Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Siqareti tərgitmək üçün 7 üsul

  • Müəllif  Asef

 


1. Saqqız

Nikotin əvəzedici terapiyası zamanı orqanizmi aldatmaq üçün istifadə olunur. Siqaretdən imtina dövründə nikotin saqqızları orqanizmin müəyyən miqdarda nikotinə tələbatını ödəyir. Tərgidən insan simptomlardan əziyyət çəkmir. Nikotin saqqızının dadı da başqaları kimidir. 

2. Nikotin plastırları

Nikotin saqqızları kimi effektivdir. Bu plastırların üstünlüyü istifadənin rahatlığıdır. Yapışdırırsan, 16 saat ərzində bəs edir. Dərman və saqqızın bezdirici əlamətlərindən qurtulacaqsız.

3. Elektron siqaret

Bəzi ekspertlər siqareti tərgitmək üçün elektron siqaretləri tövsiyyə etsələr də, digərləri belə üsulun qəti əleyhinədirlər. Çünki elektron siqaret "əl-dodaq" vərdişini tərgitmir. Bu səbəbdən də heç bir psixoloji aldatma baş vermir. Bundan əlavə, belə siqaretlərin tərkibi bəlli deyil.

4. Dərman vasitələri

Siqareti tərgitmək üçün həkimlər dərman preparatlarından istifadəni də tövsiyə edirlər. Bu dərmanların tərkibində nikotin olmaqla yanaşı, siqareti tərgitməyə sövq edən digər maddələr də var. Belə dərmanları qəbul edən adamların səhhətində problem olmamalıdır.

5. Kodlaşma/Hipnoz

Bütün həkimlər insanların psixologiyasını siqaretə qarşı kodlaşdırmağın əleyhinə deyillər. Bəziləri psixoloji təsirlə siqaretdən imtinanın mümkün olduğunu etiraf etsələr də, digərləri illərlə formalaşan vərdişin bir anda yoxa çıxacağına inanmırlar. Siqareti tərgitmək çətin işdir və heç bir psixoloji təsir imtinaya səbəb ola bilməz.

6. Kitablar

Mənim qardaşım 10 ilə yaxın siqaret çəkdikdən sonra tərgidə bildi. Allek Karrın yazdığı "Siqareti tərgitməyin asan üsulu" adlı kitabını oxuduqdan sonra zərərli vərdişdən imtina edə bildi. Artıq 4 ildir ki, çəkmir. Ancaq sonradan kitabı tövsiyyə elədiyi heç kim eyni uğuru qazana bilmədi. Allen Karr insanları psixoliji cəhətdən siqareti tərgitməyə hazırlayır. Kitabı oxuyub sona çatanda isə insan artıq çəkmək istəmir. Müəllif özü də etiraf edir ki, kitabı oxuyanların 95% tərgitməyə nail olsalar da, 5% insan bunu bacarmayıb.

7. Həkim yardımı

Həkimə müraciət edən siqaret aludəçiləri psixoterapevtik, psixoloji metodlardan ibarət kompleks müalicə kursu alırlar. Əgər insan mütəmadi olaraq həkimə getmək istəmirsə, heç olmasa, məsləhətlər almalıdır. Çünki çoxları siqareti tərgitməyə yardım edəcək dərmanların mövcud olduğunu bilmirlər.


Oxşar mövzular:
  • Bu sizi nikotin asılılığından da xilas edəcək
  • Azərbaycanı bürüyən bəla – Qəlyan
  • Siqareti tərgitmək üçün hansı qidaları qəbul etmək lazımdır?
  • Smoking kills !!!
  • ABŞ vətəndaşları siqareti necə tərgitdi?


  • Gerİ dön


    2 şərh


    • tergitmek isteyenlere ALLAH yardimci olsun. bizde siqaret ceken yoxdur.

    • --------------------------------------------
      hec vaxt ozunu basqalarindan ustun tutma!!! unutmaki aftafa qizildanda olsa yeri tualetdir!!!
    • Raqsana
    • Xəbərlər: 159
    • Şərhlər: 3633
    • İCQ:


    • teshekkurler)

    • --------------------------------------------

    • nicky
    • Xəbərlər: 87
    • Şərhlər: 1677
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyul 2019    »
    BeÇaÇCaCŞB
    1234567
    891011121314
    15161718192021
    22232425262728
    293031