönəlir. Qazlı içki sənayesi uşaqların maraq dairəsinə daxil olmaq üçün reklama milyardlarla dollar xərcləyir. 

Bu marketinq fəaliyyətlərinin çoxu oyuncaqlar, çizgi filmləri, filmlər, yarışmalar, oyunlar, radio-televiziya, jurnallarla uşaqları hədəfə alır. Əgər fikir vermisinizsə, televiziyada yayımlanan reklamlardan 4-dən 3-ü uşaqlara istiqamətlənir. Bu gün marketlərdə, dükan və mağazalarda, bufetlərdə bu zərərli içkilər satılır. Ümumiyyətlə, limonad, kola, adları ilə satılan qazlı içkilər şəkərli suların karbon qazı ilə doyurulması nəticəsində meydana gəlir. 

ABŞ Sağlamlıq Qrupunun verdiyi məlumata görə, hər adam il ərzində 700 qab qazlı su istehlak edir. Son 30 ildə qazlı içki istehlakı qadınlarda iki, kişilərdə üç dəfə artıb. Qeyd edək ki, qazlı içkilərdən 12-29 yaş arası kişilər daha çox istifadə edirlər. 

Terapevt Bəsti Əlməmmədovanın sözlərinə görə, qazlı içkilər köklük, diabet, diş çürüməsi, sümük əriməsi, ürək xəstəlikləri və nevroloji xəstəliklərə səbəb olur. "Qazlı su içənlərin əksəriyyəti, demək olar ki, meyvə-tərəvəz yemirlər. Bu səbəblə də onlarda vitamin və mineral çatışmazlığı əmələ gəlir. Şəkərli qazlı içkilərin ən böyük zərəri köklükdür. Bu suların tərkibində sürətlə əmilən şəkər olduğu üçün tez bir zamanda insanda şəkər asılılığı xəstəliyinə səbəb olur. Bu səbəblə də digər narkotiklər kimi asılılıq yaradır və həzz verir"

Qazlı içkilər turşu xüsusiyyətli olduğu üçün bədəndə turşu-qələvi tarazlığını pozur. Bunun nəticəsində turşu bir mühit meydana gəlir. Uzun davamlı turşu mühit isə mədədə yanma və ağrı yaradır. Diş çürükləri, sümük əriməsi və sümük qırılmasına səbəb olur. Diş çürüməsi ilə yanaşı, həzm problemləri də meydana gəlir. Buna görə də ABŞ-ın bir çox əyalət məktəblərində qazlı içkilərin satılması qadağan edilib. 

Qazlı içkilərin səbəb olduğu bir başqa problem isə çay, qəhvə və spirtli içki kimi su itkisinə səbəb olmasıdır. Lakin insanın dil-dodağı islandığı üçün susuz qaldığını anlamır. 

Mütəxəssislər bildirirlər ki, qablaşdırılmış meyvə şirələri də sağlamlıq üçün zərərlidir. Sənaye tipli meyvə suları, içindəki meyvə nisbətinə görə dörd yerə bölünür. Qida mühəndisi Fərman Əhmədovun bildirdiyinə görə, bunlar meyvə suyu, meyvə nektarı, meyvəli içki və ətirli içkilərdir. "Meyvə sularında 100 faiz, meyvə nektarında 24-99, meyvəli içkidə 10-24, ətirli içkilərdə isə 0-9 faiz meyvə var. Bəzən ətirli içkilərə heç meyvə də qatmırlar". 

Müsahibimiz bildirir ki, "saf" meyvə suları təbii şirə kimi faydalı olmur. Çünki qablaşdırılmış meyvə şirələrinin ömrünü uzatmaq üçün 95-105 C-dı qablaşdırılır. Beləcə meyvə suları 1 il turşumadan, qıcqırmadan qala bilir. Yəni 100 faiz meyvə şirəsi yazılmış qablarda olan şirələr digərlərindən yaxşı ola bilər, amma təbii şirənin yerini vermir. Ən yaxşısı ev üsulu ilə hazırlanmış meyvə şirələrindən istehlak etməkdir. 

Elm adamları yaşlanmağa, Alzheymer, xərçəng və bu kimi digər xəstəliklərin qarşısının alınması üçün təzə sıxılmış meyvə şirəsi içmək məsləhət görürlər. Xüsusilə, qara üzüm, qreypfrut, alma və nar suyu hər cür xəstəliklə mübarizə apara biləcək qədər antioksidanla zəngindir. Təzə sıxılmış meyvə sularının həftədə ən az 3 dəfə istehlak etmək məsləhət görülür. 

Araşdırmalara görə, həftədə orta hesabla 3 dəfə bu meyvələrin suyunu istehlak etmək Alzaymer riskini 100/76, ürək xəstəlikləri riskini isə 100/30 nisbətində salır. Bu mevyə sularındakı antioksidanlar sərbəst radikalların hüceyrələrə hücumunu yox etməsinə maneə törədir. Bu da yaşlanma təsirlərini azaldır. 

Mütəxəssislər meyvə sularında rast gəlinən antioksidanların qırmızı şərab, qəhvə və şokoladda da olduğunu, bu qidaların da məqbul miqdarlarda qəbul edilməsini məsləhət görürlər.



Oxşar mövzular:
  • Sağlamlıq üçün ən faydalı içkilər
  • Fəsil dəyişdikdə nə etməli?
  • Limon şərbəti
  • Meyvə şirələrinin faydaları
  • Susuzluğumuzu necə yatıraq?


  • Gerİ dön


    10 şərh


    • hmm maraqliydi tsk


    • I dont love
    • Xəbərlər: 21
    • Şərhlər: 723
    • İCQ:


    • indiki zemanede her sey xestelikdi ki

    • --------------------------------------------
      Ən hündür yer gözlərimdir
      Düşənin tikəsi belə tapılmir
    • Maryam
    • Xəbərlər: 13
    • Şərhlər: 855
    • İCQ:


    • coox saq ol.

    • --------------------------------------------

    • vuska
    • Xəbərlər: 88
    • Şərhlər: 422
    • İCQ:


    • saol asef maraqli melumat ucun....

    • --------------------------------------------
      Menasiz Heyatin Caresiz Qonagi
    • nuray
    • Xəbərlər: 1
    • Şərhlər: 848
    • İCQ:


    • Tewekkurrrrr 09


    • Xəbərlər: 1
    • Şərhlər: 161
    • İCQ:


    • bele baxiram valla indiki zaman ucun aldiqimiz nefes bele яшнфтшьшяф zererimizedi
      xebere gore tewekkurler

    • --------------------------------------------
      İnsan yıkılırken bıle "Lamelif" gibi devrilmeli bükülmeden.( لا )
      İnsan sevdiğine atılan kurşunları "Cim" gibi alabilmeli bağrına. ( ج )
      İnsan sırtına dağlar yüklendiğinde "Elif" gibi dimdik durabilmeli. (ا ).
      İnsan bir ömür "Kef" gibi sevdiğini kucağında taşıyabilmeli. (ك)
      İnsan sevdiğine ölürken bile "Te" gibi tebes...süm edebilmeli. (ت )
      İnsan bir tek RABB karşısında "Mim" gibi secdeye koymalı başını.. ( م )

    • Zayinkaaaaaaa
    • Xəbərlər: 110
    • Şərhlər: 1561
    • İCQ:


    • xəbərə görə təşəkkür))))))

    • --------------------------------------------


    • S
    • Xəbərlər: 48
    • Şərhlər: 1730
    • İCQ: 5


    • sagol asef yaxsi xeberdi


    • Ayxan
    • Xəbərlər: 4
    • Şərhlər: 27
    • İCQ:


    • tewekkurler


    • Xəbərlər: 10
    • Şərhlər: 549
    • İCQ:


    • teshekkur ama shekille ne elaqesi var?!

    • --------------------------------------------
      - Se√gi ??
      ♡Allah♡ &Deyiв SuSuяам
    • .. :)
    • Xəbərlər: 64
    • Şərhlər: 574
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2022    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    25262728293031
    Style I Style II Style III