Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Hər gün çiy soğan yemək üçün 10 MÜHÜM SƏBƏB

  • Müəllif  Admin
Hər gün çiy soğan yemək üçün 10 MÜHÜM SƏBƏB


Təbiət insana çoxlu sayda təbii dərmanlar bəxş edib. Bu xüsusilə tərəvəzlərə aiddir. Bütün tərəvəzlər əsl  təbii dərmanlardır.

Müxtəlif tərəvəzlərin gündəlik qəbulu bizi bir çox xəstəliklərdən qoruya bilər, həyatımızı daha uzun və sağlam edə bilər.

Soğan ən faydalı tərəvəzlərdən biridir. Mütəxəssislər soğanı hər gün çiy halda yeməyi, soğan qabıqlarından hazırlanmış dəmləmələri içməyi tövsiyə edirlər. Nəzərə almaq lazımdır ki, soğandan maksimum fayda almaq üçün onu çiy halda (salatlar, buterbrodlar və s. tərkibində) yemək lazımdır. Bişirilmə zamanı soğanda olan bir çox faydalı maddələr məhv olur.
Soğanın sağlamlıq üçün faydaları bunlardır:
1. Güclü iltihab və mikrobəleyhinə təsir edir.
2. Son araşdırmalar göstərib ki, soğan və soğan qabıqlarının dəmləməsi artritin profilaktikası və müalicəsi üçün çox effektlidir.
3. Allergiya əleyhinə təsir edir.
4. Güclü xərçəng əleyhinə təsir edir - xərçəng hüceyrələrinin inkişafını ləngidir, onların məhv olunmasını sürətləndirir.
5. Ürək-damar sistemi üçün çox faydalıdır - damarları möhkəmləndirir, qanda xolesterolun səviyyəsini aşağı salır, təzyiqi normallaşdırır.
6. Virus əleyhinə təsirə malikdir. Bu səbəbdən soyuq fəsillərdə qripp və soyuqdəymə xəstəliklərindən qorunmaq üçün tez-tez çiy soğan yeyin, soğan qabığından hazırlanmış çay için.
7. Xroniki baş ağrılarından qurtulmağa kömək edir. Bu məqsədlə soğan qabıqlarının dəmləməsini için.
8. Sistit (sidik kisəsinin iltihabı) zamanı kömək edir.
9. Kişilərdə prostatitin inkişafının qarşısını alır.
10. Qadınlarda cinsiyət sistemi iltihabları zamanı kömək edir.
Qırmızı soğan ağ soğandan daha faydalı sayılır.



Oxşar mövzular:
  • Mandarin qabıqlarından müalicəvi çay - FAYDALARI
  • Xərçəngdən, insultdan və infarktdan qoruyan giləmeyvə
  • Limon qabıqlarını atmayın! - Faydaları
  • Bizi qocalıqdan və xərçəngdən qoruyan bitkilər
  • Soğan qabığı bir çox faydalı maddələrlə zəngindir


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    -
    Hamısına bax
    «     Dekabr 2021    »
    BeÇaÇCaCŞB
     12345
    6789101112
    13141516171819
    20212223242526
    2728293031 
    Style I Style II Style III