Bağla

Login və ya Yeni qeydiyyat

Şifrəni unutmusan?


Düyü vasitəsilə orqanizmi təmizləyib cavanlaşın: Tibet lamalarının istifadə etdiyi metod!

  • Müəllif  Admin
Düyü vasitəsilə orqanizmi təmizləyib cavanlaşın: Tibet lamalarının istifadə etdiyi metod!


Düyü detoksu ilə bədəni şlaklardan və toksinlərdən təmizləmək mümkündür.

Tibet lamaları orqanizmi məhz düyü vasitəsi ilə təmizləyərdilər. Ona görə də uzunömürlü və sağlam olardılar.

Sirr ondadır ki, bu reseptdə düyüdən dərman kimi istifadə etmək lazımdır. O, üzün rəngini yaxşılaşdırmağa, dəri problemlərini həll etməyə, orqanizmi zəhər və şlaklardan təmizləməyə, oynaqlarda ağrıları azaltmağa və ümumi səhhəti yaxşılaşdırmağa qadirdir. Bundan əlavə, düyü müalicə kursundan sonra daha sağlam olursan və cavanlaşırsan.

Orqanizmi cavanlaşdırmağa kömək edən çox asan resepti təqdim edirik.

Əməl etməli olduğunuz əsas şərt: Düyünü səhər mütləq acqarına yemək lazımdır. Belə səhər yeməyindən 3 saat sonra yemək və içmək olmaz.

Beləliklə, adi düyü və xörək qaşığı alın. Sonra qaşıqla qazana yaşınız qədər düyü tökün. Onu yuyub təmizləyin və banka tökün. Üzərinə qaynanmış su əlavə edib qapağını bağlayın və sonra soyuducuya qoyun.

Səhərlər 1 dolu xörək qaşığı düyü alın, üzərinə su əlavə edib 3-4 dəqiqə duz vurmadan bişirin. Onu acqarına hər səhər səkkizin yarısına qədər yeyin. Qalan düyüyə yenidən qaynanmış su töküb soyuducuya qoyun. Bu proseduru düyü bitənə qədər hər gün təkrar etmək lazımdır.

Bu qeyri-adi üsulun digər sirri ondan ibarətdir ki, düyü kristal quruluşa malikdir. Biz düyünü yumşalması üçün suya qoyanda tərkibindəki nişastanı çıxarırıq, taxılda isə özəklər yaranır. Düyü unundan hazırlanmış sıyıq isə mədədə həzm olunur, qarında taxıl adsorbent kimi fəaliyyət göstərir.



Oxşar mövzular:
  • Bağırsaqları təmizləyib, arıqladan iki ən asan metod
  • Xərçəngdən, insultdan və infarktdan qoruyan giləmeyvə
  • 5 yaş cavanlaşdıran maska
  • 42 qaşıq düyünün qüdrəti - FAYDALI MƏSLƏHƏT
  • Suşi-tort - FOTO


  • Gerİ dön


    0 şərh

    İnformasiya

    Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
    Şərh əlavə etmək üçün sayta daxil olun və ya qeydiyyatdan keçin.

    ONLİNE

    «     Noyabr 2019    »
    BeÇaÇCaCŞB
     123
    45678910
    11121314151617
    18192021222324
    252627282930 
    Style I Style II Style III