Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Yemişin faydası

  • Müəllif  Admin
  • Yemişin faydası

Bu şirin tərəvəz öz faydalı xüsusiyyətlərinə görə qədim vaxtlardan tanınır.



Bəzi mənbələrə görə, Hindistanda bu tərəvəzi hətta bizim eramızdan əvvəl yetişdirirdilər.

Daha sonra yemiş Asiyaya "gəlib" və yalnız orta əsrlərdə yemişdən Avropa xalqları dadıb. Uzun müddət ərzində yemiş "kral qidası" sayılırdı və yalnız xüsusi mərasimlərdə masaya verilirdi.

Yemişin kimyəvi tərkibi çox zəngindir. Burada selüloz, zülallar, nişasta, asan mənimsənilən şəkər, orqanik turşular, vitaminlər və mikroelementlər var.

Sellülozla zəngin olan yemiş bağırsaqların fəaliyyətini yaxşılaşdırır, qəbizliyi aradan qaldırır, orqanizmi ziyanlı maddələrdən (toksinlər, zəhərlər və s.) təmizləyir.

Yemişin tərkibində olan A və C vitaminləri orqanizmin müdafiə funksiyalarını yaxşılaşdırır, immuniteti möhkəmləndirir, bərpa proseslərini gücləndirir. B qrupuna aid olan vitaminlər, fol turşusu, PP vitamini mübadilə prosesləri yaxşılaşdırır, sinir sisteminin fəaliyyətinə müsbət təsir edir. Bundan əlavə fol turşusu qadın dölyaratma sistemi üçün çox vacib olan vitaminlərədən biridir.

Yemiş və xüsusilə yemişin şirəsi əla sidik qovucu effektə malikdir ki, bu xüsusiyyət onu böyrəklə, sidik kisəsi və bütövlükdə sidik ifrazatı sistemi üçün çox faydalı edir.

Silisium ilə olduqca zəngin olan yemiş saç və dərinin vəziyyətini yaxşılaşdırır, dərini daha hamar və parlaq, saçları isə daha canlı və qalın edir, saçların tökülməsi ilə mübarizə aparır.

Bu səbəbdən yemiş və xüsusilə də onun şirəsi kosmetologiyada geniş istifadə olunur. Yemişdən hazırlanan ən asan maska resepti - yemişin bir dilimini təmiz üz dərisində bir neçə dəqiqə ərzində "gəzdirin" və şirə quruduqdan sonra üzünüzü ilıq su ilə yuyun.

Tərkibində dəmir və kalium elementləri olan yemiş qan sistemi və ürək üçün çox xeyirlidir. Cərrahi əməliyyat və digər səbəblərə görə qan itirmiş insan üçün yemiş çox faydalıdır.

Şəkərlə zəngin olan yemiş əla enerji mənbəyidir, insanın əhval-ruhiyyəsini yaxşılaşdırır. Lakin məhz bu xüsusiyyətinə görə (tərkibində şəkərin çox olması) yemiş şəkərli diabet xəstələri üçün arzuedilməz məhsulların siyahısına daxildir.

Yemiş azkalorili tərəvəzdir və bu səbəbdən müxtəlif arıqlamaq məqsədi ilə tutulan pəhrizlər zamanı uğurla istifadə oluna bilər.

Nəzərinizə çatdıraq ki, yemişdən fayda almaq üçün bu şirin tərəvəzi düzgün qəbul etmək lazımdır. İlk növbədə yemişi heç zaman tutumlu yeməkdən sonra yeməyin. Yemişi qida qəbulları arası yemək lazımdır. Birdən çoxlu miqdarda qəbul olunan yemiş köpə, gəyirməyə, bağırsaqlarda ağrılara səbəb ola bilər. Bu səbəbdən yemişin bir neçə dilimi ilə kifayyətlənmək lazımdır.


Oxşar mövzular:
  • Xərçəngdən, insultdan və infarktdan qoruyan giləmeyvə
  • Cavanlığı və gözəlliyi qoruyan təbii vasitə
  • Arıqlamaq istəyirsinizsə, alça yeyin
  • Bir meyvədə min dərdin dəvası
  • Sağlamlıq üçün ən faydalı içkilər


  • Gerİ dön


    1 şərh

    • KamiLa
    • 24 avqust 2016 13:30
    •  

    • cox sevirem yemiiwi maraqli melumat olduu


    • Kamila
    • Xəbərlər: 19
    • Şərhlər: 261
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    Menasiz Dunyam
           Нет
    Şərhləri: 16
     
    Azeri balasi123
           Нет
    Şərhləri: 10
     
    Mən_sə
           Нет
    Şərhləri: 8
     
    asiklar sehri
           Нет
    Şərhləri: 8
     
    Səssiz_Küçədə_Tək_Kölgə
           Нет
    Şərhləri: 6
     
    Zaur Ustac
           Нет
    Şərhləri: 6
     
    Williamanabolikovcit
           Нет
    Şərhləri: 3
     
    JamesiskanderMex
           Нет
    Şərhləri: 3
     
    Ronalddonalliedy
           Нет
    Şərhləri: 3
     
    samsahmsaJem
           Нет
    Şərhləri: 3
     
    «     İyul 2017    »
    BeÇaÇCaCŞB
     12
    3456789
    10111213141516
    17181920212223
    24252627282930
    31 
    ❤BANUUŞŞŞŞ🍓😍

    ❤BANUUŞŞŞŞ🍓😍

    1-06-2017, 11:36

    ⓁⓞⓋⓔ

    ⓁⓞⓋⓔ

    3-06-2017, 14:26

    Elçin Sangu

    Elçin Sangu

    7-07-2017, 09:19

    Style I Style II Style III