Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Ərə gedən məktəb yaşlı qızları gözləyən bəla

  • Müəllif  Admin
Ərə gedən məktəb yaşlı qızları gözləyən bəla

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



"15-17 yaşında yeniyetmə qızların dünyaya gətirdiyi uşaqlar çox az hallarda sağ qalır. Sağ qalsa belə onlar öz yaşıdlarından nisbətən fərlqənirlər".
Pediatr Vaqif Qarayev bildirib ki, erkən nikaha girən qızların hamilə qalması həm qızın orqanizmi üçün ziyandır, həm də onlar hamiləlik kimi müərəkkəb prosesi axıra qədər apara bilmirlər.

"15 yaşda çanaq hələ təzə formalaşır və bioloji baxımdan yeniyetmənin orqanizmi hamilə qalmağa hazır deyil. Azyaşlı qızlar bu baxımdan hamiləlik kimi mürəkkəb prosesi axıra qədər apara bilmirlər. Belə yeniyetmə qızlarda hamiləlik ya mütləq yarıda kəsilir və ya uşaq ölü doğulur. Doğuşdan sonra yeniyetmə qızlarda qanaxma ehtimalı həddindən artıq çoxdur".

Pediatrın sözlərinə görə, yeniyetmə qızların dünyaya gətirdiyi uşaqlar ağır yarımçıq doğulmuş olurlar: "Yeniyetmə qızların hamiləliyi başqa normal hamiləliyə nisbətən mütləq pozğunluqlarla gedir. Ana bətnində uşaq boğulur və ya doğulsa belə az çəki ilə dünyaya gəlir. Yeniyetmə qızlarda uşaqların ölü doğulma faizi həddindən artıq yuxarıdır. Uşaq diri doğulsa belə, həyatının birinci həftəsi və birinci ayına qədər yaşayır. Uşaq çəkisi az olduğu üçün orqanizmi normal hamiləliklə dünyaya gələn uşaqlardan fərqlənir. Çünki normal inkişaf etməyib. Bədəndəki sistemlər mükəmməl deyil. Ona görə də bu uşaqlarda həm əqli, fiziki qüsurlar olur, həm də psixiki və dərəcədə öz yaşıdlarına nisbətən fiziki inkişafdan geridə qalır, tez-tez xəstələnirlər. Bağçaya çətin adaptasiya olur, məktəbdə yaxşı oxuya bilmirlər".

Pediatr hesab edir ki, yeniyetmə analar uşaqlarına qulluq haqqında qətiyyən məlumatlı olmurlar. "Çünki 15 yaşında ana öz uşağına gəlincik kimi baxır. Bundan əlavə, onun 18-20 yaşında dünyaya gətirdiyi uşaqlar da çox vaxt sağlam olmur. Çünki bədən yeniyetmə vaxtı zədələnib və onun fəsadları qalmış olur".


Oxşar mövzular:
  • "Bakirəlik Azərbaycanda qızın gələcəyi deməkdir" - Ginekoloqdan etiraf
  • Məktəbli qızların zorla ərə verildiyi RAYONLAR - SİYAHI
  • Ölü qadın dünyaya uşaq gətirdi
  • Evlilik proqramında biabırçılıq: Gəlin namizəd hamilədir
  • 40 yaşdan sonra hamilə qalsanız...


  • Gerİ dön


    1 şərh


    • Tutaqki lap sağlam uşağ doğdu 15-17 yaşda qız uşağları nə bilirki uşağ tərbiyə eləməy necə olur? O özü uşağdı hələ o yaşlarda ana olsalar uzağ başı verdiyi tərbiyələr valideynlərinin ona qarşı tətbiq etdiyinin tam əksi olar kii buda "uşaq ağlı" olduğuna görədi çünki hələ tam dərk etmir çox şeyi. Bununçündə ən azı 18+ olmalıdı yaş, odaki ən azıya:) Ama bir şeydə varki qızın lap 25 yaşı var ama ağlı, davranışı uşaqcadı və ya yaşı azdı hər şeyi gözəl dərk eliyir bu birazda insanın öZündən aslıdır. Məsələn belə bir şey deyim mənim dayımarvadı dayıma gələndə cəmi 15 yaşı vardı və hər şeyidə çox gözəl bilirdi və fiziki görünüşüdə böyük görünürdü,1 il sonra uşaq dünyaya gətirdi və indi dörd uşağı var ( Ma Şa Allah:)) ) hamsıda sağlam. Demirəm düz edib o yaşda ərə getməklə sadəcə demək istədiyim odurki yəni azcada olsa bu insanın özündən aslıdı. Mənim bu il 18 yaşım olacağ mən bunların heç birinə hazır deyiləm:) Ama yenədə ən düzgünü və yaxşısı ən azından 11 il oxuyub atestat almağdı. Qızlar hisslərə qapılıb hərəkət eləmiyün valla axırı peşmançılığ olacağ:)

    • --------------------------------------------
      Bəlkə aradan aylar,
      Bəlkə də illər keçəcək
      Amma gələcəm bir gün ağlına
      Bəlkə səhərin 7'sin də
      Bəlkə də gecənin 12'sin də
      Amma illah ki gələcəm
      Bax,tam da ağlına gəldiyim zaman hər şey üçün çox gec olmuş olacağ...

    • ♥♥♥
    • Xəbərlər: 206
    • Şərhlər: 1500
    • İCQ:

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III