Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


-->

Sağlam olmaq üçün - 25 MƏSLƏHƏT

  • Müəllif  Asef

 

Sağlam olmaq üçün düzgün qidalanma, sağlam həyat tərzi nə qədər vacibdirsə, xoşbəxtliyini təmin edəcək qarşılıqlı anlaşma, düzgün qurulmuş münasibətlər, həyata normal baxış da bir o qədər vacibdir. Sağlamlığın birbaşa xoşbəxtliklə əlaqəli olduğunu vurğulayan Tibet müdrikləri xoşbəxt olmağın bir o qədər də çətin olmadığını və hər şeyin insanın özündən asılı olduğunu söyləyiblər.
 
Tibet müdriklərinin 25 məsləhətini təqdim edir.
 
1. Kimsə xoşuna gəlirsə onu ürəyində gizlətmə, söylə.
 
2. Xoşuna gəlmədiyin hadisələr, yaxud insanlar haqqında fikirlərini də ürəyinə yük etmə, onları da söylə.
 
3. Kiməsə görə darıxırsansa çəkinmədən zəng vur.
 
4. Sənə aydın olmayan mətləbləri soruş, bunu eyib sayma.
 
5. Görüşmək istədiyin insan varsa onu görüşə dəvət et.
 
6. Sənə lazım olanı istəməyə utanma.
 
7. Heç vaxt mübahisə etmə.
 
8. Aydın insan olmağı istəyirsənsə, ilk növbədə anlatmağı bacar.
 
9. Əgər günahın varsa, bu barədə dərhal etiraf et, özünə bəraət qazanmağa çalışma.
 
10. Ətrafındakı insanlarla sənin fikirlərin üst-üstə düşməyə bilər. Buna görə narahat olma. Hər insanın özü qəbul etdiyi bir həqiqəti var.
 
11. Pis adamları ətrafına buraxma.
 
12. Həyatda əsas məhəbbətdir, qalanları boş şeydir.
 
13. Unutma ki, insanın problemi yalnız onun başında yerləşir. Hər şeyi problem kimi qəbul etmə.
 
14. Düşünmə ki, dünya ya qəzəbli, ya da mərhəmətlidir. Dünya sənin mövcudluğunun heç fərqinə belə varmır.
 
15. Hər bir hadisədən zövq almağa çalış.
 
16. Səni bezdirən, usandıran, yoran insanlardan uzaq ol.
 
17. Birdəfəlik beyninə həkk et ki, sənin heç kimə borcun yoxdur.
 
18. Onu da yadında saxla ki, heç kim də sənə borclu deyil.
 
19. Zövq almaq üçün vaxtını və pulunu əsirgəmə.
 
20. Həyatda yalnız özünə güvən.
 
21. Öz duyğularana, hisslərinə inan.
 
22. Ən yaxın insanlarla münasibətdə səbrli ol, onları sonadək dinləməyi bacar.
 
23. Əgər əhvalın pisdirsə, kədərlisənsə, fikirləş ki, nə vaxtsa öləcəksən və onda heç bu əhval da olmayacaq.
 
24. Bu gününlə yaşa, ona görə ki, artıq dünən yoxdur, sabahın isə olub-olmayacağı sənə bəlli deyil.
 
25. Hər yaşadığın günü həyatının ən yaxşı günü kimi qəbul et.
 
Belə düşünmək olar ki, Tibet müdriklərinin bu həyat fəlsəfəsi çox da qəliz deyil. Sadəcə bu məsləhətlərə əməl edib xoşbəxt olmağa cəhd etmək gərəkdir. Xoşbəxt olun ki, sağlıq durumunuzda da problemlər yaranmasın.


Oxşar mövzular:
  • Sağlam olmağın 7 ƏLAMƏTİ
  • Sağlam olmağın 7 ƏLAMƏTİ
  • Xoşbəxt bir yalnızlıq
  • Sevgi budağı
  • Həyatın 8 qızıl qaydası


  • Gerİ dön


    2 şərh

    • google
    • 27 yanvar 2015 11:30
    •  

    • ureyindekileri demek asan olsaydi cox gozel olardi

    • --------------------------------------------
      FikirleriM AzadliQ... HeyatiM Bo$,,, XeyallariM ArzulaR,,, HeyatiM MenasiZ... EmelleriM GunaH... SoZleriM SetiR Alti..
    • Xəbərlər: 236
    • Şərhlər: 3353
    • İCQ:


    • maraqli idi cox saq olun

    • --------------------------------------------

    • Xəbərlər: 270
    • Şərhlər: 3252
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    1. Son şərhlər
    2. Şərhçilər
    boreç
           Нет
    Şərhləri: 1
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 1
     
    «     May 2022    »
    BeÇaÇCaCŞB
     1
    2345678
    9101112131415
    16171819202122
    23242526272829
    3031 
    Style I Style II Style III