Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Nə üçün yeməkdən sonra yatmaq olmaz?

  • Müəllif  Admin
 

 

Yeməkdən sonra insanlar adətən yuxululuq hiss edir. Lakin həkimlər yeməkdən sonra yatmağı tövsiyə etmir.

Mütəxəssislərin fikirinə görə, bu orqanizmdə ciddi pozulmalara səbəb ola bilər.

Belə ki, yeməkdən sonra yatan insanlarda reflüks-ezofagit xəstəliyinin riski artır. Mədə dolu olarsa, uzanaq vəziyyətdə yemək mədədən geriyə - qida borusuna düşə bilər. Mədədən fərqli olaraq qida borusunun divarları xüsusi selikli qişa ilə qorunmur. Turş kütlə qida borusunun divarlarını yandırır, iltihaba, eroziyaların yaranmasına səbəb olur. Bu hal daim təkrarlanırsa, qida borusu xərçənginin riski artır.

Mədədə olan kütlə tək qida borusuna deyil, qırtlağa, nəfəs yollarına da düşə bilər ki, bu da ilthaba, xroniki öskürəyə səbəb olur.

Yeməkdən sonra yatan insanın qanında şəkərin səviyyəsi qalxır ki, bu da gələcəkdə 2-ci tip şəkərli diabetin riskini artırır. Şəkərli diabet xəstəliyi olan insanlar yeməkdən sonra yatmamalıdır.

Yuxu zamanı orqanizmdə gedən bütün proselər, o cümlədən, həzm prosesləri ləngiyir. Bu isə həzmin pozulmalarına, mübadilə proseslərinin ləngiməsinə, çəkinin artmasına səbəb olur.



Oxşar mövzular:
  • Bunları yeməkdən sonra etmək olmaz! - 5 SƏHV
  • Yeməkdən sonra bunları etmək olmaz!
  • Artıq çəkinin təhlükəsi - hipertoniya, diabet, xərçəng...
  • Metabolizmi sürətləndiririk və arıqlayırıq
  • Yeməkdən sonrakı 7 səhv


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III