Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Su pəhrizi ilə 4-5 kq arıqlamaq imkanı

  • Müəllif  Admin
 

 

Alimlərin araşdırmalarına görə, beynimizdə susuzluğa və aclığa cavabdeh olan sahələr yaxın yerləşdiyinə görə, bəzən susuzluq hiss edən insan bunu aclıqla səhv salır.

Nəticədə insan ona həmin anda lazım olmayan qida qəbul edir. Halbuki bu vəziyyətdə 1/2-1 stəkan su bu hissi yox edə bilərdi. Təbii ki, bunun nəticəsində insan artıq çəki yığır.

Milli.Az saglamolun.az-a istinadən bildirir ki, mütəxəssis sübut edir ki, bu mexanizmi bilən insan tez bir zamanda asanlıqla arıqlaya bilər. Su pəhrizinin əsasında məhz bu mexanizm durur.

Gün ərzində insan çəkisindən asılı olaraq 2-3 l su qəbul etməlidir. Söhbət yalnız təmiz qazsız sudan gedir. Su miqdarını təyin etmək üçün belə bir formul mövcuddur - 1 kq çəki üçün 30 ml su götürülür. Belə ki, 75 kq çəkisi olan insan 2,25 l (2 l 250 ml) su qəbul etməlidir. 3 l-dən artıq su qəbul etmək olmaz. Bu orqanizmdən bir çox lazım olan maddələrin yuyub aparılmasına və s. pozulmalara səbəb olacaq.

Səhər oyandıqdan sonra kiçik qurtumlarla fasillərlə 2 stəkan su içilir. 30 dəqiqədən sonra səhər yeməyi yeyə bilərsiniz.

Gün ərzində 3-4 dəfə qida qəbul etmək olar. Daha azkalorili qidaları seçin - meyvə-tərəvəz, sıyıqlar, bişmiş ət, yağsız kəsmik və s. Gün ərzində aclıq hissi yarandıqda 1 stəkan su için. Son qida qəbulu 20.00-da olmalıdır. Yatmazdan bilavasitə əvvəl su içmək olmaz. Bu səhər ödemlərinə səbəb ola bilər.

Mütəxəssislərin müşahidələrinə görə, belə pəhriz 1 həftə ərzində 4-5 kq çəki itirməyə imkan verir.

Nəzərə almaq lazımdır ki, bəzi böyrək və ürək xəstəlikləri zamanı bu pəhrizdən istifadə etmək olmaz.



Oxşar mövzular:
  • Nə üçün yeməkdən sonra yatmaq olmaz?
  • Bunları yeməkdən sonra etmək olmaz! - 5 SƏHV
  • Az yeməklə mədə kiçilər?
  • Metabolizmi sürətləndiririk və arıqlayırıq
  • Susuzluğumuzu necə yatıraq?


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     İyun 2017    »
    BeÇaÇCaCŞB
     1234
    567891011
    12131415161718
    19202122232425
    2627282930 
    ❤BANUUŞŞŞŞ🍓😍

    ❤BANUUŞŞŞŞ🍓😍

    1-06-2017, 11:36

    ⓁⓞⓋⓔ

    ⓁⓞⓋⓔ

    3-06-2017, 14:26

    Style I Style II Style III